03.03.2014

"Qüdsü azad etmək üçün rəhbərin əmrini gözləyirik"

İran İnqilabının Keşikçiləri Korpusuna bağlı Bəsic qüvvələrinin komandanı general Məhəmməd Rza Nəqdi İsraili hədələyib

İslamazeri.az-ın İran mediasına istinadən verdiyi xəbərə görə, İran İnqilabının Keşikçiləri Korpusuna bağlı Bəsic qüvvələrinin komandanı general Məhəmməd Rza Nəqdi "Beytül-Müqəddəsə Doğru" manevrinə qatılan əsgər və zabitlərrin qarşısında çıxış edib. General  zalımlarının dünyanın hər yerində qan axıtdığını və məzlumlara zülm etdiyini bildirib. O Livan və Suriyada müsəlmanların qətl edildiyini və bu yöndə dünya imperialistlərinin özlərinin siyasi aktyorlarını meydana soxduğunu və insanları azdıraraq döyüş meydanına saldıqlarını önə çəkib.

Bəsic qüvvələrinin komandanı general Məhəmməd Rza Nəqdi sözlərinin davamında işğalçı İsraili də hədəfə alıb. O bu haqda deyib ki, İslam dünyasındakı könüllü səfərbərlər Qüdsü azad etmək üçün rəhbərin - Ayətullah Xameneinin əmrini gözləyirlər.

Комментариев нет:

Отправить комментарий