04.02.2019

Avropa dövlətləri almanların orduya çağırışı ilə əlaqədar ölkədə yaranmış fəhlə qüvvəsi defisitini də qarşılamışdılar; Almaniya zavodlarına Fransadan 875,9 min, Belçika və Hollandiyadan 500 min, Norveçdən 300 min, Danimarkadan 70 min fəhlə gətirilmişdi. Avropa ordularının topları, tankları və təyyarələri Almaniyanın ixtiyarında idi. Məhz Avropanın köməyi sayəsində 1938-ci ilin payızında Almaniya oz ordusunun sayını 720 tank və 2500 təyyarəyə malik olmaqla 2,2 milyon nəfərə çatdırmışdı. Qərbi Avropa ölkələrinin zavodları durmadan alman ordusu üçün silah-sursat və hərbi ləvazimat istehsal edirdi. Nəticədə müharibə başlayarkən Almaniya SSRİ-dən 2 dəfə çox hərbi-iqtisadi resurlara malik idi. Fransa və Çexiya zavodları 8 min tank və özüyeriyən top istehsal edib alman ordusuna vermişdi. Fransanın “Le Krezo” konserni və Çexiyanın “Şkoda” zavodu alman ordusunu 240 mm qaubitsa topları ilə təmin etmişdi. Təkcə Fransadan 1940-cı ildə almanlar 5 min parovoz və 250 min vaqon almışdılar. Vermaxtın əsgərləri Sovet ərazisinə əksəriyyəti Avropa ölkələrində istehsal olunmuş yük maşınlarında girmişdilər. İsveç almanlara mərmi istehsalı üçün lazım olan polad verirdi, hərbi daşınmalara yardım edirdi. İsveçrə müxtəlif silah-sursat və valyuta göndərirdi, faşist hakimiyyətinin maliyyə əməliyyatlarını həyata keçirirdi. Finlandiyadan qırıcı təyyarələr, zenit qurğuları və digər vacib silah-sursat daxil olurdu. İspaniya alman sualtı qayıqlarını yanacaqla, kəşfiyyatını isə informasiya ilə təmin edirdi. Hərbçilərdən başqa, Qərbi Avropanın bütün polis sistemi də Hitlerin qulluğunda durmuşdu. Danimarkada 10 min, Hollandiyada 19 min, Fransada 60 min pollis və jandarm almanlara köməklik göstərirdi. Əvvəlcədən təşkil olunmuş məkrli plan əsasında Qərbi və Şərqi Avropanın iqtisadi və hərbi resursları, o cümlədən xammal və ərzaq ehtiyatı Almaniyanın ixtiyarına buraxılmışdı ki, SSRİ-yə güc gələ bilsin.

Комментариев нет:

Отправить комментарий