02.07.2021

AVRASİYA HƏRƏKATININ PROQRAMI: NEOAVRASİYAÇILIQ

Knyaz N.S. Trubetskoyun “Qərb (Avropa) insanlığın əleyhinədir” tezisi alman siyasi fəlsəfəsi ilə (O. Şpenqler, V. Zombart, K. Şmitt, A. Müller van den Bruk, L. Frobenius, E. Yunger, F. Yunger, F. Xilşer, E. Nikiş və b.), Avropa tradisionalizmi ilə (R. Qenon, Y. Evola, T. Burkxardt, F. Şuon, Q. da Corco və b.), Qərb kapitalizminin “yeni sol” tənqidi ilə (J. Batay, J. P. Sartr, Q. Debor, M. Fuko, J. Delez), burjua quruluşunun marksist tənqidi ilə (A. Qramşi, D. Lukaç və b.), Avropanın “yeni sağları” ilə (A. de Benua, R. Stoykers və b.) tamamlanır. Qərb burjua cəmiyyətinin sol (sosial) mövqedən tənqidi də elə həmin cəmiyyətin sağ (sivil) mövqeli tənqidinə əlavə olunur. Avrasiyaçılığın “Qərbin rədd edilməsi” ideyası Qərbin tarixi inkişaf yolunun (ən azından son bir neçə əsrdə) məntiqi ilə razı olmayan öz təmsilçilərinin geniş “Qərb tənqidi” arsenalı ilə möhkəmlənir. Neovrasiyaçılar Qərb sivilizasiyasını “normativ” olaraq inkar edən ən müxtəlif konsepsiyaların birləşdirilməsi ideyasını dərhal ortaya qoymasalar da, buna tədricən 80-ci illərin sonları və 90-cı illərin ortalarından meyil etdilər.
“Romano-german sivilizasiyasının tənqidi” ciddi vurğulanır, bu zaman anqlosakson dünyasının, ABŞ-ın tənqidi prioritet götürülür. Qərb dünyası alman Konservativ İnqilabı və Avropanın “yeni sağları” ruhunda atlantik ABŞ üstəgəl İngiltərəyə və kontinental (xüsusən romano-german) Avropaya differensiasiya olunur; burda kontinental Avropa özü neytral və pozitiv əməkdaşlığa qadir olaraq nəzərdən keçirilir. Klassik avrasiyaçılıqdan fərqli olaraq neoavrasiyaçılıqda “romano-german” terminindən istifadə olunmur, daha çox “atlantizm”, “anqlosakson dünyası”, “mondializm” (“qlobalizm”), “yeni dünya nizamı” və “planetar liberalizmdən” danışılır.

Комментариев нет:

Отправить комментарий