12.02.2019

Hitlerin gəlişi ilə sionistlər Almaniya yəhudiləri üzərində nəzarəti tam ələ aldılar. Hitlerin siyasi meydanda peyda olmasına kimi yəhudi cəmiyyətində sionistləri tanıyan yox idi. Yəhudilər sionistlərə yuxarıdan aşağı baxırdılar. Hitler elə bir vəziyyət yaratdı ki, yəhudilər dönüb qatı sionist oldular və sionizmi dəstəkləməyə başladılar. Hitlerin sayəsində heç bir siyasi çəkisi olmayan sionistlər yəhudi cəmiyyətinin vacib və hörmətli qrupuna çevrildilər. Hitlerçilər sionist olmayan bütün yəhudi təşkilatlarını darmadağın etdilər. Hitlerçilər yəhudi adı altında məhz sionizmə düşmən olan yəhudi qruplarını- ortodoks, internasional və dindar yəhudiləri təqib etdilər, həbsxanalara doldurdular və qırdılar. Bircə sionistlərə toxunmadılar. Çünki əslində hitlerçilər sionistlərə birgə Qlobal Prediktorun məlum planını həyata keçirirdilər. Sənədlər göstərir ki, Hitlerin yaratdığı “Yəhudi Sektoru”nun əsas işi assimilyasiya olunmuş yəhudilərin “dissimilyasiyası” və inamlı sionistlərə çevrilməsi idi. Yəhudi ictimai xadimi Alfred Liliental ABŞ-da çıxan “Medalın o biri üzü” kitabında bu barədə yazır: “Hitler rejiminin ilk ayları sionistlər yəhudilərin alman hakimiyyəti ilə işləyən yeganə nümayəndələri idilər. Onlar öz vəziyyətlərindən istifadə edərək antisionistləri və assimilyasiya tərəfdarı olan yəhudiləri diskreditasiya etdilər. Nəticədə Yəhudi Agentliyi ilə emiqrasiyada kömək edəcəklərinə söz verən nasist hakimiyyəti arasında razılığa gəlindi. Bu kömək hətta Gestapo və SS tərəfindən həyata keçirildi”.

Комментариев нет:

Отправить комментарий