Elmar Həsənov
profliqa.blogspot.com
İnqilabdan sonrakı iki il ərzində bu ölkədə situasiya xeyli dərəcədə fərqli forma alıb, Əsəd mövqelərini gücləndirib
Suriyada üsyanın iki ili tamam oldu. İki il əvvəl - 2011-ci ilin yanvarın sonu fevralın əvvəlində Suriyada ilk etirazlar başladı. Az keçmədi etirazlar silahlı qarşıdurmaya, silahlanmış müxalifətlə hökumət qüvvələri arasında toqquşmalara çevrildi.
Artıq iki ildir Yaxın Şərqin mərkəz ölkəsində silahlı toqquşmalar davam edir. BMT-nin hesabatına görə, toqquşmalar nəticəsində 70 min insan ölüb, minlərlə insan yaralanıb, Hələb, Hums, İdlib, Dəra və digər şəhərlər yerlə yeksan edilib, 3 milyon suriyalı qaçqın düşüb. Başlanğıcda inqilabi proseslərin sürətlə getdiyi Suriyada indi vəziyyət xeyli dəyişib. Beynəlxalq birliyin, Qərb ölkələrinin, eləcə də Türkiyə və ərəb dövlətlərinin açıq dəstəyinə baxmayaraq, müxalifət Suriya hakimiyyətini devirməyi bacarmadı.
Əksinə, Suriya hakimiyyəti 2011 və 2012-ci illə müqayisədə daha möhkəm və dayanıqlı görünür. Təkcə bir faktı qeyd etmək olar ki, bir il əvvəl Suriyada hakimiyyətə dəstək verməsinə rəğmən açıq şəkildə rejimin yanında olduğunu qeyd etməyən Rusiya hakimiyyəti indi açıq şəkildə rejim dəyişikliyini istəmədiyini bəyan edir. Ötən gün Rusiya prezidenti Vladimr Putin Suriyada hakimiyyət dəyişikliyini istəmədiyini açıq şəkildə bəyan edib. Ancaq Suriya ilə bağlı təkcə Rusiyanın mövqeyi dəyişməyib. Suriya müxalifətini birmənalı şəkildə dəstəkləyən ABŞ hakimiyyəti son aylarda müəyyən ehtiyatlı bəyanatlar verməyə başlayıb. Söhbət Suriyada fəaliyyət göstərən silahlı vəhhabi qruplardan gedir. Ötən ilə olan məlumata əsasən, ABŞ hakimiyyəti Suriyada fəaliyyət göstərən 13 radikal dini qruplaşmanı terror təşkilatları siyahısına əlavə edib. Artıq dünya xəbər agentliklərində, internet portallarda radikal dinçi silahlı qrupların Suriyada həyata keçirdiyi qəddar səhnələrlə bağlı məlumatları paylaşılır. Silahlı radikal sələfilərin Suriyada şiələrin müqəddəs ziyarətgahları olan İmam Hüseynin (ə) bacısı Həzrət Zeynəb (s.ə), qızı Həzrət Rüqəyyə və Həzrət Səkinənin məzarlarına edilən hücumlar Suriya ilə yanaşı, dünyada ciddi narahatlıqla qarşılanıb. Bundan başqa dinc insanların, o cümlədən qadın və uşaqların edam olunması faktları ciddi narahatlığa səbəb olub. Artıq gələn xəbərlərdə Qərb ölkələrinin Suriya müxalifətinə göndərilən silahların radikal dini qruplaşmaların əlinə keçməməsi şərtini irəli sürürlər. Gələn xəbərlər arasında daha bir diqqət çəkəni isə müxaliflərlə radikal dini qruplar arasında ara-sıra toqquşmaların olmasıdır. “Azad Suriya Ordusu” ilə radikal dindarlardan formalaşan, əsasən, xarici ölkələrdən gələn muzdlu döyüçülərin (əsasən vəhabilər) yola getməməsi həm də siyasi səbəblərlə bağlıdır. Belə ki Suriyada maraqlı olan Qərb ölkələri ilə yanaşı, bölgənin əsas oyunçuları olan ərəb ölkələrinin təsiri altında olan qüvvələr Suriyanın gələcəyi ilə bağlı ortaq fikrə gələ bilmirlər. Suriya üsyançıları arasında əsas qüvvə olan “İxvan əl-Muslimun” (Müsəlman qardaşlar) ilə Səudiyyə Ərəbistanı və Qətərin təsirində olan sələfi qruplaşmalar ideoloji baxımından əks cəbhələrdə təmsil olunurlar. Hər iki qüvvə Suriyanın gələcəyi ilə bağlı, daha dəqiq Əsəddən sonrakı hakimiyyətdə daha böyük təsirə sahib olmaq istəyir.
