14.03.2013

Kamal Abdullanın yazdığı yox, mənim oxuduğum “Sehrbazlar dərəsi” haqqında

Taleh Eminoğlu

           Bu mətni yazmazdan əvvəl də, bitirən sonar da ona bir ad vermək istədim.Amma nə illah elədimsə alınmadı. Sanki əsərdə hansısa bir sehrli qüvvə vardı və ona heç bir dəyişiklik etməyə icazə vermirdi hələ üstəlik mənidə bu ovsunun içinə daxil etmişdi. Özüdə elə daxil etmişdiki əsəri alıb ilk səhifədən başladım, qatlayanda isə artıq  221-ci səhifədə idim- sonda. Necə oxumuşdum bilmədim. Yalnız o yadımdadır ki, kitabı rəfə qoyub özümü hövlank saldım yazı masama və başladım bu mətni yazmağa nə qədər ki, hislərim təmizdi, hislənməmişdi.
            Bu əsərdə sufilərin və hürufilərin izi ilk diqqətimi cəlb edən oldu. Dərədəki sehrbazların “təkcənəlik vaxtına” çəkilməsi sufilərin təkliyə, özlərinə qapılmalarına bənzəyir və bəlkə elə odur.
Düşüncəmlə dərədəki insanlara yazıçı sehrbaz adını çərti olaraq verib və bu onların ruhları real aləmə gətirmələri ilə bağlıdır, onlar bir növ dərvişləri canlandırırlar.
             “Bu nə edəcəkdir?! Əgər bu da əvvəlkilər kimi qalxıb fırlanmağa başlasa- heç. Gəlməyəcək. Gəlsəydi o dəfə o açıq səmanın altında, başımızın üstü tamam ulduz idi, o zaman gələrdi, nə illah elədi, nə qədər oynadı, fırlandı o rəmmal. ” Sufizmin izlərindən biri. Fırlanaraq ruh çağırma. Səmazənlərə aid bir ritual. Belə bir ritualdan şamanlarda istifadə edirlər.
              Hürufiliyin izi isə Ağ dərvişin ruhunun o öləndən sonra ruhunun başqa bir bədəndə doğulmasında, təcəddüd etməsisdə görsənir. Hürufi təriqətinə görə ruhlar yenidən başqa bədəndə doğulurlar amma keçmişlərini unudaraq.
              “Dünyada hələ doğulmamış, amma doğulacaq adamlarında ruhları olur. Bu hələ doğulmamış adamların ruhları yəqin ki, bizim ətrafımızda gəzib- dolaşır, doğulub bu dünyada artıq yaşamış adamların ruhları ilə təmasa girməyə cəhd edir.”
              Ruhların əvvəlcədən yer üzündə olması və sonradan doğulması bir sıra sivilizasiyalarda var və hətta bunların kökü ən qədim miflərə, əsatirlərə gedib çıxır.
              Haşiyə:
              Bir neçə mifalogiyada ruhun insan bədənini- ana bətninə düşməzdən öncə göydən yerə gələnəcən yeddi qatdan keçir. Ruh həmçinin gələcəkdə nə işlə məşğul olacağını, nə edəcəyini deyir və Allah qarşısında öhdəlik götürür ki, vicdan adlandırdığımız hisdə elə budur- öhdəlikdən kənara çıxanda vicdan sızlayır, belə desək xəbərdarlıq edir. Eyni zamanda ruh doğulduqdan sonra hər şeyi unudur.
           Əsərdə diqqəti cəlb edən nüənslardan biridə qarı nənənin nəvəsinə dediyi layladır. Adətən duyduğumuz laylaların sözləri:

           Laylay dedim yatasan,
           Qızılgülə batasan,
           Qızılgülün içində,
           Şirin yuxu tapasan.

