08.04.2014

Akif Nağı nədən narahat olur?

Əsğər Fərdi

Qarabağ Azadlıq komitəsnin sədri Akif Nağı öz səhifəsinə İranın prezidenti cənab Dr. Ruhaninin krisməs gecəsi İran-İraq müharibasində həlak olan bir erməni döyüşçünün ailəsinin ziyarətinə getdiyi vaxt çəkilmiş şəkli qoyub, Azərbaycan rejiminin həmişəlik adəti və qərarı üzrə yumşaq şəkildə İran prezidentinin bu işini tənqid edib. Mən Akif bəyə yazdım, sizin xəbəriniz olsun ki, hələ ali rəhbərimiz Ayətullah Xamenei də ermənilərin evlərinə gedib və ermənilər bizim nəzakətli və qanunlarımıza uyğun yaşayan vətəndaşlarımızdır. Qaldı ki siz nigaran olmayın, biz ermənilərlə sizin kimi rəftar etməmişik və onlarla qaynayıb qarışmamışıq ki bir tərəfdən ayrıla bilməyək, bir tərəfdən də ölkəmizdəki 100.000 ermənidən qorxaq.
Akif bəy mənə cavab yazıb ki DAXİLİ İŞLƏRİNİZƏ QARIŞMAQ OLMASIN (qarışmaq daha nə təhər olar bilmirəm!), siz ermənilərə inanmayın, bizim başımıza gəlib ona görə. Mən aşağıdakı commenti o sözlərə şərhli cavab olaraq yazmışam ki, İranda ermənilərin olmasına narahat olan bütün Azərbaycanlı qardaşlar oxusun və narahat olmayanlar da bilgilənib sadəlövhlərə cavab verə bilsin. Akif bəy də qorxmasın: Dünyanın qoçuları və lotuları olan ABŞ və AB-yə meydan oxuyan İran 100.000 ermənidən qorxmaz. indi cavab:

Hörmətli Akif (Nağı), müəllim yuxaridakı qeydlərimə diqqət etsəydiniz, bu indi yazdığınız məsələyə dair nigaranlığınız bərtərəf olardı. Qafqazla İran Azərbaycanı və ümumiyyətlə İranın ermənilərlə tarix boyunca rəftar və davranışları arasında çox mühim fərqlər vardır, məhz bu fərqlərə görə də orada ermənilər hər zaman fitnə-fəsad törətmək üçün fürsət gözləmişlər və siyasi-ictimai böhranlarda baş qaldırmışlar, ancaq İranda əksinə, bütün siyasi böhranlarda onların cınqırıda çıxmamışdır (məşrutiyyət - Şeyx Məhəmməd Xiyabani və lahuti qiyamlarında - Pişəvəri macərasında - İslam inqilabında və sair). O fərqlərin bir neçəsi bu qısa imkanın müsaidə etdiyi miqdarca bunlardan ibarətdir:

