14.02.2014

VERILƏN SÖZÜN TUTULMASI HAQDA HEKAYƏ

I Dünya Müharibəsi zamanı baş vermiş çox təəccüblü hadisənin üstü açılıb. Alman əsgərləri tərəfindən əsirliyə götürülmüş ingilis zabiti öz ölüm ayağında olan anasını ziyarət etmək üçün icazə almışdı. Lakin icazə yalnız bir şərtlə verilmişdi: zabit əsirliyə geri qayıtmalı idi. Kapitan Robert Kempbell kayzer II Vilehelmə verdiyi sözə sadiq çıxaraq anasını ziyarət etdikdən sonra yenidən əsirliyə- Almaniyaya qayıtmışdı.
Tarixçi Riçard van Emden BBCyə müsahibəsində bildirib ki, kapitan Kempbell özünü qayıtmağa məcbur hiss edirdi. Lakin geri qayıdan Kempbell dərhal da qaçışa cəhd etmişdi. Van Emden bu hadisəyə İngiltərənin milli arxivində öz yeni "Rəqiblə görüş: Böyük müharibənin insanlıq tərəfi" üçün kitabı üçün material axtararkən rast gəlmişdi. 1-ci batalyondan olan Kempbell 24 avqust 1914cü ildə Fransanın şimalında əsirliyə alınaraq Maqdeburqa hərbi əsirlərin saxlandığı düşərgəyə göndərilmişdi. Bu zaman onun 29 yaşı var idi. O, düşərgədə olarkən ona anası-Luizin xərçəngdən ölüm ayağında olduğu xəbəri gəldi. 
Kapitan Kempbell alman kayzeri II Vilhelmə məktub yazaraq, ona xəstə anasına baş çəkmək üçün İngiltərəyə qayıtmağa icazə verməsini xahiş etmişdi. Kayzer ona icazə verdi. Lakin bir şərtlə: Kempbell geri qayıdacağı haqqda söz verməli idi. 
Tarixçi van Emden hesab edir ki, kapitan Kempbell çox güman Almaniyadan Hollandiya getmiş oradan da gəmi vasitəsilə İnigltərəyə- öz anasının yanına getmişdi. Burada anası ilə bir həftə keçirdikdən sonra həmin yolla yenidən Almaniyaya qayıtmışdı.
Onun anası 1917ci ilin fevralında dünyasını dəyişmişdi.
Tarixçi van Emden hesab edir ki, Kempbell öz vədinə sadiq çıxmağın zəruriyyətini hiss edirdi. O düşünürdü ki, əgər o qayıtmasa bundan heç bir əsirin verdiyi sözə inanmayacaqlar. 
Van Emden ingilis hakimlərinin Kempbellə yenidən Almaniyaya qayıtması haqqda necə icazə verdiklərini çox təəccüblü hesab edir. Kempbelldən sonra heç bir əsirə icazə verilməmişdi. 
Lakin, kapitan Kempbellin təəccüblü hekayəsi bununla bitmir. Maraqlıdır ki, o əsirliyə qayıtdıqdan dərhal sonra qaçışa cəhd etmişdir. Digər əsirlərlə birlikdə Kempbell 9 ay ərzində yerin altında böyük bir dəlik qazmış və onlarla birlikdə qaçmağa cəhd etsələr də, Hollandiya sərhədində tutularaq yenidən geri qaytarılmışdı. 
Van Emden qeyd edir ki, bir tərəfdən Kempbell sözünə əməl edərək geri qaytımağı özünə borc bilirdi. Lakin, onun eyni zamanda hiss elədiyi zabitlik borcu onu oradan qaçmağa cəhd etməyə məcbur etmişdi.
Daily Mail qəzeti bildirir ki, kapitan Kempbell müharibə bitəndən sonra İngiltərəyə qayıtmış, və 1925-ci ilədək hərbi xidmətdə olmuşdu. 
1966-cı ildə 81 yaşında Kempbell vəfat etmişdi.

marifia.com

Комментариев нет:

Отправить комментарий