01.09.2013

Qurultayla bağlı xəbər var

Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı açıqlanıb

Azərbaycan Yazıçılar Birliyinin qurultayı bu ilin noyabr ayında keçiriləcək.
Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Ədalət Əsgəroğlunun APA-ya verdiyi məlumata görə, qurultay noyabrın ortalarına nəzərdə tutulub: “İndidən dəqiq vaxt demək çətindir, bəzi təşkilati məsələlər var, dəqiqləşsin, qurultayın keçirilmə tarixi noyabrın əvvəlində elan olunacaq”
Qurultayın növbəti dəfə təxirə salınma ehtimalına münasibət bildirən Ədalət Əsgəroğlu bildirib ki, noyabrda qurultayın keçirilməsi qətiləşib: “Mən Yazıçılar Birliyinin sədri Anara istinadən danışıram. Qurultay noyabrda olacaq. İnanmıram ki, qurultayın keçirilməsi növbəti ilə saxlanılsın”.

Комментариев нет:

Отправить комментарий