YERDƏN BİTİRƏM
Susub bir qara daş kimi,
Kiprikucunda yaş kimi.
Ruhum köçəri quş kimi,
Bu dünyanı tərk edirəm.
Yer üzünü bürüyür qəm,
Göydən yerə ələnir qəm.
Öləziyən işığam mən,
Qaranlığa yol gedirəm.
Bu yol açılmaz səhərdi,
Dönülməyən bir səfərdi.
Kimsə bilməz nə təhərdi,
Bilmirəm ki, nə götürəm.
Dönüb görməzdən gələndim ,
Fələk ələdi ələndim.
Bir gün dünyadan silindim,
Daş olub yerdən bitirəm.
GÜNƏŞ SÖNÜK
Günəş sönük ,
Kölgə çöküb bu şəhərinüzərinə.
Ətraf dolu insanlarla.
Axın-axın gedir hara ?
Yeriyirəm adamların arasıyla
Özgə kimi.
Gözlərimdə solğun ümüd.
Sinəmdəki ürək halsız.
Mən gördükcə adamları simasız.
Anlayıram, azalırıq dmla-damla.
Kiçilirik qarış-qarış
Torpaq təki.
Özümüzü axtarıram bizə oxşar,
Adamlardan qaça-qaça, mən baxdıqca
Nəzərlərim külək kimi
Yarıb keçir insanları
Axtarıram simaları ,
Ot içində düşüb itmiş iynə kimi.
SALAMAT QAL VƏTƏNİM
Salamat qal,
Vətənim
Mən gedirəm.
Köksündə bir ağrın azalsın deyə.
Gözlərimə qəm yığmışam,
qalaq – qalaq sənə sevic,
qalsın deyə.
Göylərinə duman–duman
Ahım çöküb bilirəm.
Daşlarına qan çiləmiş
Ayağımın izləri.
Sinən üstəbir daş artar
Bu gündən.
Mən gedirəm ürəyimdə, qara
günün rəngi.
İllərlə qazandığım,
Özüm ilə apardığım,əllərimdə qabardı.
Nə çəkdimsə çəkdim burda.
Canım Vətən, məndən sarı fikir çəkmə,
Bundan sonra mənim yolum hamardı.
Комментариев нет:
Отправить комментарий