04.05.2013

Rəfael Həbiboğlu - AY BELƏ SƏNƏM

Ayağın altına düşən bir dənəm,
Dənəm səndən ötrü, ay belə sənəm.
Yerimək istəsən meydan yeridi
Sinəm səndən ötrü, ay belə sənəm.

Dərdindən gedibdi gözümdən qaram,
Mənim bəxti kəmim, taleyi qaram.
Yağışam, şimşəyəm, buludam, qaram,
Günəm səndən ötrü, ay belə sənəm.

Dərdlilər dərdləri dərər dərindən,
Mən dərdin daha da dərin yerindən.
Dərvişəm, sufiyəm, zahidəm, rindəm,
Dinəm səndən ötrü, ay belə sənəm.


Dəyirmançı dədə, iynə, dən keçər,
Düyçə iydən keçər, iy nədən keçər,
Desələr biri var, iynədən keçər,
Mənəm səndən ötrü, ay belə sənəm.

Rəfail söz qoşdu, qalanı mindi,
Sözün biri getdi, qalanı mindi.
At məni odlara, qalanım indi
Sənəm, səndən ötrü, ay belə sənəm.

Комментариев нет:

Отправить комментарий