06.06.2021

ABŞ Ermənistana Rusiya bazalarını bağlayıb yerinə NATO bazalarını yerləşdirmək üçün 14 milyard dollar verəcəkdi

Tahir Cəfərli

Qarabağ müharibəsində qələbə - Azərbaycan Prezidentinin apardığı balanslaşmış siyasətin nəticəsidir ki, Azərbaycan bu müharibədə qalib gəldi. Ən əsası Rusiyaya Ermənistanın vuracağı həqiqi geosiyasi zərbələri göstərdi. İnkar olunmaz faktdır ki, Prezident İ.Əliyev çoxşaxəli siyasət apardı və müharibənin qələbə fundamentini qoydu.
Rusiya tərəfinə Ermənistan iqtidarının Qərbə yuvarlandığını göstərən də elə Azərbaycan tərəfi oldu. Bundan əlavə, Ermənistan Azərbaycana qarşı müharibə mövqeyində dururdu. Rusiyanın Qarabağla bütün təkliflərini qulaq ardına alırdı və yaxud rədd edirdi. 
Beləliklə ermənilər regionu müharibəyə yuvarlatdırırdılar. Yeni müharibədə Ermənistan udsaydı, Qərb Ermənistanı Rusiyanın əlindən qoparırdı və İrana qarşı platsdarma çevirirdi. Bununla belə, Qərb qoşunlarının Ermənistana girməsi Qafqazın açarlarını Rusiyanın əlindən alırdı.
2018-ci il xayların şurtvastlara qarşı qaldırdıqları “Rəngli İnqilab” və xayların qələbəsi ilə qurtardı, ölkədə sözün həqiqi mənasında antirus qüvvələr qalib gəldi və açıq şəkildə  ruslara, rus əsgər və zabitlərinə qarşı təxribatlara əl atırdılar. Antirus mitinqləri keçirirdilər. Ruslar rədd olun Ermənistandan! - qışqırırdılar, özü də Qumruda Rusiya hərbi bazasının qarşısında. Bütün rus məktəblərini bağlayırdılar. Bu hadisələr onu göstərirdi ki, Rusiyanın mövqeləri Ermənistanda heçə enmişdir. İndi qalırdı Rusiya bazalarının boşaldılması. Vəziyyətin kritikliyi Rusiyanın siyasi elitasını çaşqın vəziyyətdə qoymuşdu. Çoxları inanmaq istəmirdi ki, Ermənistan Rusiyaya qarşı gedir. 
Bu mitinqlərlə bağlı Rusiya Patriarxının çıxışı maraqlı idi. Kiril deyirdi: “Ermənilər bilməlidirlər: Biz Ermənistanı yaratmışıq, biz də məhv edərik!” Patriarx bunları boş-boşuna demirdi. İndi Rusiya siyasi elitası  Ermənistanı yerində oturtmalı idi.
Gün-gündən Rusiya-Ermənistan arasında ciddi qarşıdurmalar üzə çıxırdı. Ermənistan daha özünü forpost kimi aparmaq istəmirdi. Ortaya başqa bir fakt da çıxdı: Ermənistan Rusiya bazalarını bağlayıb yerinə NATO bazalarını yerləşdirmək üçün ABŞ-dan 14 milyard dollar almalı idi. Bir sözlə Ermənistan Rusiyadan uzaqlaşmaq istəyirdi. Bir az da belə getsəydi Ermənistan Rusiyanın əlindən çıxacaqdı.
Əlbəttə ki, Ermənistanı əlində saxlamaq üçün Rusiya Ermənistanı gücdən salmalı və onu diz çökdürməli idi. Bunu ancaq torpaqlarının azad etmək istəyən Azərbaycan edə bilərdi...
2016-cı il müharibəsinin ilk günlərindən ABŞ və Fransanın bəyanatları və təzyiqləri başlamışdı. ABŞ dəniz piyadaları Gürcüstanın Poti şəhərinə yaxınlaşırdılar və aydın idi ki, Ermənistanın köməyinə gəlirdilər.
Bir az da Azərbaycan ordusu irəli getsəydi, bu qoşunlar Qarabağa girəcəkdilər.
