10.02.2014

Nisyə alınmış çörək

Günel Treu

Evə qonağlar gəldiyindən həyətə cörək almağa düşdüm. Həyətimizdə balaca, xudmani bir mağaza var. Mağazadan daha cox  “butka”nı xatırladır bu yer. Bu yerin bu qədər şirin, cəkici olması onun həm müdiri, həm satıcısı olan Vidadi əminin istiqanlı olmasındandı bəlkə də. Vidadi əmi... Dünyanın ən təmiz, ən xeyirxah, ən kövrək, ən anlayışlı insanlarındandı bu adam.  Bir az acıyıram Vidadi əmiyə, sanki özüm cox  “layiqli” gündə yaşayıram! Xəstələnmişdi bu yaxınlarda, dediyinə görə bel sümüyündə problemi var, ikiqat yeridi bir müddət.
Əməliyyat etdirib, insan kimi yeriməyə və yaşamağa pul tapa bilmirdi. Həkimlər əməliyyatına elə qiymət qoymuşdular ki, bütün mağazanı toplasan o qədər qiymət etməzdi. İndi bir az sağalıb Vidadi əmi, ağrıları azalıb, dediyinə görə  “ucuz” həkim də tapıb. Yəni nəhayət ki əməliyyata insaflı pul alacaq həkim tapıb! Eşidəndə cox sevindik hamımız, hər gün onu ikiqat yeriyən və əzab icində görmək cox cətin idi mənim ücün.  Nə isə... Bilmirəm bunları niyə yazdım, Vidadi əmini cox istədiyim ücünmü, yoxsa... Əsas mətləb kənarda qaldı. 
Yenəcox  istiqanlı, şirin dillə qarşıladı məni. Həmişəki kimi bir-bir atamın, yeni əməliyyatdan cıxmış anamın hal-əhvalını soruşub, salam göndərdi. Mən də əvəzində ona can sağlığı arzulayıb, soruşdum:
- Vidadi əmi, cörək təzədi?
- Təzədi, balası, necə dənə verim?
- İki dənə.
- Xeyirdimi? Deyəsən qonağlarınız var yenə.
- Hə, həmişəki kimi.
- Maşallah, qoy həmişə elə olsun, balası, qonaq olan evin ruzi-bərəkəti də bol olar.
Xırda pulum olmadığından Vidadi əmiyə on manatlıq uzatdım.  Məlum oldu ki, Vidadi əminin də on manata geri qaytaracaq xırda pulu yoxdu. 
- Vidadi əmi, onda mən gedim evdən xırda pul götürüm, gəlirəm indi...
- Qızım, bir də cıxma evdən bu soyuğda, axşam evə gələndə atan ödəyər pulu, qacmırıq ki.
Bir az narahat qaldığımı görüb, vitrinin üstündəki dəftəri götürüb, mənə tərəf uzatdı:
- Balası, burda bilirsən nə qədər adamın adı var?...
- Bu nədi, Vidadi əmi?
- Nisyə alınan ərzağların siyahısı... Camaat günlərlə aldığları ərzağların pulun  ödəyə bilmir. Bəziləri cörəyi də nisyə alır.
Başını aşağı salıb, yavaş və kövrək səslə dedi:
- Neyləsinlər yazığlar? Söz də deyə bilmirəm.... Az qalıram cırıb, tullayım bu dəftəri.
Kövrəlmişdi Vidadi əmi, əslində özünün də min cür problemi, dərdi-səri olmasına baxmayaraq insanlara qayğısını, köməyini əsirgəməyən bu insana acıdım doğrusu. Deməyə söz tapmadım, nə deyib təsəlli verəydim ki? Özü də bilirdi ki, o pulların cox geri qayıtmayacaq!

Комментариев нет:

Отправить комментарий