02.06.2014

Ruslan Bəşirli Facebook-da vəhabilərlə mübarizə aparan gənci tutdurdu


AzadXeber.net-in verdiyi məlumata görə, Facebook sosial şəbəkəsində vəhhabilərlə apardığı mübarizə ilə tanınan Namiq Həşimzadə adlı istifadəçi hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Bu barədə ictimaiyyətə Daxili İşlər Nazirliyinin mətbuat katibliyinin şöbə rəisi Orxan Mansurzadə məlumat verib. Nazirlik rəsmisi Xaçmaz rayon sakini Namiq Həşimzadənin həbsinə səbəb kimi onun Avropa.info xəbər saytının direktoru Ruslan Bəşirlini təhdid etməsini göstərib.

Hadisə ilə bağlı Avropa.info-ya açıqlama verən Orxan Mansurzadə hazırda məsələnin araşdırıldığını bildirib: “Ruslan Bəşirlini təhdid edən şəxs saxlanılıb, hazırda onun dindirilməsi və hadisənin səbəbi araşdırılır. Apardığımız araşdırmadan sonra baş vermiş hadisəyə hüquqi qiymət veriləcək”.
Məlumat üçün bildirək ki, “Yeni Fikir” Gənclər Hərəkatının sədri olmuş Ruslan Bəşirli 2005-ci ilin 18 may tarixində parlament seçkiləri  ərəfəsində həbs edilmişdi. 2006-cı ilin iyulun 12-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə Ruslan Bəşirlini Cinayət Məcəlləsinin 278-ci maddəsi ilə (hakimiyyəti zorla ələ keçirmə) ilə təqsirli bilərək  7 il müddətinə azadlıqdan məhrum olunmuşdu. 

Комментариев нет:

Отправить комментарий