03.02.2013

Nurullabəyovlar

Razzaq XANSUVAR TALIŞXANOV

Azərbaycanın cənub-şərqi sayılan Talış ərazisi çox zəngin tarixə malik bir diyardır. Bu bölgənin özünə məxsus adlı-sanlı nəsilləri var. Bu adlı sanlı nəsillər Talış ərazisinin ta qədimdən tutmuş indiyə qədər tarixi gedişatında, ictimai-siyasi, mədəni tarixində böyük rol oynamaları, xalqın inkişafına böyük təsir göstərməsi və böyük hörmət, nüfuza malik olmalarıdır.
Talış ərazisində ziyalı adlı-sanlı nəsillər bunlardır: Talışxanovlar, Seyid Piran nəsli, Orand nəsli, Değ hakimləri nəsli (və ya Müqəddəs Beg nəsli), Kələntərovlar, Axundovlar, Bayramalıbəyovlar, Kazimbəyovlar və s.
Gördüyünüz kimi bu adlı-sanlı nəsillər Talış xalqının öndə gedən ziyalı nəslidir. Bu nəsillər içində ən çox diqqəti cəlb edən nəsil Drığ (Değ) hakimləri nəslidir. Drığ mahalı Talış xanlığının ərazisində ən böyük mahal idi. Drıgın Değ və ya Dı RIĞ sözündən yaranması ehtimalı var. Değ-talış dilinin ən qədim formasinda Dağ deməkdir.
Dı RIĞ -iki daş, iki hissə deməkdi. Jurnalist-tədqiqatçı Gülməmməd Məmmədzadə Drığ sözünün izahı haqında yazır: "Drığ sözü talış dilində iki daş deməkdir və iki hissə mənasını verir. Bu həm də qədim yer adıdır (yəni Değ-R.X.). Cənubi Azərbaycanda İrığ (bir kicik daş), Yardımlı rayonunda Sırığ (üç kiçik daş) kəndi mövcuddur. Drığ mahalı isə indiki Lerik rayonunun bir hissəsini təşkil edir".
Deməli bizə belə aydın olur ki, qədimdə Talış dağları tamamən Değ adlandırılmışdır və bu Değ özlüyündə: Zuyon (Zuvand), Piron (Piran), Orand və Dı riğa bölünmüşdür. Ortaya belə nəticə çıxır ki, Değ hakimi olmaq, yəni Dağın hakimi olmaq kimidir. Coğrafi şəraiti aydın edəndən sora biz burda hakim olan nəsil haqda axtarış aparaq. Değ mahalında hakimlik Beg nəslində idi. Bu Beg nəsli kimdir?
Tarixi mənbələrin və yerli əhalinin bizə verdiyi məlumata görə Değda hakimlik Beg nəslinda idi.
Beg sözünün mənası "Müqəddəs hökümdar nəsli” deməkdir. Beg, seyid, xəlifə, pir, şeyx nəsli kimidir.
Firudin Gelarbegin "Batini Quran” əsərində bu haqda məlumat verilib. Firudin Gelarbeg bu Beg nəslini Seyidlər kimi dəyərləndirir. O, həmm də bunlara ümumi ad verir: Maq nəsli.
Deməli Beg nəsli də seyidlər kimi eyni nəsildəndirlər. Değin paytaxtı Cangəmyon (Cəngəmiran) idi. Talış xanlıgı dövründə bu nəslin ən taninmiş nümayəndəsi Nurulla bəydir. Nurulla bəy Abdulla bəy oğlu ehtimala görə, təqribən 1765 ci ildə Cangəmyon kəndində anadan olmuşdur. Mir Mustafa Xanın dövründə Değdə hakimiyyəti əlinə Astaralı Nəcəfqulu bəy almışdır. Lakin Mirhəsən Xanın hakimiyyəti illərində Nurulla bəy öz taxtına qayıtmışdır. Nurulla bəyin ulu babalarından biri olan Nurulla xan Səfəvi şahlarının kürəkəni idi və Değ mahalın idarəsini ona tapşırmişdılar.
Cangəmyonda yaşayan bu nəsil bir çox qollara ayrılır, həmən yerdə yaşayan bəzi tayfalar da məhz Beg nəslindəndirlər. Mir Həsən Xanın anası da Beg nəslindən idi və Nurulla bəyin atası Abdulla bəylə qohum idilər.
Mir Həsən Xan Nurulla bəyə "Day zoa” (dayi oğlu) ləqəbini qoymuşdu. Nurulla bəy ali ruhani təhsili almış, doğma ana dili olan Talış dilindən başqa fars, türk, rus və ərəb dillərinin bilicisi sayılmışdır.
Tarixi sənədlərə görə o Rus imperiyasının sərhəd məsələləri üzrə səlahiyyətli müvəkkili olmuş, Talış xanlığı dövründə tərcumə işlərini aparmışdır.
