12.03.2013

QƏBİRİSTANLIQ - TİCARƏT MƏRKƏZİ

Anar Sadıllı

Bu gün vaxtım cox olduğundan  fikirləşdim ki, nə edim. Əslində hər gün çalışıram həyatım maraqlı keçsin və bu səbəbdən düşündüm ki, bir gedim qəbirstanlığa görüm yerlər neçiyədi. Qəbirstanın “başqan”ı ilə görüşdüm (başqan deməkdə məqsədim budur ki, özünü elə aparırdı sanki “Gənclik” dən yer alıram elə qiymətləri də ora qiymətinə dedi).” Özümə 2- nin 1 – ə yer axtarıram”-dedim. Başqan soruşdu ki, suya yaxın olsun, yoxsa quru yerdən?
- Maraqlıdı, bu sulu yerin fərqi nədir?
- Qəbrin ətrafındakı gülləri sulamaq rahat olsun və əlbəttə qəbri yumaq üçün.
 Yenə başqan sual elədi.
-Qəbirstanlığın mərkəzidən istəyirsən , yoxsa kənar yerindən? Necə yer olsun?
Bir başa maşın qəbirin yanına qədər gəlsin, yoxsa qəbirin aralıda olsun? Onda gərək piyada gedəsən.
Qəribədir, çox adam ölməkdən qorxur. Onlar deyəsən qəbirstanlıqda yaradılan bu qədər rahatlıqdan, lüks həyatdan bixəbər idilər. Mənə daha bir maraqlı gələn isə kənarda dayanan əllərində inşaat ləvazimatı olan insanlar oldu. Başqana müracət etdim ki, bunlar kimdir? Qəbirlərə bəzək vuranlardı, istəsən onu da təşkil edərik,və başladı bir-bir öz xidmətərini bəh-bəhlə sadalamağa. Mərmər, aqlay, rəngli işıqlar, dam örtüyü, bəzəkli yazılar, təbrik sözləri, rahat oturacaq, ekzotik güllər, dəmir hasar, aluminium qablar və üstəlik zövqünüzə, istəyinizə uyğun hər bir bəzək əşyaları. Başqanla razılaşdıq o hər bir işi yüksək kefiyyətdə edəcəkdi. Başqanın yanından ayrıldım və qəbirlər tərəfə getdim, orda olan bəzəklərə baxmaq ücün. Hər qəbirin özünə məxsus şəkilləri varıydı, bəzilərinin şəkilinə baxanda dərhal anlamaq olurdu ki, bu insan necə həyat sürüb.Sanki, bu qəbirüstü abidələr insanları yox onların yaşam tərzinin simvolu idi. Əlində şərab olan, qolunda döymə olan, bəzilərinin üzündə capıq izləri və s..  də əks olunmuşdu. Bəziləri isə təmtəraqlı heykəlləri, büstləri, fərqli-fərqli dizaynda işlənmiş abidələri ilə sanki yarışa dayanmışdılar.Lap özümü hansısa tarixi muzeydə ya  sərgidə hiss etdim. Cox qəribə gəldi onların ustündə olan bəzəklər. Bir şan-şöhrət varıydı qəbrlərin üstündə. Düşündüm, görəsən onların sağlığında da onlara yaxşı baxıblarmı?! Amma indi nə xeyri var bunun o torpaq altında yatana. Heç torpaq üstündə gəzənə də xeyri yoxdur.

Var mı Allahdan yuxarı, qəbirdən aşağı? Toparlan ruhum gedirik, sen
yuxarı men aşağı.. Necip Fazil

Комментариев нет:

Отправить комментарий