Bu arada Suriya prezidenti Bəşər Əsəd Türkiyənin “Ulusal” kanalına verdiyi müsahibədə xeyli dərəcədə əmin danışıb və Türkiyə hakimiyyətini günahlandırıb. Suriya prezidenti deyib ki, Ərdoğanı yalan danışmaqda günahlandırıb. Sitat: “Əgər Ərdoğan iddia etdiyi kimi, Suriyadakı münaqişənin həllinə çalışırsa, bəs onda silahlı qruplara niyə dəstək verir? Hazırda Ərdoğan Qətərin maddi dəstəyi ilə silahlı qrupları Türkiyədə saxlayır və onlara hər cür dəstək verir. Həmin silahlı qruplar maddi və silah-sursatla təmin edildikdən sonra Suriyaya göndərilir. Ərdoğan yalan danışır və Suriya münaqişəsinin həlli üçün irəli sürdüyü təklifləri maska kimi istifadə edir. Biz Suriyanın daxili məsələlərinə müdaxiləni qəbul edə bilmərik”.
Bəşər Əsəd deyib ki, türk hökumətinin əli Suriyada axan qana bulaşıb. Bəşər Əsədin terrora məruz qaldığı iddialarından sonra ilk dəfə efirə çıxıb danışması böyük marağa səbəb olub. Suriya prezidenti “Mavi Mərmərə”yə görə İsrailin üzr istəməsinin arxasında Türkiyə-İsrail əməkdaşlığının dayandığını iddia edib.
Qeyd edək ki, ötən həftə Suriyada 30 azərbaycanlının döyüşlərdə öldürülməsi xəbəri yayıldı. Öldürülən azərbaycanlılarının fotoları yayılıb. Hələ ötən ilin payızında öldürülən azərbaycanlılar haqda məlumatlar yayılmağa başlamışdı. Əldə olunan məlumatlarda öldürülən döyüşçülərin əksəriyyətinin vəhhabi olduğu qeyd olunur. Bu fakt Suriya hakimiyyətinin ərəb ölkələrinin, xüsusən Qətər və Səudiyyə Ərəbistanının, o cümlədən ABŞ, Britaniya, Türkiyə kimi ölkələri vasitəsilə Əfqanıstandan İngiltərəyə qədər, o cümlədən Çeçenistan, Azərbaycan kimi ölkələrdən döyüşçülərin Suriyaya hökumət qüvvələrinə qarşı döyüşlərə cəlb olunması ilə bağlı iddialarını gücləndirir. Son hadisələr, Bəşər Əsədin mövqelərini gücləndirməsi onu göstərir ki, radikal dini qrupların fəallaşması və qəddar cəzalar, eyni zamanda Suriyada fəaliyyət göstərən sələfi şeyxlərinin ələvi və şiələr (Bəşər Əsəd ələvi əsillidir. Ələvilər Suriyada ən böyük dini azlıqlardan biri sayılır) əleyhinə fətvaları Suriyada Əsədə münasibəti dəyişib. Yaxud da ən azından müxaliflərə olan inama ciddi zərbə vurub.
Beləliklə, iki ildən sonra Suriyada inqilab nəinki hədəfə daha da yaxınlaşıb, əksinə, cərəyan edən hadisələr Bəşər Əsəd hakimiyyəti üçün daha münasib şəraitə gəlib çatıb. Artıq müttəfiqləri onu daha çox müdafiə edir, rəqibləri arasında isə tərəddüdlər artır. Üstəlik, radikal qrupların mövcudluğu Suriya daxilində ictimai rəyi inqilabdan soyudub. Hazırda Suriyada döyüşlər davam edir və hazırkı situasiya proseslərin hələ bir müddət davam edəcəyini göstərir.

Комментариев нет:
Отправить комментарий