Nurulla bəyin həyat yoldaşı Livədirqəli Molla Nemətullanın qızı Xədicə xanım idi. Nurulla bəyin 12 oğlu, 4 gızı olmuşdur. Övladları Ağacan, Mirzəcan, Şahmar, Tahir, Əsədulla, İbadulla, Cahangir, Rufulla, Fərəculla, Xankişi, Ağabala, Abdulsəməd, hərəsi bir sahə üzrə təhsil alıb, bu nəsli tanıtdırmişlar.
Nurulla bəyin böyük oğlu general poruçik Agacan bəy Nurullabəyov (Cəngəmiranski) Orenburqda diviziya komandiri olmuşdur. Nurulla bəyin oğulları Mirzəcan bəy, Əsədulla bəy və Rufulla bəy birləşib Zuyan (Zuvand) mahalında ilk xeyriyyə cəmiyyəti yaratmışlar. Cəmiyyətin təşəbbüskarı və hesabını açan Rufulla bəydi. O,dini təhsil almış mirzə idi.
Əsədulla bəyin oğlu Cavad bəy Peterburqda təhsil almiş çinovnik idi. Nurulla bəyin kiçik oğlu Əbdülsəməd sosiolist inqilabından əvvəl Biləsuvarda qəza gömrük idarəsinin rəisi idi. Nurulla bəyin digər oğlu Fərəculla bəyin oğlu Nusrət (o öz əmisi İbadulla bəyin kürəkəni idi) hüquqşünas, qəza məhkəməsi məmuru idi. SSSR-i dövründə represiyaya məruz qalmışdi. Nüsrətin oğlu İdris Nurullayev dağ mədən mühəndisi işləmiş, cəbhədə həlak olmuşdu. Nurulla bəyin digər oğlu Tahir bəyin oğlu Abdulla Lənkəranda Gimnaziyani bitirmişdir.
Fərəculla bəyin nəvəsi Nüsrətin oğlu Həbib 1943-cü ildə tarix elmləri namizədi olmuş, maarif nazirliyində çalışmış, 1948-ci ildə vəfat etmişdir. Nüsrət bəyin ikinci oğlu Ənvər 1946-cı ildə Leninqrad Sənaye İnstitutunu bitirmiş, texnika elmləri namizədi olmuşdur.
Nurulla bəyin ortancıl oğlu Hacı İbadulla bəy daha məhşurdur. O, ibtidai dini təhsilini Cangəmyon kəndində tanınmış axunddan almış, sonra Ərdəbildə ali ruhani məktəbinə qəbul olmuşdu. Bundan sonra İbadulla bəy böyük qardaşı general Ağacan bəyin yolunu davam etdirir. Lənkərandakı 2-ci dərəcəli qəza gimnaziyasına qəbul olunur. Sonradan Tiflisə göndərilir və hərb məktəbini orda davam etdirir. İbadulla bəy palkovnik rütbəsinə qədər yüksəlir. Bundan savayı o, həm də xeyriyəçi kimi tanınır. Ömrünün sonlarında Hacc ziyarətində olmuşdur.
Hacı İbadulla bəy 1914-cü ildə Zuvandda (Lerikdə) rus-tatar (Azərbaycan) məktəbi açdırdı. 1922-ci ildə Lerikin ilk ağsaqqal ziyalısı, imperatorun müvəkkili, pristav, polkovnik, xeyriyəçi insan Hacı İbadulla bəy vəfat edir.
İbadulla bəyin böyük övladı İsa Lənkəran şəhər mirzəsi idi. İkinci oğlu Musa isə qəza məhkəməsində vəkil olmuşdur. Bəyin dörd oğul nəvəsi böyük vətən müharibəsində həlak olub. Onun nəvələrindən Davud və Rəşid Nurullayevlər xalqımızın ən tanınmış ziyalılarından idilər. Davud Nurullayev palkovnik rütbəsinə qədər yüksəlmişdir. Rəşid Nurullayevsə Azərbaycanın ilk filosof alimlərindən biridir. Cangəmyon kənd orta məktəbi onun adını daşıyır.
Bu nəslin varisləri – Fuad Nurullayev fəlsəfə elmləri doktorudur, Zivər Nurullayev texnika elmləri namizədidir, Firudin Əsədov (Nurullabəyov) tarix elmləri doktoru, professorudur.
Beləliklə Nurullabəyov nəslindən muxtəlif elm xadimləri ilə yanaşı 12 nəfər məhşur hərbi zabit, 12 nəfər görkəmli alim, beş nəfər hüquqşünas, 300 nəfərə yaxın ali təhsilli ziyalı olmuşdur.
Böyük tarixi keçmişə, soy kökə malik olan talışlarin Nurullabəyov nəsli təkcə bu bölgənin yox, həm də Azərbaycanımızın ziyalı nəsillərindən biridir. Bu bölgənin ictimai-siyasi həyatında böyük rol oynamış nəsil kimi, Talışxanovlardan sonra Nurullabəyovlar nəsli gəlir. Bir sözlə Talişxanovlar Lənkəranda, Masallıda və Astarada xalqa xidmət etmiş nəsldir, Nurullabəyovlar isə Lerkə xidmət etmişlər. Nurullabəyovlar Lerikin fəxr edəceyi bir nəsildir.

