06.02.2013

Şaiq Vəli vəfat etdi

"Oldu, deyilənlər oldu..."

Tanınmış şair Şaiq Vəli dünən axşam saatlarında uzun sürən xəstəlikdən sonra Sumqayıt şəhərində vəfat edib. Mərhumla vidalaşma mərasimi bu gün saat 13:00-da yaşadığı Sumqayıt şəhəri, 13-cü mikrorayon, bina 54 ünvanında keçiriləcək.
Qazax rayonunun Yuxarı Əskipara kəndində anadan olan istedadlı şair Şaiq Vəli Moskvada Qorki adına Ədəbiyyat İnstitutunu bitirib. Şeirləri uzun müddət dövri mətbuatda çap olunub.
Oxucuların xahişi ilə şairin bir şeirini sizə təqdim edirik:


Könüldə eşq gül –gül
Bitər, bitər, bitər.
Candanda can bül-bül
Ötər, ötər, ötər.

Yazını yazan yazar
Yazar...yazar, yazar,
Gül solar, bül-bül susar-
Qədər, qədər, qədər.

Mey süz, saqi, bir içim
Sirlər qapısını aç, sim-sim...
Can cananın... mən kim?!-
Kədər, kədər, kədər.

Dünya bir yığınaqdır
Yəmindir-bir sınaqdır....
Şaiq Vəli bir qonaqdır
Gedər, gedər, gedər.

Комментариев нет:

Отправить комментарий