01.08.2013

Könlümün sarayından kərpic-kərpic qopursan

Ziba Xəlil

Ahh, mənim yaralı ruhum

Ahh, mənim yaralı ruhum!
Səni  sarmağa doktor da yox.
Heç dərmanın kəşf edilməmiş.
Hər kəs bir şeylər önərər.
Kimi  otdan, ələfdən
Kimi  mahnı, şeirdən
Heç bilməz ki, anlamaz,
Nədi  dərdi  bu ruhun,
Yanan tonqal nədəndi?
Çıxan tüstü nədəndi?
Kim yaratdı bu dərdi...


Ahh, məim yaralı ruhum.
Özün öz həkimin ol!
Özün sarı  yaranı,
Məlhəmini  özün qoy.
Bitəcək bir gün acı,
Duracaqsan ayayğa.
Meydan oxuyacaqsan
Acımasız ruhlara,
Səni  öz əlləriylə
Yaralayan oxlara.

Ahh, mənim yaralı ruhum!
Hələ pəs eləmək yox.
Həyat  gözəl  yenə də.
Nə qədər qəddar, acı
Acımasız olsa da...
Sən mənim o bür yarım,
Sən yoxsan mən də yoxum.
Sən varsan mən də varım.
Ahh, mənim yaralı ruhum...
Dur, mənim yaralı ruhum.!

Həyatımız

Həyatımız bir nağıldı.
Sehr  dolu, möcüzəli.
Gah  quruldu, gah dağıldı.
Durna  tək səfi, düzəni.

Həyatmız  elektirik.
Yükü  müsbət, yükü mənfi.
Üstün  gələr hərdən bir yük.
İldırım çaxması  kimi.

Həyatımız bir ürəkdi.
Arterial, venoz qanı.
Həyatımız bir küləkdi,
Gəzər  dəlitək dünyanı.

Həyatımız bir kinodu,
Hər kəs öz rolunu oynar.
Bir oyundu, dominodu.
Nə udan, nə də uduzan.

Həyatımız  təbiətdi
Yağışı, tufanı, qarı.
Gah  sakitdi, gah dəhşətdi.
Gözəl  olur  ilk baharı.

Həyatımız  oyuncaqdı,
Sınır - təmir eyləyirik.
Həyatımız bir sandıqdı,
Xatirələr  yükləyirik.

Həyatımız  məhkəmədi.
Kim cavabdeh, kim günahkar?
Kim hakim ,kim müttəhimdi?
Kimin  xeyrinədi  qərar?

Həyatımız bir məktəbdi.
Mən şagird, sən müəllimsən.
Həyatımız  bir məktubdu,
Sonadək  oxuya bilsən.

***
Həyatımız asimandı,
Ayı, ulduzu, buludu.
Günəş istisində yandıq,
İslandıq, yenə quruduq.

Həyatımız  bir romandı.
Qəhramanlar  ikimizik.
Filmdi, epizoddı, andı.
Bəzən lirik, bəzən komik.

Həyatımız  bir qatardı,
Günlərimiz ötür bir-bir.
Nə gətirdi, nə apardı,
Biz bilmərik,Tanrı bilir.

Həyatımız bir sevgidi.
Yaşayaq odu sönməmiş.
Dünyaya qonağıq indi,
Sevək, sevilək ölməmiş.

Qayıt öz sarayına

Könlümün sarayından
                       kərpic-kərpic  qopursan.
De, səfərin haradır,
                              hara, niyə gedirsən?!

Bu gediş nə gedişdi,
                                 nə əvvəli nə sonu.
Gedir,
         gedir,  gedirsən
                                bütün ömür uzunu.

 Özün özündən belə
                            hərdən çıxıb gedirsən.
 Dünyanın min üzünü görüb
                                          var-gəl edirsən...

Nə xoşbəxtsən, nə bədbəxt,
                                    hələ-hələ yarımçıq.
Işığın mən olsam da ,
                                      özgədə gəzdin işıq.

 Bu yolçuluq üzəcək.
                                     Qayit, qayıt  yarına.
Yad daxmaları  az gəz
                                          Qayıt öz sarayına...

Balan ölsün

Bu yazını sənmi yazdın?
Fələk sənin balan ölsün.
Bu nə xətdi  cızma-qara?!
Yazdıqların yalan olsun!

Nə etsəm qalmadın  razı.
Səhv yozdun doğrunu-düzü.
Sənin  kimi , insafsızı.
Talan olsun, talan olsun.

Xoşbəxtlik mavi  bir quşdu.
Ha  tutmaq istədim uçdu.
Köhnə acıları biçdim
Yeni  dərdə salan ölsün.

Sevdim,  uzaq oldu mənə.
Ac qaldım məhəbbətinə.
Mənim  yar adlı dərdimə.
İnanamayıb  gülən ölsün.

Fələyi  görsən deyirsən.
Hicranı bərabər  bölsün.
Məni  sənə həsrət qoyan.
Səni  məndən  alan ölsün!

Qayıtdı

Şükür ki yerinə yetdi dualar.
Qayıtdı  gözümün nuru qayıtdı.
Sənin gözlərində sınan şualar.
Mənim  gözlərimə geri qayıtdı.

Qayıtdı  içimin közü,  atəşi.
Sönən ocağıma od gətirənim.
İtirəcəm sənsiz  göydə günəşi.
Günəşi  göylərdən sən endirənim.

