01.06.2020

Rusiya dağılajax

Sürət Hüseynovu, İlham Əliyevi, Əli Kərimlini, İsa Qəmbəri, Qurban Məmmədovu, Mir Şahini, İlqar Məmmədovu, Cavid Ağanı, Xədicə İsmayılı, Erkin Qədirlini, Ərəstun Oruclunu, İsmayıl Cəlilovu, Əli Əkbəri, İqbal Ağazadəni, Zərdüşt Əlizadəni, Qubad İbadoğlunu, Qənimət Zahidi, Laçın Məmişovu, Solfront və MGT-ni: xırdadan-iriyə ictimai sahədə özünə yer eləmiş HAMINI birləşdirən nədir?
RUSOFOBİYA!
Rusofobiya, Rusiya da daxil olmaqla, cəmi MDB-də Din, Kilsə qüdrətinə malikdir.
İstənilən sosial karyera üçün rusofobiya şərtdir. Bacarıqlı, istedadlı, sistematik və produktiv rusofobiya isə uğurlu həyatın qarantıdır- səriştəsiz bloggeri tanınmış jurnalist, paranoik hüquqşünası deputat edə bilir.
Səhvən Rusiyaya loyallıq nümayiş etdirmiş ictimai fəalın qəflətən üzünə bütün qapılar bağlanır, bütün siyasi "tusovkalarda" boykot edilir, siyasi-sosial, çox vaxt peşə karyerası məhv edilir. Bədbəxtin hər-hansısa özünü aktualizasiya cəhdləri ən yaxşı halda total iqnora məruz qalır, qətiyyət və ardıcıllıq göstərəndə isə təqiblərə, ağlasığmaz təxribatlara və psixoloji terrora məruz qoyulur.
Xirtdəyə qədər ingilis spermasında boğulub var-yoxu Londona daşınan fahişəxanada 30 ildir ki, hər ütüdən, hər kolluqdan DAYANMADAN bir motiv beyinlərə yeridilir: RUSİYA, RUSİYA, RUSİYA, RUSİYA, RUSİYA.
İSTƏNİLƏN tarixi fakt və istənilən qaynar hadisə bir-birinə diametral əks ideoloji mövqedə duran şəxlər tərəfdən BİRMƏNALI rusofob məcrada interpretasiya edilir: Qarabağı ruslar verib, rüşvət ruslara çatır, Kəmaləddini ruslar qoyub, Ramizi ruslar qoyub, Elçibəyi də ruslar qoyub, zəlzələni ruslar edib, çeçenlərlə azərbaycanlıları ruslar dalaşdırıb, virusu ruslar yayıb, Amerikada neqri ruslar öldürüb, neqrin özü də rus idi, rus neqr polisə molotov atıb, rus polis rus neqri atəşə tutub ara qarışdırır, fikir verin tapanca makarov, kokteyl isə molotov hər şey aydındır, Patruşev Bakıya gəlib əmr paylamağa, düşən təyyarəni ruslar vurub, Qarabağda əsgərimizi ruslar vurub, sonra bizim tərəfə keçib erməni əsgərini ruslar vurub, ruslar seçkiləri saxtalaşdırıb, ruslar gecələr bloklara işəyir, ruslar kitabxana açıb cəsus verbovkası üçün, Slavyan Universiteti "QRU"-nun qərargahıdır, Prezident Rusiyaya işləyir, aprel döyüşləri Rusiyanın təxribatıdır, aprel döyüşləri Rusiyanın təkidi ilə dayandırılıb, dayandıracaqdısa niyə təkid edirdi - çünki ruslar belə oynaşır, haha rubl öldü, Rossiya davay dosvidaniya, Rusiya dağılacaq, Rusiya işğal etdi, qəsb etdi, talan etdi, Putin, avtoritarizm, diktatura, etatizm, velikoderjav şovinizmi, Stalin, çarizm, 20 yanvar, Rəsulzadəni teylədilər, ağla qərənfil ağla, Sisianov, Rusiyada bizimkiləri incidirlər, Rusiyanın agentura şəbəkəsi, imperiya, indi mersedes sürürdük, Krımı qaytar, Donbassdan çıx, Kuril adalarını ver, dünən Voronejdə rusların traktoru qırıldı hahaha, davam edir 37, repressiya, qan, qurban, şəhid, Sibir, ölüm, bolşevizm, Nataşa, rusların oyunudur, ruslar oyunu udur, rusların oyunu durdur...
Bu minvalla 30 İL!
Balaca azərbaycanlıya məktəbə qədəm qoyub ta ölənədək bütün növ, format, ideoloji çalar, ürəyin istəyən ən müxtəlif upakovkalarda boğazınadək rusofobiya yeridilir.
Yalançı haqda məntiqi ziddiyət (yalanı danışa bilməyibsə deməli yalançı deyil, yalanı danışa bilibsə onda yalançı olduğunu bilməzsən) beynəlxalq əlaqələrə şamil ediləndə belə mənzərə yaranır: əgər Rusiya həqiqətən belə iblisanə qüdrətə malikdirsə, onda niyə ən elementar şeydən - imicindən və hakimiyyətinin gizliliyindən başlamır?
Amerikan diplomatın səs yazılarını paylaşmaq kimi səhv hətta Mehdiyev kimi titana bağışlanmadı və onillərin toxunulmaz kardinalı bir neçə gün içində vəzifəsindən oldu... Rusiyaya qarşı isə həyasız məlumat kampaniyası heç bir cəzasız eyni qaydada 30 ildir aparılır, vaxt keçdikə daha da şiddətlənir.
Bu məlumat mənzərəsindən ancaq bir nəticə çıxarıla bilər: Rusiya nəinki heç bir qüdrət və hakimiyyət sahibi deyil. Perimetri üzrə ona qarşı aparılan məlumat müharibəsinə müqavimət göstərə bilməyəcək həddə subyektliyini itirib.
Rusiyanın heç bir agentur şəbəkəsi, məkrli planları, imperiya ambisiyaları yoxdur, ola bilməz. Olsaydı, biz çoxdan onun parçasıydıq və gecənin bu çağı burda mələmirdik.
Azərbaycan YÜZDƏ YÜZ BÖYÜK BRİTANİYA MÜSTƏMLƏKƏSİdir. Hakmiyyətin də, müxalifətin də aksiyalar paketi bütövlüklə ingilislərin əlindədir. Respublikada bütün təlim-tərbiyə sistemi, informasiya siyasəti ingilislərin maraqlarına uyğun, onların istədikləri kimi formalaşdırılır.
Ölkənin Londona və Britaniya yurisdiksiyasının hökmündə yerləşən offşorlara çıxarılmış (və çıxarılmaqda davam edən) yüz milyardlarla dolları haqda heç bir azərbaycanlı köpək oğlu və köpək qızı qələtini edib ağzını aça bilməz.
Ən azı ona görə ki bu heç kimin ağlına da gəlmir. Milli intelligensiya ölü qonşusunu təpikləməklə məşğuldur.

Rusiya Dağılacaq facebook səhifəsi

Комментариев нет:

Отправить комментарий