11.08.2013

Aqil Adiloğlu – Nankor

 (300x218, 166Kb)Ümidlərlə dolu gözlər səni mənə yaxın tutur
Bu həsrətin acısıdır- məni boğur, məni tutur
Mən yaşamaq istəyirəm- məni nankor axın tutur.
Bu döyüşdən sınmış kimi, məğlub kimi sanma məni.

Səsimdə var sənsiz keçən günlərimin yanıq səsi
Sənə nifrət, ona nifrət- mən sevmirəm heç bir kəsi
Bir şairin səbəb yoxkən ağlaması, hönkürməsi
Sən düşünən qədər zəif, gücsüz, halsız sanma məni.

Mən buluddan axıb gələn tər güllərə qonan şehəm,
Neçə-neçə insanları fanatizmə qovan şair.
Düşünmə ki, mən axmağam, düşünmə ki mən səfehəm,
Ən ağıllı, ən ideal, ən bəxtəvər sanma məni.


İnanırdım sənə, gülşənimi zay edənsən,
Saf eşqimi nankor itə, nankor qurda pay edənsən.
Ali hislər toplusunu ucuz eşqə tay edənsən,
Xəyallarda bir şahzadə, bir ağ mələk sanma məni.

Yağış yağır, hislərimi ağ vərəqə mən yazmadan
Öz qəbrimi öz əlimlə evim deyib mən qazmadan
Arzularda, xəyallarda bir kol olub mən azmadan
Azmış demə! Dönmüş demə! Amma nankor sanma məni.

Sən gözümdə məhbus olan, mən o gözə heyran kimi,
Əfi ilan! Mən sanırdım xəyallarda ceyran kimi
Azadlığı haram etdin, mənə gəlir zindan kimi
Öz eşqimə şahid duran hakim-filan sanma məni.

Mən gəlirəm, o da gəlir! Xam xəyallar yorur məni
Sən zalımsan! Əzabların sıxır məni, qovur məni
Mən sevgimə çox sadiqəm, sənin sevgin udur məni.
Mən nə deyim sənə nankor?! Təkcə sevən sanma məni.

Qismətimə sən pay oldun, amma əzab məni sıxdl
Gör sənsizlik qalibiyyət bayrağını qəlbə taxdı.
Sənə ömrüm, sənə canım deyib bir az gülən vaxtım
Xoşbəxtliyi zəhər kimi görən, duyan sanma məni.

Mən sığındım sənə guya, ümid yerim, pənah yerim!
Xəyallarda məni boğdun, onda oldun günah yerim.
Mən nə deim sənə, nankor- sən of yerim, sən ah yerim!
Nə pessimist, nə optimist, nə realist sanma məni.

Mən səhrada durub qalan küləyimi gözləyirəm,
Mən donmuşam, mən susmuşam- fələyimi gözləyirəm.
Səndə qalıb saf ürəyim- ürəyimi gözləyirəm
Haqqımı ver! Haqqımı ver! Haqqa nahaq sanma məni!

Комментариев нет:

Отправить комментарий