04.04.2013

Hindistandan Azərbaycana fahişəlik etirazı

«Masaj salonlarında fahişələrin yaşları azaldıqca qiymətləri artır. 15-16 yaşlı qadınlara görə müştərilərdən daha yüksək vəsait tələb olunur».

Bunu Teleqraf.com-a açıqlamasında Qadın Krizis Mərkəzinin rəhbəri Mədanət Əzizova bildirib. Onun sözlərinə görə, Azərbaycanda fahişəlik xidmətini şərti olaraq üç qrupa bölmək olar: küçə fahişələri, bar fahişələri və telefonla çağırılan fahişələr.
«Küçə fahişələrinin yaşları çox olur. Azərbaycanda belə fahişələrin sayı o qədər də çox deyil. Rusiya və Türkiyədə küçə fahişəliyi geniş yayılıb. Yaşı 30-dan yuxarı olan, o qədər də gözəl olmayan fahişələr küçələrdə müştərilərə xidmət təklif edirlər. Əlbətdə ki, onların qiymətləri də aşağıdır», - deyə, ekspert bildirib.

M.Əzizovaya görə, təlabatın artması ilə bağlı olaraq azyaşlı fahişələrin sayı da çoxalıb: «18 yaşına qədər olan fahişələr daha çox qapalı yerlərdə xidmət göstərirlər. O qədər də peşəkar olmurlar və kimlərdənsə asılı vəziyyətə düşürlər. «Mamaroza»sı, "stünyoru" olmadan fəaliyyət göstərən fahişələr tez-tez polis tərəfindən saxlanılır, incidilirlər. «Mamaroza»nın himayəsi olmadan fahişəlik etmək çətindir. Gərək onun «haqqı»nı çatdırasan ki, sərbəst fəaliyyət göstərmək mümkün olsun».
Mərkəz rəhbəri deyir ki, ücüncü növ fahişələr - telefonla sifariş qəbul edənlər daha samballı müştəri axtarışındadırlar: «Bu kateqoriyaya aid olanların əksəriyyəti ictimai yerlərdə, iş yerlərində özlərinin «peşəsini» gizlədirlər. Və onların fahişə olduğunu çoxları bilmir. Hətta «mamarozalar» var ki, telefonla sifariş qəbul edirlər. Samballı müştərilər necə qadın istədiklərini izah edirlər və zövqə uyğun fahişələr müştəriyə göndərilir».
«Fahişələrin daha çox hansı regionlardan olduğunu söyləmək çətindir. Heç bir fahişə öz rayonunda işləmir. Bakıda faşihəlik edənlərin böyük əksəriyyəti rayonlardan gələnlərdir. Bundan başqa son illər Azərbaycanda Rusiya və Ukraynadan gələn fahişələrin də sayı artıb. Qışda ofsiantlıq və fahişəlik edirlər, yayda isə ancaq fahişəlik edirlər. Gələn aydan başlayaraq, Azərbaycana fahişə axını güclənəcək. Əncəbi fahişələr istirahət mərkəzlərinə, otellərə, türizm obyektlərinə üz tuturlar» - deyə, M.Əzizova qeyd edib.
Ekspertə görə, azərbaycanlı fahişələr də Rusiya, Türkiyə, Dubayla yanaşı Pakistan və Hindistana da üz tuturlar: «Rusiya, Türkiyə və Dubayda fahişəlik xidmətindən imtina edib ölkəyə qayıtmaq ehtimalı var, amma Pakistan və Hindistanda şəbəkəni yalnız ölməklə tərk etmək mümkündür. Hindistanın balaca bir yaşayış massivində azərbaycanlı fahişələrin olduğu barədə biz bu yaxınlarda xarici mətbuatdan xəbər tutduq. Yerli sakinlər etiraz edirdilər ki, qəsəbədə fahişəxana fəaliyyət göstərir, Rusiya və Azərbaycandan ora qadınlar gətirilir. Əgər balaca qəsəbədə bir neçə azərbaycanlı fahişə varsa, gör Hindistanın özündə onların sayı nə qədərdir?»
M.Əzizova qadınların fahişəliyə üz tutmasının kökündə sosial problemlərin olduğunu bildirdi: «Maddi vəziyyət aşağı olur, gənclər təhsildən yayınırlar. 15-16 yaşlı qızlar təhsili yarımçıq buraxaraq masaj salonlarında günü 20-30 manata fahişəlik edirlər. Masaj xidmətinin adı var, əslində orada əsas fəaliyyət intim xidmət göstərməkdən ibarətdir. Masaj pulu salonun administratoruna verilir, intim xidmətə görə pul isə fahişənin özünə verilir. Fahişələr aldıqları pulun müəyyən faizini, əlbəttə ki, rəhbərliyə çatdırır».
Mərkəz rəhbərinin dediyinə görə, qızlar həmçinin sosial şəbəkələr vasitəsilə fahişəliyə cəlb olunurlar: «İnsan alverçiləri sosial şəbəkələr vasitəsilə qızlarla tanış olur, eşq-məhəbbət elan edirlər, daha sonra onları seks xidməti göstərməyə məcbur edirlər. Bir müddət öncə azərbaycanlı gənc oğlan sosial şəbəkədə rusiyalı qızla tanış olmuşdu. Qızı sevdiyini deyib, onu Azərbaycana dəvət etmişdi. Burada qızı başqa bir nəfərə pulla satmışdı. Hazırda bu cür hallar geniş yayılıb».

teleqraf.com

Комментариев нет:

Отправить комментарий