04.04.2014

Turqut Murti - Birləşdirin əllərinizi

Ölkənin təmiz
və aydın ruhlu qadınları
toplanın bir yerə
birləşdirin əllərinizi
yumun gözlərinizi sırabasıra
təmiz qəlblərinizdən
çıxan frekansları
yönləndirin
yolunu itirmiş bu kişilərə
maqnit kimi çəkin onları
özünüzə doğru
qonaq çağırın evlərinizə
yedirin, içirin
bir az da 
sevgi verin
amma nə olar
qəti yoldan cayıb

onları öz gözəlliyinizdə
kölə etməyin

ey parlaq baxışlı
əks cins
toplayın bütün qüvvətinizi
işıq saçın ölkəyə
bizə
biz kişilərə
biz yolunu azmış acizlərə
düzgün qidalanmağı öyrədin
bir az da sevgi səpin qəlblərimzə
amma nə olar
uşaqlarınız da unutmayın
onları da azad edin bizim kimi
sığallayın əzilmiş mənliklərini
dirçəldin bizim kimi
bir az da dua edin
yolunu azıb
sevməyi unudan bu kişilərə

Комментариев нет:

Отправить комментарий