16.03.2014

Yerfi təpələri

Rövşən Yerfi

Ələkbər Salahzadənin doğum gününə

Yıxılıb filtək yatmayın,
əsrlərin tənbəlləri.
Gün doğubdur, bir dəbərin
durun, Yerfi təpələri.

Tel-tel yağış çubuqların altında 
öküz kimi yatan yağış təbilləri,
bir cinlənin,
bir canlanın,
bir çalının, 
çölün Yerfi təpələri.


Yuntək çırpıb yağış sizi,
bir diksinin, təpələrin tablıları.
Durun, siz də göyə dəyin,
döyün Yerfi təpələri.

Birdən alır üstünüzü
dolu bulud topaları.
Bir at alın yola çıxın,
bir atılın, çölə çıxın,
yatmış Yerfi təpələri.

Ulu mamont topluları,
qədim öküz təpəlləri,
Bir böyürün, bir bağırın,
əkiz Yerfi təpələri.

Bir çiçəkdən tutub qalxın,
bir ağacdan göyə baxın,
təpəsiniz, Babadağı seyrə çıxın,
bir rəssamın mürgülü tabloları,
yerin Yerfi təpələru.

Qonaqkənd, 1976      “Gözlər baxır dünyaya” kitabından

Комментариев нет:

Отправить комментарий