04.02.2019

 Antisemitizm- sionizmlə vahid mexanizmin bir hissəsini təşkil edərək yəhudiləri başqa xalqlarından ayrı saxlamaq və qlobal planların icraçısı etmək üçün istifadə olunmaqdadır. Konspiroloqların dediyi kimi, antisemitizm və sionizm elə bir medalın iki üzüdür. Sionist kahinlərinin fikrincə, yəhudilərə təzyiq edilməsə, onlar özlərini Allahın seçilmiş xalqı saymazlar və digər xalqların içində əriyib gedərlər. Antisemitizm sionizmin ayaqda qalması üçün hava və su kimi lazımdır. Sionist funksionerləri özləri də bildirirlər ki, ancaq antisemit atmosferdə soydaşları arasında uğur qazana və tərəfdar toplaya bilərlər. Odur ki, Xolokost sionistlər üçün əslində fəlakət yox, xilas hesab edilir.
 “İudaika Ensiklopediyası”nın redaktorlarından biri Yakov Klatskin 1925-ci ildə sionizmin antisemitizmlə hansı məsafədə olmasını belə açmışdı: “Əgər biz antisemitizmin düzgün olduğunu qəbul etməsək, onda gərək öz millətçiliyimizin düzgünlüyünü də qəbul etməyək. Əgər xalqımız öz milli həyatı ilə yaşamağa layiqdirsə və bunu istəyirsə, onda xalqımız yaşadığı millətin içində yad cismə çevrilir. Xalqımız öz seçilmişliyini israr etməklə içində yaşadığı millətin həyati məkanını daraldır. Odur ki özlərinin milli tamlıqları uğrunda bizimlə mübarizə aparanlar haqlıdırlar”.

Комментариев нет:

Отправить комментарий