1. İranda onlarla bizim adlandırılmalarımız (Erməni-müsəlman) olmuşdur, ancaq Qafqazda (Erməni-Azərbaycanlı), ya erməni-türk. Məhz bu dini təfavutün etnik fərqlənmədən daha dərin olduğu onları bizdən uzaq məsafədə ayırır. 
2. Bütün İranda bir kişi tapa bilmızsiniz ki erməni qızı ilə evlənsin və ya bir erməni oğlana müsəlman qız verilsin. (Bunu Qafqazla müqayisə edin- hələ düz bu saat necə yüz min erməni qadını Azərbaycanda yaşayır).
3. Bütün şəhərlərdə, o cümlədən Təbrizdə ermənilərin pərakəndə şəkildə və müsəlman sakinli məhəllələrdə yaşamasına heç vaxt icazə verilməımiş, onlar sadəcə özlərinə maxsus və müəyyən edilmiş məhəllələrdə yaşaya bilımişlər (Təbrizdə baron Avak məhəlləsindən başqa heç bir yerdə bir ailə belə erməni tapılmaz). Hələ bu məhəllələr də şəhərin çuxur məntəqəsində olmuşdur ki yağışda onların evlərindən axan su başqa məhəllələri murdarlaya bilməsin).
4. Ermənilərə stalov, ya restoran kimi yeməkxanalar açmağa rəsmi və qanuni icazə verilməz, ancaq özləri üçün sadəcə sandvich mağazası açsalar da böyük və müyyən edilmiş ölçülərdə (dini azlıqlara aiddir) tablosunu asılmaldırlar ki müsəlman səhvən girib orada yemək yeməsin. 
5. Heç bir erməninin rəsmi və dövləti vəzifəsi olmamışdır və ola bilməz; ermənilər xüsusi sektorlarda işləyə bilərlər (Bunu da Azərbaycanla müqayisə ediniz).
6. Emənilərin başqa din mənsubları kimi 275 nəfərlik parlamentdə 2 nəfər nümayəndəsi vardır. Şimal ermənilərin bir və cənubun bir deputatı. Qurtardı! Bu onların yeganə rəsmi vəzifələridir ki yəhudi və zərduştilər də eyni vəziyyətdədirlər. Parlamentdəki yerlərin əksəriyyəti sizdən fərqli olaraq türklərə məxsusdur.
7. Ermənilər də digər dini azlıqlar kimi müsəlmanlarla eyni məktəbdə dərs oxuya bilməzlər və onların özlərinə məxsus məktəbləri vardır. Məktəbdən əlavə onlar müsəlmanların idman salonlarına, saunalara, hamamlara, istirahət məkanlarına və sair gələ bilməzlər. Məhz buna görə də onların öz xüsusi vəsaiti ilə yaşadıqları hər şəhərdə müsəlmanların girə bilməyəcəyi klubları var ki ermənilər istirahətlərini orada keçirərlər.
8. 1905-1915 və 1918-ci illərdə Qafqazda və Osmanlıda baş verən erməni siyasi və hərbi hərəkatları ilə eyni zamanda erməni kilisəsinin xəlifəsi Təbrizin Müctehidi tərəfindən çağrılıb və onlara kəskin xəbərdarlıq edilib ki, Osmanlı, Qafqaz və hətta qovalanıb gətirildiyi Urmiyə və Salmas şəhərlərindəki dəstələrlə İran və Təbriz ermənilərinin ən kiçik bir əlaqəsi olmayacaqdır və ən kiçik bir irtibatın kəşf edilməsi onların kütləvi şəkildə həyatına son verilməsi ilə nəticələnəcəkdir. Bu ənənə 90-cı ildə də təkrarlandı və bu səfər müəyyən rəsmi dairələr erməni dini xəlifəsini çağırıb, o tarixi tapşırığı yenilədilər. Hətta həmin illərdə vəfat edən xəlifənin yerinə Livandan gələn yeni xəlifə də çağırılıb eyni düstur ona da təkrarlanmışdı. Elə buna görə də bütün dünyada, o cümlədən Türkiyədə olan maddi və insanpərvər yardım toplamaq və Qarabaq işqalçılarına, ya Ermənistana göndərmək kimi səylər bir dəfə də olsun iranda baş verməmişdir.
9. İranlılar məsələni kökündən həll etmişlər. Yəni onlar Eçmiyadzindən İrana xəlifə göndərilməsini qeyri-qanuni elan etmişlər və İrandaki bütün erməni kilisələrinə Livanın Kilikiyə kilisəsından yepiskop, ya nayib xəlifə ezam olunar. Eçmiyadzin kilisəsinin Qafqaz və İranın bir hissəsinə tarixi diqqət göstərdiyi və məntəqədə fitnə-fəsad çıxarmağa rəhbərlik etdyi hər kəsə məlumdur, ancaq Kilikiyə kilisəsinin maraqları başqadır və buna görə də İran erməniləri başqa ermənilərdən məhz bu cəhətcə də fərqlənir. Onlar Qafqazın İrandan ayrıldığı son 185 il müddətində İran mədəniyyətinin təsiri altında tərbiyə edilmişlər və postsovet dövründə də İrəvana səyahət üçün gedən ermənilər qayıdıb burada əks təəssüratını yazıqları ilə məlum edirdrilər ki onlar Ermənistan erməniləri kimi yaşamırlar; bir çox cəhətdən onları tənqid, təhqir edirlər, o cümlədən onların aşırı millətçi və böyük Ermənistan röyaları və xülyalarında yaşamalarını istehza edirlər. 
10. İran ermənilərinin Hayastan erməniləri ilə digər bir önəmli fərq onların arasındaki məzhəb və təriqət fərqidi. Hayastanlılar (Eçmiyadzin) Qriqorian məzhəbinə bağlıdırlar, ancaq İran erməniləri (Kilikiə) Arakeli-dirlər. 
11. İran erməniləri bütün İran mədəniyyətinin irsinə etiraf edər və mədəniyyət oğurlamaq kimi bir adətləri olmaz, ancaq bilirsiniz ki Qafqaz erməniləri bizim DOLMAmızı belə öz adlarına çıxarırlar. 

Zənn edirəm söylədiklərimi Bakıdakı vəziyyətlə müqayisə etsəniz, həm bütün bu münaqişələrin kökü və səbəbi ortaya çıxar, həm də bizdən nigarançılığınız bərtərəf olar. Xülasəsi bu cümlə ki:

Biz dini əsas tutduğumuz üçün qeyri-müsəlmanlara nikbin ola bilməmişik və onları təpəmizə mindirməmişik ki bir gün də endirə bilməyək. Biz indi də nə bir ermənini evimizə soxmuruq, nə də onlarla hətta əl sıxışmarıq və əl verdiyimiz zamanda əlimizi paklayarıq. Bizdə əsas ETNOS deyil ki, bir iki evlənməklə həll olunsun...

Комментариев нет:

Отправить комментарий