Praqmatik siyasətçi olan Prezident Putin, Ermənistanın Rusiya üçün bəla olduğunu anladı. İlk növbədə Şoyqu vasitəsi ilə Qarabağda gedən müharibəni dayandırdı. O zaman Rusiya müdafiə naziri Şoyqu Azərbaycanın Qərargah rəisi N.Sadıxovu Moskvaya çağırmışdı və Rusiya qoşunlarının Azərbaycana girəcəyi ilə hədələyirdi.
Gəlin müharibə davam etsəydi, nə baş verəcəyini gözümüzün qarşısına gətirək: ABŞ dəniz piyadaları Gürcüstandan Ermənistana, Rusiya ordusu Dağıstandan Azərbaycana girirdi. Nəticədə, Ermənistan və Azərbaycan bu iki ölkənin Suriya kimi hərbi poliqonuna çevrilirdi. Acınacaqlı nəticəni İran da öz üzərində hiss edəcəkdi.
Başqa sual ortaya çıxır: Nəyin əsasında Rusiya qoşunları Azərbaycana girirdi? 
Cavab bir mənalıdır. 12 oktyabr 1992-ci il Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq Sazişi əsasında. Bu sazişə görə Azərbaycanda siyasi vəziyyət gərginləşərsə və yaxud Rusiyaya qarşı təhlükə yaranarsa, Rusiya qoşunları Azərbaycana girə bilərdilər. NATO qoşunlarının Ermənistana və Qarabağa girəcəkləri istisna deyildi. 
Biz, Nəcməddin Sadıxovun müharibəni niyə dayandırdı? - sualına bu  nöqteyi-nəzərindən yanaşmalıyıq və anlamalıyıq ki, müharibəni dayandırmaq əmrini verən Generalımız faktiki olaraq Azərbaycanımızı xilas etmiş, Qafqazın və İranın üzərindən müharibə təhlükəsini götürmüşdü.
2016-cı il döyüşləri Azərbaycan rəhbərliyi üçün dərs oldu. Aydın oldu ki, ATƏT-in Minsk qrupuna daxil olan ölkələrinin razılığı olmadan Qarabağı azad etmək mümkün olmayacaqdır.
İki şəxsiyyətin İ.Əliyevin və Mehriban xanım Əliyevanın ciddi və aktiv diplomatik səyləri nəticəsində, Azərbaycan öz torpaqlarını azad etməyin vacibliyini inandırdı. İlk növbədə Rusiyanın rəhbərliyini. Çünki Ermənistan ilk növbədə Rusiyanın Qarabağla təkliflərini rədd edirdi.
Azərbaycan elə təsəvvür yaranır ki, bu ölkədə hamı hər şeyi bilir. Aydındır ki, ermənilər də. Çünki Azərbaycanda nə baş verirdi, Ermənistanın xəbəri vardı. Üstəlik xaricdəki ermənilər tərəfindən idarə olunan  Azərbaycan dilli  blogerlərin əliylə, ölkəmizə qarşı ciddi informatik təxribatlar yaradırlar. MM, XİN-də, ümumiyyətlə, ölkəmizdə gedən bütün proseslərdən xəbərdar idilər.
Təkcə bu iki şəxsiyyətin apardıqları diplomatik  danışıqlar haqqında məlumatlar kənara çıxmırdı. Ermənilərin ağlına belə gəlməzdi ki, Azərbaycan tərəfi müharibəyə əl atacaq və torpaqlarını azad edəcəkdilər. Çünki ermənilərin Azərbaycanda nə baş verdiyindən o saat operativ xəbərləri olurdu.
Bir faktı tam əminliyi ilə qeyd etmək istərdik ki, yüksək məmurlarımız arasında da indiyə qədər erməni dudkası ilə oynayanlar mövcuddur. Hətta MM-n deputatları arasında da belələri vardır. Onların çıxışlarının mahiyyətini öyrənsək, görərik ki, hansı ölkənin marağından çıxış edirlər. Buna da son qoyulmalıdır. Klançılıq əsasında yaradılmış MM buraxılmalı, ölkədə təmsilçilik və vətəndaşlıq prinsipləri hökm sürməlidir.
