14.05.2013

Yuxumdakı kitab

Rüfət Soltan

Gedirəm... Geniş küçədə, iki avtobus eyni anda keçəbilcək enliyində bir yol ayaqlarımın altına döşənmiş xalı kimidir. Kənarları alaqlar basmış köhnə səki. İnsanlar hanı görəsən, səkilərdən bəlli ki, burada yaşayış məhdudlaşıb. Asfaltın çatlaq yerlərindən təbiət oyanıb. Çöndüm ətrafa baxdım: Aha, elədir ki, var, çox az ev gözümə dəyir. Xalı da köhnəlib-yol param-parça olub-bu məkanı tərk edərkən məhv olmuş hislərim kimi. Düz 3 ildir keçir üstündən ancaq yaşaya bilmirəm daha buralarsız. Kazə ins-cins də gözə dəymir. Gözümə alışan bu cənnət indi cəhənnəmə dönüşüb elə bil. Atam, anam, hanı ailəm, qonşuluqda qohumlarım?.. 
Artıq həyətimizə daxil oldum, yeyin addımlarla hərəkət edirəm, çox yorğunam. Özümlə daşıdığım yük elə özüm ağırlığımdadır. Etiraf edirəm ki, kitablarımı heç kəsə verməyəcək qədər xəsis olmuşam, onun üçün özümlə hamısını aparmışdım yad elə.
İndi isə onlar mənə fiizki ağrı verir, sanki zehni və mənəvi ağırlıqları kifayət edirmiş kimi. Yorğun və acam. Anamın o gözəl əllərilə bişirilmiş olan hər neməti yeyərəm. Atamla bir stəkan çay içə - içə o danışar, mən isə yazaram. Axı onun haqqında yazacağıma nə vaxtsa söz vermişdim. Bu an geniş həyətin başına doğru addımlamaqda olarkən birdən yolun ortasında dayandım və əlimi atdım çantama-atam canlı xatirəsinə yazdığım kitabı çıxardım. Ona vermək üçün səbirsizlənirdim. Anam da sevinəcək növbəti kitabımın işıq üzü görməsinə. Ancaq bu xarici dildə nəşr olunub axı mən yad eldəydim. Boş ver əşi, əsas onlara göstərim sonra öz vətənimdə tərcümə etdirib ana dilimzdə çıxartdıraram. Axı bu kitab mənim doğmalarımdır...
Nəysə.. Hələ ki, həyətdə bir səda yoxdur. İtimiz toplan, görəsən o hardadır. Əslində çoxdan üstümə atılmış, önümdə oyunbazlıq etməliydi. Gərək ki, o artıq yoxdur. Yəqin eşqbazlıq arxasınca gedib və daha buraları da unudub.
Bədənimə ruhumla qüvvət verib özümü evimizə çatdırdım. Əllərim o qədər gücsüzdü ki, qapının tutacağına pərçimlənə bilmədim. Gözlərim axırdı, qapının önünə yıxılıb eləcə orada qaldım. Dərin halsızlıq və üzərimə şığıyan ağırlıq və yuxusuzluq üstəlik aclıqdan gələn taqətsizlik izdihamı məni bir müddətlik uyutmuşdu. Qəsəbəyə daxil olandan bəri heç kəsin gözümə dəyməməsi qarşısında təəccüblənməyəcək qədər keyimişdim. Təxminən 2 saatdan sonra üstümə doluşan qarışqalar məni oyandırdılar. Gözlərimi açdıqda özümdən savayı ilk gördüyüm canlı onlar olmuşdular. Biixtiyar gülümsədim, qarışqalar məni bu qədər sevindirməmişdi. Allahın bu ecazkar təbiətinə vurulmuşdum yenidən. Hərçənd qonşuluqdakı donuz fermasından atmosferə yayılmış olan üfunətli zəhər insanın hislərini dürtməliyirdi... Dayan! Donuzlar, deməli qonşumuz həyətindədir. Yerimdən qalxıb oraya doğru yüyürdüm. Qapıları bağlı idi. Məni heçnə saxlaya bilməz. Elə isə atladım hasarın o tayına. Artıq qonşunun palçıqlı həytində dayanmışdım. Qatı, yapışqan  gilli torpaq az qalsın ayağımdakı şəp-şəpiyi çıxaracaqdı. Çox irəliləmədən yerimdəcə donzular olan tərəfə boylandım, ancaq heç heyvanlar da gözə dəymirdi. Bu nədir İlahi. Heç kəs yoxdur. Deyəsən yavaş-yavaş təlatümlü və gizlənmiş itkini hiss etməyə başlayırdım. Axı düşünürdüm ki, mən dönəcəm və ailəm, yaxınlarım, dostum sevgilim hamısı məni qarşılayacaq. Doğrudane dostuma zəng edim, bəlkə onu tapdım.
