11.03.2013

TƏRANƏ MUSAYEVA - TƏQDİMAT

Dostlarım...
Yeni kitabım çıxıb.
Sizi təqdimata çağırıram -
Çünki kitabın çapına
Xeyli xərcim çıxıb...

... Bəlkə Birlikdə,
Bəlkə Mərkəzdə,
Bəlkə də Mağazalar
Şəbəkəsində oldu.
Kafe, restoranda da ola bilər
Təqdimat üçün
Sponsor tapsam.


Əmin olun -
Diqqətsiz qalmayacaqsız.
Axı siz sevə-sevə topladığım dostlarım,
Dostlarımın gilə-gilə
Topladığı dostları,
qonşuları, tanışlarısız...

Qapıda sizi qarşılar
Sevgin -
“Durun, öncə kitab alın,
Siyahıya düşün.
Sabah belə bir
Xeyir işin sənin
Qapında da olacağını
Düşün!”

Əlindəki kitabla, çıçəklə
Ölçülər içəridə
Yerin!

Vərəqləyin, üzünüz düz baxanda
Gülümsəyin,
Yan baxanda -
"Bu axmağın yazdığına baxın", - deyin.
Əsas düz baxmaqdı
Əyri danışsan da olar.

Dostlarım,
Yeni kitabım çıxıb -
Təqdimata gəlin.
Qapıda Sevgin olmayacaq -
İçəridə
sevgim olacaq!

Əliniz boş, cibiniz boş,
ürəyiniz, beyniniz
dolu gəlin -
Təqdimata gəlin!

Комментариев нет:

Отправить комментарий