Страницы

11.03.2013

Səadət Əliqızı - GÜNƏŞ SÖNÜK


YERDƏN BİTİRƏM

Susub  bir  qara daş  kimi,
Kiprikucunda  yaş  kimi.
Ruhum  köçəri  quş kimi,
Bu  dünyanı  tərk  edirəm.

Yer üzünü  bürüyür qəm,
Göydən  yerə  ələnir  qəm.
Öləziyən işığam  mən,
Qaranlığa  yol  gedirəm.

Bu yol  açılmaz  səhərdi,
Dönülməyən  bir  səfərdi.
Kimsə  bilməz  nə  təhərdi,
Bilmirəm  ki, nə  götürəm.


Dönüb görməzdən  gələndim ,
Fələk  ələdi   ələndim.
Bir  gün  dünyadan  silindim,
Daş  olub  yerdən  bitirəm.

GÜNƏŞ  SÖNÜK

Günəş sönük ,
Kölgə  çöküb bu  şəhərinüzərinə.
Ətraf  dolu  insanlarla.
Axın-axın  gedir  hara ?
Yeriyirəm  adamların  arasıyla
                             Özgə  kimi.
Gözlərimdə  solğun  ümüd.
Sinəmdəki  ürək  halsız.
Mən  gördükcə  adamları  simasız.
Anlayıram, azalırıq  dmla-damla.
Kiçilirik  qarış-qarış
Torpaq  təki.
Özümüzü  axtarıram  bizə  oxşar,
Adamlardan  qaça-qaça, mən  baxdıqca
                  Nəzərlərim  külək  kimi
                       Yarıb  keçir  insanları
Axtarıram  simaları  ,
                 Ot  içində  düşüb  itmiş  iynə  kimi.

SALAMAT  QAL  VƏTƏNİM

Salamat  qal,
Vətənim
Mən  gedirəm.
Köksündə  bir  ağrın  azalsın  deyə.
Gözlərimə  qəm  yığmışam,
qalaq – qalaq  sənə  sevic,
  qalsın  deyə.
Göylərinə  duman–duman
Ahım  çöküb  bilirəm.
Daşlarına  qan  çiləmiş
Ayağımın  izləri.
Sinən  üstəbir  daş  artar
Bu  gündən.
Mən  gedirəm  ürəyimdə, qara
 günün  rəngi.
İllərlə  qazandığım,
Özüm  ilə  apardığım,əllərimdə  qabardı.
Nə  çəkdimsə  çəkdim  burda.
Canım  Vətən, məndən  sarı  fikir çəkmə,
Bundan  sonra  mənim  yolum  hamardı.

Комментариев нет:

Отправить комментарий