08.06.2013

Uşaqlar, yoxsa gələcəyin vampirləri?

Günel Eyvazlı

Bu hadisə, 1 il bundan öncə baş vermişdi. Qonşunun uşağı, gözümün qarşısında digər bir uşağın boğazını dişlədi. Bu hadisədən o qədər hiddətləndim ki, onun yaxasından tutub itələməyim yadımda belə deyil. Bir-başa valideyninə şikayət etdim. Acizanə şəkildə, əmisi ilə birgə qorxulu filmlərə baxdığını və bunu ona tərgidə bilmədiklərini dedi. Qeyd edim ki, oğlan uşağının 7 yaşı var idi. Doğrusu, fikrimə qorxulu filmlə bağlı heç nə gəlməmişdi. Düşünmüşdüm ki, hansısa əxlaqsız filmin motivlərini beyninə yazıb və tətbiq edib.
İndi isə araşdırmağa başlamışam. Bu yaxınlarda, uşaqlar üçün yaradılmış əyləncə mərkəzlərinin birində oldum. Möhtəşəm yer idi. Foyedə fontan, gül-çiçək diqqət çəkirdi. Əyləncəli oyunların 3-cü mərtəbədə olduğunu söylədilər. Qalxdıq. İlk baxışdan hər şey normaldır. Amma, müşahidələrim qeyri-normallıqları saniyə belə keçməmiş sezdi. Divarlarda olan əcaib rəsmlər, təsvir olunmuş insana və heyvana bənzəməyən qorxunc rəsmlər, ağızlarından qan axan məxluqların fotoları və.s. məni dəhşətə gətirdi.
Sonra ehmalca oyun masalarına yaxınlaşdım və uşaqların hansı oyunlardan istifadə etməsini nəzərdən keçirdim. Əsəbləri tarıma çəkilmiş, yersiz həyəcanla oyunu aparan, guya maşın sürən oğlanlar və qızların axırının necə olması məni çox düşündürdü.
Bir müddət öncə metroda, guya önündə monitor varmış kimi əcaib hərəkətlər edən məktəbli oğlanı da unuda bilmirəm. Onun gözləri bizim heç birimizi görmürdü, o vertual aləmin içində idi.
Necə dərs oxuyur? Necə yazır? Onun valideyni hara baxır bilmirəm.
Oyunlar uşaqlarda aqresiya yaradır. Yersiz həyəcanlanma dərəcəsinə bədən və uşaq psixikası dözmür. Bunu psixoloqlar daha yaxşı izah edə bilər. Mən sadəcə öz pedoqoq baxışlarımı sizlərlə bölüşürəm.
Qeyd edim ki, bu yaxınlarda Fransada insana və heyvana bənzəməyən oyuncaqların satışına qadağa qoyulub. Bəs bizdə bu qadağa niyə yoxdur?
Və yaxud uşaq geyimlərində olan rəsmlərə fikir vermisinizmi? Son zamanlar insan kəllələrindən ibarət paltarlar (kəllə skeletləri), bəzək əşyaları həm uşaq, həm də böyüklərdə görmək və bu zövqsüz insanların bu geyimləri özlərinə yaraşdırıb necə geyinməkləri məni dəhşətə gətirir.
Hələ nazlana-nazlana oynadığımız qanqamstaylları demirəm.
Desəm ki, oyunları yaş həddinə görə ayırsınlar... Burada elə böyüklərə də yazığım gəlir. Və ya o böyüklərə ki, vertual aləmin daxilindədirlər.
Övladı çox istəmək, onun gələcəyini məhvə gətirən əyləncələrə sövq etmək demək deyil. Ətrafımızda kifayət qədər zorakılıq halları baş verən, dünya savaşları, qəddarlığın hökm sürdüyü bir dövrdə yaşayırıq. Üstəgəl, bununla yanaşı, bonus olaraq əyləncələrimizi də bu qəddarlıq üzərində quraq və övladlarımızı da bu əyləncələrə sövq edək... Bu qəbuledilməzdir. Buna yol vermək olmaz! Körpələrinizə, gələcəyimizə yazığınız gəlsin.

Комментариев нет:

Отправить комментарий