08.07.2014

Qafar Şövqi - Dəli şeytan deyir ki...

Dəli şeytan deyir ki,
Ölümün qulağına
ürəyini açasan
Sənə bir ömür boyu
Papış tikən dünyadan, 
ayağyalın qaçasan.
Dəli şeytan deyir ki,
ağıl axı pul deyil,
Onu xərcləyəsən dostuna, yoldaşına.
Cibində çox saxlama
ağlını yığ başına.
Dəli şeytan deyir ki, 
Bu şairlik deyil ki...
Sən gərək o vaxtacan yazdığın şeirləri,
Cırasan ya pozasan.
Yaşadığın günləri bir-bir yada salanda
Lənətlər oxuyasan, 
fələyin hər işinə.

Ölümlə görüşünə,
Bircə saat qalanda, durub şeir yazasan.
Dəli şeytan deyir ki,
Dilinlə ürəyini, çalış inandırasan.
Ürəyinə edərsən sübut, dediklərimi
Mürgü vuran sözlərim
Ürəyinə yatmasa
Unut dediklərimi.

Комментариев нет:

Отправить комментарий