və.s və i.a şəkildə olur. Bu sözlər həmdə uşağın gələcək inkişafında öz təsirini göstərir. Ancaq Kamal Abdullanın Sehrbazlar dərəsindəki qarı nənənin dediyi layla tam başqadır. Bu laylada körpə sanki qorxudularaq yatızdırılır:
          “Yat, yat, yat... yatmasan, şirin yuxuya batmasan, qışqırmağı atmasan, damdabaca gəlib səni aparacaq, səni...ay səni, Gicənəqulu.” (səh. 173)
            Bu qorxu elə bir qorxu idi ki, illər boyu insanın bədəninə hakim olurdu necə ki, Karvanbaşına hakim olmuşdu. Adı çəkilən “damdabaca” bu qorxunun baş qəhrəmanı idi. Kimliyi məlum olmayan bu varlıq Karvanbaşının ürəyinə necə qorxu salmışdısa onu unuda bilmirdi. Bəlkə də bu “damdabacanın” müasir dövrümüzdə uşaqları qorxutmaq üçün istifadə edilən (təəssüf ki) “xortdan” və yaxud “xoxana” qohumluğu çatır. Karvanbaşının damdabacadan qorxduğunu bilən nənəsi ölüm yatağında nəvəsindən intiqam almasına and içdirəndə onu “damdabacayla” qorxutmuşdu:
             “Qarı nənəm hər Allahın verən günü bu sözü qulaqlarımda sırğa etmişdi, öləndə də artıq dili söz tutmurdu, gözlərilə dedi: intiqam!.. Bir də gözlərilə bunu dedi mənə: bird’n intiqam;n; unudarsan ha, göyçək balam, untmazsan ki? Yoxsa damdabaca... Tez dedim yox, unutmaram, rahat ver nəfəsini, unutmaram. Unutsan bax ha... dedi bu gözlər yenə. Mən dedim: Unutsam qoy damdabaca gəlib məni aparsın.” (səh. 184)
Nəticə məlumdur.
            Əsərdə həm də dialek sözlərdən istafadə edilmişdir- qəmə. Qəmə- kiçik bıçaq. Bu söz Qərbi Azərbaycan ərazısındə (indiki ermənistan, bir gün yenə bizim olar) işlədilir və unutmayaq ki, əsərdə sözü gedən Günortac məhz elə həmin əraziləri əks etdirir.
             Romanda Şeytanın silahından- intiqamdan da söhbət açılır. Elə əslində romanın qəhrəmanlarını bir- birinə bağlayan xətt intiqam üzərində qurulub. Şah- Cəllad Məmmədqulu- Şahın oğlu- cəllad Məmmədqulunun oğlu Karvanbaşı Allahverdi. Ancaq intiqam hissi heç birinə yaxşı heçnə vermir. Karvanbaşı atasının qisasını almağa çalışır. Buna isə onu uşaqkən nənəsi təhrik edir. Nənə əslində qızının intiqamını almaq fikrindədir və düşünür ki, qızının və sevmədiyi kürəkəninin ölümündə dolayısıylada olsa günahkar Şahdır. Elə Karvanbaşının hərəkətlərindən də- atasının ruhu ilə şahı öldürəcəyi barədə danışarkən tərləməsi, bədəninin titrəməsi bir sözlə soyuqqnlılıq hissindən uzaq olması, ruhun “Sən özgəsinə cəza verə bilməzsən, gədə, cəzanı Allah verir. Qoy kimə nə verir qurban olduğum özü versin. Sən qarışma Allahın işinə, bala...” (səh 192) deməsindən sonar qəflətən tutduğu əməlin çəkisinin necə ağır olduğunu anlayıb qorxuya düşməsi- görünür ki, əslində o bu işə hazır deyil, sadəcə illərdir şüuraltı beynində ilişib qalan “intiqam” hissindən əmələ keçirilməsi üçün atılan lazımsız bir addımdır.
            İntiqam zəncirinin hələ çox uzanacağı görünür. Cəllad Məmmədqulu öləndə oğlu Allahverdi sağ qalıb intiqam hissi ilə böyüdü. Böyüyüb atasını öldürən şahın ölümündən sonra taxta çıxan ğolunun ən yaxın adamı oldu. İntiqam almaq istəsədə alınmadı. Bu dəfə Karvanbaşı Allahverdi öldü oğlu sağ qaldı. Zaman gəlibdə şah öləndən sonra oğlu taxta çıxarsa (aydındırki belə olacaq) Karvanbaşı Allahverdinin oğlu atasının qisasını almaq eşqinə düşməzmi, düşər. Bu intiqamı almazmı, alar, alar...

Комментариев нет:

Отправить комментарий