15.02.2014

Gəl gedək məndə gəzək

Ramin Cahangirzadə

Şərab rəngində oldu səsimiz
Süzdük gecənin çılpaq çağında
Hələ kefdən ölməmişik
Kef üstündədir meşə bəyi
Amazon meşəliyində tay döşlü qadınlar
Simin dobuvarın qadın rəngində olan 
kitabından baş qaldırırlar
mənə hədə qorxu gələn sevgilim
valentaynı unutduğum üçün
keşişlərin əlilə qandallamaq istəyir
bir az yavaş susun lütfən!
Bağırmaq kişiliyin son varyantıdır
Ax nə gülməlidir qan teştində olan Kuruşun başı
Kamsamol dostum hələ donuz kababı yeməklə fəxr edir
Bir az burujva şərabı süzün onun üçün
Nə tez yadından çıxartdı Araz qırağında
Birlikdə yarı bölüb yediyimiz kuluçəni
Gəl gedək məndə gəzək
Məndə bir dərin quyu var
Bir dəli daş atdı ona
Hünəriniz var çıxardın

Комментариев нет:

Отправить комментарий