05.07.2021

Bir az da yuxarı get


Ərdəbildən olan böyük alim Mirzə Əliəkbərin zamanında Ərdəbil vilayətində aclıq baş verir. Camaat çöllərə tökülüb yonca yığıb yeyərmiş. Mərhum Mirzə buğda gətirmək üçün bir qrupu Rəşt şəhərinə göndərir. Onlar qayıdana qədər camaatın ac qalmaması üçün başqa yollar axtarır. Mirzə Əliəkərə deyirlər ki, Ərdəbildə bir tacir var, onun anbarında çoxlu buğda var və heç kimə satmır.
Mirzə Əliəkbər müctəhid olduğu üçün camaat ona xüms pulu verərmişlər. Həmin pulların hamısını bir bağlamaya qoyub gedir tacirin yanına. Tacirlə bir xeyli danışır, nə qədər çalışır buğda alsın, tacir razı olmur. Deyir, ay kişi, sən necə müsəlmansan? Camaat qırılır acından, sənsə buğdaları anbarda saxlamısan, Allahdan qorxmursan? Vicdanın sızıldamır? 
Tacir deyir pulunu ver, apar nə qədər lazımdı.
Mirzə Əliəkbər bağlamanı qoyur yerə, açır ağzını, puldan bir dəstə götürür, deyir bəsdir?
Tacir deyir "Boro bala" (yuxarı get - yəni çox elə).
Mirzə bir az da artırır, Tacir deyir "boro bala".
Nəhayət Mirzə məcbur qalıb bütün bağlamada olan pulu tacirə verir, buğdaları götürüb aparırlar dəyirmana, sonra şəhər meydanında lavaş bişirib camaata paylayırlar.
Bu hadisədən neçə ay keçir, aclıq aradan gedir, camaatın vəziyyəti düzəlir.
Bu tacirin başına bir iş gəlir. Deyirlər tacirin ayaq barmağına bir yara düşür. Nə qədər müalicə etdirir, faydası olmur. Yara getdikcə böyüyür. Nəhayət həkim təkidlə bildirir ki, ayaq kəsilməlidir. Tacir barmağından bir az yuxarını göstərib deyir burdan kəsiləcək? Həkim deyir "boro bala" (yuxarı get).
Tacir bir az da yuxarıdan, dizə yaxın hissədən göstərir deyir burdan? Həkim deyir boro bala (yuxarı get).
Dizindən yuxarını göstərir, həkim "boro bala" deyir. Nəhayət əməliyyata girir, düz bud nahiyəsindən ayağını kəsirlər.
...
Hal-hazırda Ərdəbildə dünya memarlıq abidələri arasında heyranedici gözəlliyə malik məscid Mirzə Əliəkbərin adını daşıyır. Bundan əlavə məscidin yanında böyük elmiyyə hövzəsi (mədrəsə) də mərhumun adınadır.  Bütün Ərdəbil camaatı o mərhumun adını hörmətlə anır.

(Foto: Mirzə Əliəkbər məscidi)

Комментариев нет:

Отправить комментарий