13.02.2014

Ramil Salmanov - Həyat döngələri


Əldən qalan əlli ilə qalmazdı heç
Hər işimiz zamanında görülsəydi
Əcəl bizim canımızı almazdı heç
Əgər insan ölən kimi dirilsəydi.

Bu dünyada yaşadıqca nələr gördük
Torpağında sevinc əkib kədər dərdik,
Maraqlıdır, bəs görəsən nə edərdik?
Əgər bizə yeni həyat verilsəydi..

Dünənimiz niyə düşmür bu gün yada?
Döndərmişik doğmanı nə üçün yada?
Günahlardan çəkinərdik bu dünyada
Əməlimiz önümüzə sərilsəydi.


Bizi yorub bu həyatın döngələri
Tələsirik poza-poza növbələri
Qəm-kədərdi fələyin kal meyvələri
Bal dadardı zamanında dərilsəydi...

Комментариев нет:

Отправить комментарий