04.04.2014

Qafar Şövqi - Vulkanları dağ gözdüyür

Kordu təbiət gözü, vulkanları dağ gözdüyür
Dağ kimi oğlanları Dağlıq Qarabağ gözdüyür

Matu-məəttəl qalıram, böhran olan dövrdə
Nazirimin qarnı şişib, yəqin uşağ gözdüyür

Baş boşalan gün başa qeyrət sözü də girmədi
Gör neçə illərdi ki sahibni papağ gözdüyür

Başda olanlarmız ədalətli qərar verməli
Hər yola hazırdı, başın hökmün ayağ gözdüyür

Biz odlar diyarında odnan oynuyub doymadıq
Əşşi, cəhənnəmdə bizi keyfi-damağ gözdüyür


Ağ atlı oğlan qara zindanlara dustağ olub
Qara millət ağ atlı oğlanı nahağ gözdüyür

Fasiq olanlar fələyin bircə xoxunnan qaçır
Sadiq olanlar daha şiddətli sınağ gözdüyür

Varlı giribdir evə, ceyran kababın tək yeyir
Kasıb soğan-çörək də tapdıqda qonağ gözdüyür

Mən imamın adnı çəkərkən mənə "sus" söylüyən
Bilmədi cananını aşiq nə sayağ gözdüyür

Şövqi, daha hər nə deyirsənsə dayazdan denən
Getmə ki çox dərinə, millət səni sağ gözdüyür

Комментариев нет:

Отправить комментарий