Heydər ƏLƏDDİNOĞLU
Əmimin həddindən artıq qısqanc olduğunu az qala beşikdəki uşaq da bilrdi. Elə bu kəntöy xasiyyəti ucbatından da ailə qurduğu bu bir neçə il ərzində yerli-yersiz ortalığı qarışdırır, tez- tez ailə münaqişəsinə zəmin yaradırdı.
Yayın orta ayları idi. Günəşin sarı şəfəqlərinin şölə saçan işığı səhərin yuxulu gözlərinə düşərək, qəsəbəni oyatmağa çalışırdı. Artıq səhər çoxdan açılmışdı. Əmimin tapşırığı ilə ilə taksi meydanına getməli, yenicə dünyaya göz açmış körpəsini poliklinikaya aparıb peyvənd etdirmək üçün “münasib bir maşın” gətirməli idim.
“Münasib bir maşın” tapmaq o qədər də çətin olmadı.Bir qədər aralıda dayanan yaşıl rəngli nimdaş “Moskviç” markalı maşının sükanında əyləşən ağ təsəkli,nurani simalı qocanı gördükdə sanki itirdiyi qiymətli əşyanı tapmış kimi gözlərimi bərəldib irəli yüyürməyə başladım.Mömin qiyafəli yaşlı sürücüyə ədəblə salam verdikdən sonra məqsədimi açıqladım. ”İnşallah bala, İnşallah” deyərək,əlini uzadıb maşının qabaq qapısını açaraq, oturmağıma şərait yaratdı.Bayaqdan darvazanın ağzında gözləyən əmimin səhərdən bəri olan narahatçılığına sanki son qoyuldu.O, aralıdan bizi gördükdə sifəti açıldı və mənə tuşlanan gözlərində razılıq ifadələri açıq-aşkar hiss edildi.Günorta namazını yenicə bitirib eşiyə çıxan babamı görən qoca sürücü dərhal maşından düşüb yaşına uyğun olmayan bir cəldliklə babama sarı addımladı və hər ikisi yüz ilin tanışları kimi ikiəlli görüşərək, mömüncəsinə öpüşdülər.Təxminən eyni yaşda və eyni qiyafədə olan hər iki qocanın danışığından hiss olunurdu ki, ilk tanışlıqları da elə buradaca olub.Sadəcə “kolleqa” olduqları üçün bir- birlərinə belə isti münasibət göstərirlər.
Maşında əyləşməyimizdən bir neçə dəqiqə ötsə də,babam bayaqdan dil-dil ötür,yaşlı həmkarı ilə din barədə etdiyi söhbət ona ləzzət verdiyindən kişini sükan arxasına əyləşməyə yubadırdı.
-Mən bilirəm ki,İslam dininə etiqad edənlərin sayı gündən-günə daha da artacaq və dinimiz daha da qüvvətlənəcək.
- İnşallah,qardaş, İnşallah.Mən də hər namaz üstündə Allahdan bunu diləyirəm-deyə qoca sürücü babamın dediklərini başı ilə təsdiq edir və onunla razılaşırdı.Əmdostumun qucağında hıçqırtıyla ağlayan körpənin narahatçılığı olmasaydı babam müsahibini heç də asanlıqla buraxmayacaqdı.Nəhayət,maşın işə düşdü.Qarşı oturacaqda əyləşən əmim arabir qanrılıb arxa tərəfə baxsa da,məhəlləmizə nabələd olan qoca sürücüyə həm də bələdçilik edirdi.
-Dayı,bu tindən getsək kəsə olur.
- İnşallah bala, İnşallah.
Az qala əmimin işlətdiyi hər bir kəlmənin qarşılığında “İnşallah” kəlməsini işlədən bu arıq, çəlimsiz qocaya əmim mehriban nəzərlərlə baxır və ona xüsusi hörmətlə yanaşırdı.
Maşın geniş bir şosseyə çıxdı.Yol boyu əmimin bu qocayla tanışlığı daha da artır,söhbət genişlənirdi.
-Ağsaqqal,deyəsən “Xolturaya” təzə başlamısınız.Çünki,dayanacaqda sizə rast gəlməmişəm.
-Düz deyirsən,ay bala,on beş ilə yaxındır ki,elə qarı da,mən də uşaqların yanında-Bakəda yaşayırdım.Yaş artdıqca gördüm ki,yox buralar artıq mənlik deyil.Bəlkə də torpaq ”əmlakını”geri istəyirdi ya nə idisə burnumun ucu göynəyirdi qəsəbə üçün.Eh...ay bala,onsuz da axır yerimiz buralardır.Gəldim gördüm yox,bekar dura bilməyəcəyəm.Bu tələkəni də alıb bir az ora-burasına əl gəzdirdim.Az-çox nə olur min bərəkət.Bir qarıdır,bir də mən.Baş-başa verib günümüzü keçiririk.Qocanın danışığı deyəsən əmimə ləzzət verirdi.O,həm də belə “Münasib bir maşın” tapdığına görə də fərəhli görünürdü.
- Ağsaqqal,bundan sonra oldum sənin müştərin.Nə vaxt maşınlıq bir işim olsa dərhal səni axtaracağam.
- İnşallah bala, İnşallah.
Maşın tini burulanda qoca birdən sürəti azaltdı və gendən ona əl edən qıvrımsaçlı, gombul kişini görən kimi dərhal siqnal verdi və maşını saxladı.”Bala, bir dəqiqə bağışlayın”-deyib maşından düşdü.Yolun o tərəfinə keçərək,ona sarı gələn gombul kişi ilə qucaqlaşıb öpüşdülər. Maşının şüşəsindən boylanıb qaşlarını çataraq, ciddi görkəm alan əmimin də gombul kişini tanımasına qəti şübhəm yox idi.Çünki,bütün qəsəbə bilirdi ki,sifəti qıp-qırmızı olan bu pəzəvəngin arvadı və qızı pis yolda idilər. Qəsəbə sakinləri dəfələrlə bunu gombulun üzünə vursalar da,o,bütün olanlara etinasız yanaşaraq,bir söz deməyirdi.
“Köhnə tanışlardandır”-deyə qoca sürücü maşını işə saldı.”İsti münasibətlərimiz var.Hətta ailəvi gediş-gəlisimiz də olur.”
Ortaya ağır bir sükut çökmüşdü.Yol boyu daha heç kəs danışmırdı.Arabir siqnal verən maşınların “salamlaşması” bu lal sükutu pozmağa çalışırdı.Əmim fikirli- fikirli yola baxırdı.Dərin düşüncələrə dalmışdı.Həmin an onun nə fikirləşdiyini ayırd etmək isə bir o qədər də çətin deyildi...

Комментариев нет:
Отправить комментарий