12.02.2019

Vəkil Marel Xorst Xolokosta şübhə ilə yanaşdığına görə vəkillik lisenziyasından məhrum edildi. Ona 2007-ci ilin noyabrında 6 ay, 2009-cu ilin fevralında 6 il, 2009-cu ilin martında əlavə 5 il həbs cəzası verildi. Lakin 73 yaşlı Xorst məhkəmədə bildirdi ki, o ömrünün axırına kimi “yalanı yalan adlandıracaq”. Onun həyat yoldaşı vəkil Silviya Ştolts da Xolokostu “dünya tarixinin ən böyük yalanı” adlandığına görə 39 ay həbs cəzasına məhkum edildi. Məhkəmədə Ştolts bildirdi ki, “Almaniya Federativ Respublikası xarici hegemona tabedir və marionet hakimiyyət tərəfindən idarə olunur”. Alman aktivisti Ursula Xaverbek Xolokostu alt-üst edən açıqlamalar verdiyinə görə 2004-cü ildə 5400 yevro, 2007-ci ildə 6000 yevro, 2009-cu ildə 2700 yevro, 2010-cu ildə 1000 yevro cərimə olundu. Məhkəmə ona 2010-cu ildə 6 ay, 2015-ci ildə (87 yaşında!) 10 ay həbs cəzası kəsdi. Xaverbek jurnalistlərə hiddətlə bildirdi: “Mən istəyirəm ki, bizdə hüquqi dövlət olsun! Mən istəmirəm ki, bizdə özbaşınalıq olsun! Mən istəmirəm ki, bizdə daim hüquqlardan və fikir azadlığından danışaraq bunun əksini edən dövlət olsun”. 2017-ci ildə mətbuat məlumat yaydı ki, Xaverbek polis tərəfindən axtarışa verilib.

Комментариев нет:

Отправить комментарий