03.01.2013

Sevinc Babayeva Əvəz Zeynallının məhkəməsində nə gəzirmiş?


Sabiq deputat Gülər Əhmədovanın şikayəti ilə  həbs olunan “Xural” qəzetinin baş redaktoru Ə.Zeynallının Bakı Ağır Cinayətlər Məhkəməsində 02.07.2012 tarixində keçirilən məhkəmə prosesində Sevinc Babayeva da iştirak edib. Həmin vaxt Gülər Əhmədova məhkəmədə ifadə vermək üçün çağrılsa da, sabiq deputatın əvəzinə məhkəməyə onun ətrafı gəlibmiş.

“Mandat alveri” serialının əsas şahidlərindən biri olan, bu günlər müəmmalı ölümü ilə hamını heyrətləndirən Sevinc Babayeva da həmin məhkəmədə Gülər Əhmədovanın çox yaxın rəfiqəsi kimi iştirak edib. Məhkəmə zalından Ə.Zeynallı da daxil olmaqla hamıya qarşı təhqiramiz ifadələr işlədən S.Babayevanın kimliyi ilə maraqlanarkən, o özünü hakimiyyət qəzetlərindən birinin baş redaktoru və “Gülər xanımın pərəstişkarlarından biri” kimi təqdim edib. Məhkəmə zalında çəkilişlərin aparılmasına qadağa qoyulsa da, BACM-nin giriş qapısındakı görüntülər reportyorlar tərəfindən lentə alınıb.
Videoda giriş qapısının yanında deyilən sözlərə diqqət edin. Hələ 02.07.2012-ci il tarixində, Gülər Əhmədovanın bu məhkəmədə at oynatdığı vaxtlarda, “bunların özü haqqında cinayət işi açılmalıdır. Məgər bu günün sabahı yoxdur?” ifadəsi işlədilir və Sevinc Babayeva da bu sözlərdən narahat kimi görünür.
Həmin videonu təqdim edirik.

avropa.info

Комментариев нет:

Отправить комментарий