05.03.2013

Stalinin vəfatından 60 il ötür

Stalinin vəfatından 60 il ötürQafqAzNews “Atmosfera” informasiya agentliyinə istinadən xəbər verir ki, cəmiyyətdə şəxsiyyəti və tarixdəki rolu daima qızğın müzakirələr doğuran İosif Stalinin vəfatından 60 il ötür.
Əksər insanlar üçün Stalinin adı ilk növbədə qanlı repressiyalar siyasəti ilə bağlı olsa da, onu “bütün zamanların və xalqların dahisi” hesab edən insanlar da az deyil. Ölümündən 60 ilin keçməsinə rəğmən məzarın üstündə həmişə tər güllər var. Bu gün da onu minlərlə insanın ziyarət edəcəyi gözlənilir.
Stalinin vəfatının ildönümü münasibətilə müsahibə verən ekspertlərdən biri deyir: “Stalinin şəxsiyyətini birmənalı olaraq qiymətləndirmək çox çətindir. Bir tərəfdən milyonlarla insanın həyatı onun qurduğu sistem tərəfindən əzilmiş və sındırılmışdı.
Digər tərəfdən isə, Sovet İttifaqının Böyük Vətən Müharibəsində qələbə qazanması, iqtisadiyyatın dirçəldilməsi, hətta Rusiyanın bugünkü uğurlarında Stalinin müstəsna rolu danılmazdır.”
21 Dekabr 1879-cu ildə Gürcüstanın Qori şəhərində anadan olmuş İosif Vissarionoviç Stalin 29 il müddətində Sovet İttifaqına rəhbərlik etmişdi. O 1953-cü il martın 5-də beyninə qansızmadan dünyasını dəyişmişdi.

Комментариев нет:

Отправить комментарий