Dolanım başına Yer kürrəsi  tək.
Çək  öz cazibənlə məni özünə.
Sən şam ol mən də ki , zərif kəpənək.
Yanmayım, əbədi  yar olum sənə.

Şükür ki, yerinə yetdi dualar.
Qayıtdı  umidlər karvanı sənlə.
Qurumuş səhraydım mən bu aralar.
Yağdı  yağışlarım bu dönüşünlə.

Əsintilər

Qəbimdən asılan daşsan.
 Ürəyim boş qalar düşsən.
 Qalsan...
 Qalsan çox ağırsan, ağır.
 Ağırlığın bu balaqca qəlbi...
 Heç bilmirsən...
 Yaman sıxır.
 Yaman sıxır...

***
 Bəlkə də darıxacağam sənsiz,
 Sən bunu bilməyəcəksən.
 Bəlkə də ağlayacağam hər gecə
 Sən bunu görməyəcəksən.
 Bəlkə də...
 Bəlkə də unudacağam səni.
 Sən...
 Sən- "hələ sevir..." -düşünəcəksən...

***
Sənsizləmişəm...
 Bəlkə də belə yaxşıdı.
 Səni unutmaq üçün.
 Nə dünəndən bir imdad.
 Nə bir ümid sabaha.
 Buraxdım səni  tozlu küləylərə.
 Xəıyalını-neftlə bulanıq Xəzərə.
 Bu bir necə sətri  vərəqə
 Güclə dəlmişəm.
 İnan yazılmırsan daha.
 Sənsizləmişəm..

***
Səndən başqa...
Səndən başqa hər kəs anladı məni.
Nə istədiyimi.
Ruhumu, zövqmü,
Təkcə sən.
Təkcə sən bilmədin kim olduğumu.
Oysa bütün dünyaının
məni anlamasını deyil
Sənin duymanı istərdim
Səssiz, sözsüz, baxışla.
Bacarmadın, bağışla!
Anlamadın,  bağışla

***
 Beynimdə ilan tək qaynaşır sözlər.
 Beynimin içində danışır sözlər.
 Mən susun, deyirəm, baxmır sözümə.
 Qalxıb ürəyimlə dalaşır sözlər.
 Nə dilə rəhm edir, nə də ağıza.
 Hərdən məğlub olub, əriyib gedir.
 Hərdən qalib olub, düşür kağıza.
 Qərib ulduzlar tək sayrışır sözlər.
 Bu nə pul, nə mal-mülk
 Nə də var dövlət.
 Eləcə sözlərdi.
 Şeirlər, sözlər..

***
O xatirə salxımından
Bir üzüm qopar mənə,
Mən şirələr dəlisiyəm,
Sıx keçən günlərimi.
Süz badəmə, içəcəyəm.
Apar, apar, o günlərə
gizlicə apar məni...

***
Bu çılpaq qayalar.
Səni  səndən yaxşı anladırdı.
Səni...
Sevgimizi.
Qulağıma pıçıldamadığın sözləri.
Nəğmələri.
Ruhumu titrədən öpüşləri.
Dalğalar verirdi mənə.
Səninləydim.
Səni  dənizin diliylə
Qayalıqda dinləyirdim...

***
Səni  necə sevsəm də
İçimdə bir günahsan.
Bəlkə aşkara çıxsan
Savabım olcaqsan.
Necə hiss eləsəm də.
Sevgim  aləmə  yaddır.
Gizli qalmağı doğru.
Bəlkə aydına  çıxsa
Eşqimizə bu dünya
Cəhənnəm olacaqdır.

***
Orucam sənə.
Sənə orucam...
Gündoğandan günbatana.
Günbatandan gündoğana.
İftarım, imsaqım yox.
Nə olar üzülmə!
Müqəddəs bir şey bu.
Orucam sənə...
Səni  görməyim yasaq.
Səni  duymağım yasaq.
Yasaq sənə toxunmaq.
Səni  sevməyim yasaq.
Amma acam sənə.
Acam...
Amma orucam.
Əbədilik orucam.
Orucam...

***
Sənsizlik-səssizlik...
Param-parça həyat, əzik-üzük.
Səssizlik-sənsizlik...
İçimdə hayqırtı, lal bağırtı.
Sənsizlik-səssizlik...
Milyard insan içində
Tək olduğunu düşünmək.
Sənsizlik nə dadlı- xəyalını
İftarda su içər kimi.
Damla-damla, tək-tək..
Səssizlik nə odlu.
Od üzərində ayaqyalın yürümək.
Bu necə bir taledi?!
Nə təhər eşq oyunu.
Sənsizlik-
Uzun bir yol.
Nə əvvəli, nə sonu...

***
Beynim düşünmə, dur!
Heç olmasa bir anlıq.
Görmürsənmi ürəyim
Necə sürətlə vurur?!
Duymursanı  sınəmi
Dağıdacaq durumda.
Heç müzakirə etmə!
Heç müqaiysə etmə!
Heç analiz eləmə!
Beynim, düşünmə dur!
Nə olar!
Nə olur...
Fikirləşmə bir anlıq!
Bu anlıq.
Bu  odur.
Bu  - Odur...

Комментариев нет:

Отправить комментарий