Mənbələr:
1. Azərbaycanın Mərkəzi Arxivi.
2. Gürcüstanın Mərkəzi Arxivi.
3. Firudin Gilarbeg "Batini Quran”.
4. Mirzə Əhməd Mirzə Xudaverdi oğlu "Əxbərnamə”.
5. İsaq Əmənullayev "Dağlardan güc alan dostluq”
6. İsaq Əmənullayev "Dünya xali deyil”
7. Razzaq Xansuvarov "Ağacan bəy Nurullabəyov”, "Tolışon Sədo” nöm: 12 (24), 07 aprel 2012-ci il
8. Razzaq Xansuvarov "Dırığ mahalı ve Dırığ hakimlərinin şəcərəsi” "Tolışon Sədo" qəzeti nöm. 09(09) 10 dekabr 2011-ci il
9. F.Əsədov, S.Kərimova "Çarizmi Azərbaycana gətirənlər"
10. F.Əsədov "Talış diyarının keçmişinə bir nəzər"
11. G.Məmmədzadə "Lənkəran mahalının sərkərdələri"
12. G.Məmmədzadə "Cəngəmiran kəndi və Cəngəmiran abidələri" "Bolluq ugrunda" qəzeti, 1988-ci il.
13. Huseyn Əhmədi "Talışi”

Bu məqalənin yazılmasında mənə kömək edən Aytən Hüseynovaya öz minnətdarlığımı bildirirəm.


Tolışon Sədo qəzeti

Комментариев нет:

Отправить комментарий