01.06.2021

Avrasiya Hərəkatının proqramı,
“Milli məsələyə avrasiyaçı baxış” bölməsi:

Avrasiyaçılar hesab edir ki, dünyanın hər bir xalqı qiymətlidir – böyük sivilizasiyalar yaradanlardan tutmuş ta öz ənənələrini göz bəbəyi kimi qoruyan azsaylı xalqlara qədər. Xarici təsirlər nəticəsində assimilyasiyaya uğrama, dilin, ənənəvi yaşamın itməsi, dünyanın istənilən xalqının fiziki yoxolması – bütün bəşəriyyət üçün əvəzolunmaz itkidir.
Avrasiyaçıların “çiçəklənən mürəkkəblik” adlandırdığı xalqların, mədəniyyətlərin, ənənələrin bolluğu – bəşər sivilizasiyasının sağlam, harmonik inkişafının əlamətidir.
Bu mənada velikoruslar 3 etnik qrupun (slavyan, türk və fin-uqor) unikal qarışığından törəyərək, özünəməxsus ənənələri və zəngin mədəniyyəti olan vahid xalqa çevriliblər. Velikorusların 3 etnik qrupun sintezi nəticəsində yaranması faktının özündə xüsusi qiymətə malik olan inteqrasiya potensialı vardır. Məhz buna görə Rusiya dəfələrlə çoxlu sayda müxtəlif xalqların və mədəniyyətlərin vahid sivilizasiya qovşağında birləşməsi üçün özəyə çevrilib. Avrasiyaçılar inanır ki, Rusiya həmin rolu 21-ci əsrdə də oynayacaq.
Avrasiyaçılar izolyasiyaçı deyillər, o cümlədən heç bir halda assimilyasiya tərəfdarı da deyillər. Xalqların həyatı və taleyi – süni müdaxiləyə dözməyən təbii prosesdir. Etnoslararası, millətlərarası məsələlər onların daxili məntiqinə əsasən həll edilməlidir. Dünyanın hər bir xalqına öz tarixi seçimini müstəqil etmək azadlığı verilməlidir. Heç kəsin xalqları, atlantistlərin arzuladığı kimi, “ümumi qazanda qaynadıb” öz unikallığından imtinaya məcbir etmək haqqı yoxdur.
Avrasiyaçılar üçün xalqların hüquqları insan hüquqlarından az əhəmiyyət daşımır.

Комментариев нет:

Отправить комментарий