12.02.2019

Hələ 1920-ci illərdən Almaniyanın Faşist Partiyasının mətbu orqanı “Volkişer Beobaxter” qəzetində yəhudilərin Fələstinə emiqrasiyası ilə bağlı sionist planını dəstəkləyən məqalələr dərc olunurdu. 1934-cü ildə alman kəşfiyyatının yəhudi şöbəsinin rəhbəri baron Leopold fon Mildenştayn Almaniya Sionist Federasiyasının rəhbərlərindən olan Kurt Tuxler ilə birlikdə “sionist inkişafın imkanlarını” öyrənmək üçün Fələstinə altı aylıq səfərə çıxdı. Qayıtdıqdan sonra fon Mildenştayn öz təəssüratları ilə bağlı 12 məqalə yazdı və bu məqalələr silsilə şəklində nasistlərin aqitasiya qəzeti “Der Anqriff”də dərc olundu. Yəhudilərin Fələstində məskunlaşmasından məftunluğunu bildirən baron yazırdı ki, “sionizmə hər cür dəstək vermək lazımdır, belə ki bu həm yəhudi xalqı üçün, həm də bütün dünya üçün xeyirlidir”. Onun fikrincə, almanlar “sionizmin yaratdığı yeni yəhudini başa düşməli və qəbul etməlidirlər”. Həmin səfərdən sonra nasistlər bir üzünə faşist svastikası, digər üzünə altıguşəli Davud ulduzu vurulmuş medal buraxdılar.

Комментариев нет:

Отправить комментарий