Bu haqda çox danışmaq olar, ancaq biz hələlik sülhməramlılarının Qarabağa yerləşdirilməsinə icazənin verilməsinin Azərbaycan tərəfi olduğunu qeyd etməliyik. Əgər sülhməramlılar Qarabağa girməsəydi nə baş verərdi? - sualına cavab tapmalıyıq.
Qərb öz qoşunlarını Qafqaza soxacaqdı. Belə olduğu halda biz Qarabağı azad edə bilməyəcəkdik.
Rus sülhməramlılarının Qarabağa yerləşdirilməsi bunun qarşısını aldı və tam əminliyi ilə deyə bilərik ki, Azərbaycan öz torpaqlarına sahib durdu.
N. Paşinyan Kapitulyasiya Aktına qol çəkəndən sonra, onun siyasi davranışını Azərbaycan Prezidenti müəyyən etdi və bu Aktdan irəli gələn bütün tələblərin yerinə yetirilməsinə də Rusiya sülhməramlıları nəzarət etməlidirlər.
Rus sülhməramlılarının Qarabağa yerləşdirilməsi faktı Azərbaycan rəhbərliyindən irəli gələn Qarabağda sabitliyi qorumaq üçün ən düzgün addımdır. Bu Prezidentin xarici qüvvələrin, ilk növbədə Qərbin qarşısını almaq üçün etdiyi qabaqlayıcı tədbirlərdən biridir. 
Rusiya sülhməramlılarının oraya yerləşdirilməsi Qərbin ora girməsinin qarşısını aldı. Beləliklə, lazımsız ATƏT oyunbazlığına da son qoydu.
Yəqin ki, Azərbaycan Prezidenti Rusiya rəhbərliyi ilə hərtərəfli müzakirələr apardıqdan sonra, Qarabağa yerləşdiriləcək Rusiya sülhməramlılarının yerləşdirilməsinə icazə vermişdir və onların üzərinə konkret vəzifələr qoymuşdu.
Erməniləri Qarabağdan qovlamaq da mümkün idi, ancaq bu Azərbaycan üçün faciə ilə qurtarardı, çünki ABŞ və Fransa ermənilərin köməyinə gələcəkdi. Operativ şəkildə Rusiya sülhməramlılarının Qarabağa girməsi bunun qarşısını aldı.
İndi Rusiya sülhməramlılarının qarşısında Prezident İ.Əliyevin qoyduğu tapşırıqlar durur: ilk növbədə erməni anklavında olan silahlı dəstələri tərksilah etmək və xalqı dinc quruculuq işlərinə cəlb etməkdir.
Yenidən Qarabağda müharibənin qarşısını almaq da onların əsas vəzifələrindən biridir. Rusiya sülhməramlıları Qarabağın erməni anklavında çox ehtiyatla rəftar etsə də, sərhədlərin demarkasiyası məsələlərində qətiyyətli addımlar atırlar.
Rusiya sülhməramlıları yaxşı bilirlər ki, erməni anklavı ciddi silahlanmışdır. Silahlar yığılana qədər Qarabağda yenə də müharibə təhlükəsi vardır. Nəzərə alsaq ki, Yerevandan bu bandit dəstələrinə təlimatlar gəlir və təlimatı göndərənlər Qərbin agentləridir, bu qoşun bölmələrinin üzərinə düşən məsuliyyətin böyüklüyünü duyarıq...
Ermənilər tərəfindən maliyyələşdirilən Media vasitələri əllərindən gələni edirlər ki, Qarabağda qarşıdurma davam etsin...
Qarabağda sülhməramlılarının qalması, regionun sabitliyi üçün vacib məsələlərdən biridir. Onların Qarabağı tərk etməsi, müharibənin yenidən bərpası deməkdir.
“Qələbə əldə etmək asandır, ancaq onu saxlamaq  çox çətindir!” Bu sözləri həmişə Dəmir kansler Bismark deyirdi. Azərbaycan Qarabağda əldə etdiyi qələbəni əldə saxlamalıdır. Odur ki, bütün xalq Prezidenti ilə olmalıdır, çünki o əlindən gələni etmişdir ki, biz bu qələbəyə nail olaq.

Комментариев нет:

Отправить комментарий