... alınmır .... yox zəng çatmrır. Aha sevgilim... nç, .... ona da zəng getmir. Bəlkə evdəkilərə yenə zəng eliyim...dəqiqələr ötüşür ancaq heç kimin telefonu açıq deyil. 
Ətrafa baxmağa belə ərinməyə başlamışdım. Artıq 3 ildir görmədiyim bir məkan mənim üçün yaxınlarsız, doğmalarsız bir heçə dönüşmüşdü. Havam daralır. Dəli olacam, yox qaçmalıyam burdan. Elə isə həyətdən çıxıb qaçdım... Ayağımın altındakı xalı da getdikcə ovunub tozlu yola dönüşürdü. Səhradayam elə bil. Yox bu kəndin çıxışıdır. Az qalıb, baş yola çıxsam bəlkə orda bir yoldan keçəni görərəm. Mən hardayam ümumiyyətlə, röyadayam? Yox bu daha çox kabusa bənzəyir. Nəfəsim getdikcə daha da daralmaq üzrədir. Boğuluram, havam çatmır... Bir anda müvazimətimi itirb sərildim yerə. Qızmar asfalt bədənimin bir hissəsini yandırmışdı. Canım ağrıyır, taqətim sıfıra enib, ölümü düşünməyə başlayıram artıq. Bu nədir, bir təhər güc tapıb yanmış qolumdan ağır bir çımdik aldım, qışqırığım göyün yeddinci qatıan çatardı. Əsəbimdən, ağrılarımdan, tənhalıq təlatümündən, ağlayırdım. Bir neçə dəqiqə dahalarca yatıb qaldım... Ağrıların keyidici təsiri mənim hislərimi aparmışdı və saatlarca yatıb qalmışdım eləcə yolun ortasında. Bədənimi dürtmələyən o kəsi görənə kimi... Sevincimə sığınıb yenidən ağlamağa başladım. Çox kövrək insanammış...
- Salam dost, burda niyə uzanmısan.
- Salam, Siz kimsiniz?-Göz qapaqlarımı döyəcləyə-döyəcləyə başımın üstünü kəsmiş bu insana baxırdım. 
- Səni sevən birisiyəm. – Onu tanımaq çətin idi.
- ...
- Mənəm.
- Hanıs mən?
- Sən. Bəs niyə gecikdin.
- Axı sən mənə indi xəbər vermisən.
Yorğunam, ayılmaq təhlükəsi var, axı mən sevdiklərimi, yaxınlarımı hələ tapmamışam. Onları bu çöllü-xiyabanda axtarmalıydım. Yox ayıla bilmərəm, mən yaralıyam, yaralıyam yatrmasam asfaltın yanığı sağalmaz. Yox, yooox... 
Təəssüüf ki ayıldım, bayırdan itimizin səsi gəlir. Saat neçədir? Vaxt ötüb, artıq gün ortaya yaxınlaşır. Bayırda həmişəki kimi atam yer belliyir. Bu kişi torpaqdan nə istiyir görəsən?! Nəysə... Anam indi çağırdı məni. Hər zaman deyir ki, çox yatmaq insanın tez qocaldır. Bu sözləri uşaqlıqdan eşidirəm. Elə əvvəldən yuxu xəstəsi olmuşam.  Qardaşlarım da bu vaxtı yəqin işdə olarlar. Dayan telefonun zəngi çalır. Sevgilimdir.
- Alo.
- Sabahın xeyir. Yenə yatıb qalmısan? Universitetə gəlmək yadından çıxıb deyəsən. müəllim qayıb yazdıha bunu biləsən.
Bu da belə... Qayıbımız da yazıldı amma mən hələ kitabı yazıb bitirə bilmədim. Dayan, bu kitab yuxumdakı kitab olsa necə?...

Комментариев нет:

Отправить комментарий