03.07.2021

Dəyişmiş Bakımız

Ağadadaş Əliyev

Bir neçə gün qabaq nəvəmi Bakıya həkimə aparmalı oldum. Şoferlə geri qayıtmaq vaxtını təyin etdik, 5 saat vaxtımız var idi. Fikirləşdim yaxşı bir məqamdır, bu müddətə 9 yaşlı nəvəmi paytaxtımızın görməli yerləri ilə taniş edərəm.
Beləliklə, gəzintiyə bulvardan başladıq. Qız qalası haqqında məlumat verdim və Kukla Teatrının yanlndakı keçiddən əsas görümlü yerləri göstərməyə, xatirə şəkilləri çəkməyə başladıq. 
Qısa onu deyərəm ki, (yeni tikilmiş hündürmərtəbəli binaları çıxmaqla) rastlaşdığım mənzərələr ürək açıcı olmadı. Sanki tanıdığım Bakıya deyil, tam başqa bir ölkənin şəhərinə düşmüşdüm.
İlk növbədə Fəvvarələr Meydanı adlanan yerdə müxtəlif dairələrdə çiyinlərində çanta gəzdirən velosipedli gənclik diqqətimi cəlb etdi. Hətta bir gənc çantanın ağırlığından yerə yıxılmış və əl-ayağı sivrilmişdi. Səkinin üstündə oturub sifariş gözləyən dostları simalarında ağrı və dalğınlıq onu əhatəyə almışdılar. 
Sonra nəvəmə kiçik qəlyanaltı vermək üçün Fəvvarələr Meydanında bir-birinin yanında düzülmüş yeməkxanalardan birinə yanaşdim. Yol kənarında dayanan, yeməklərin siyahısını və qiymətini göstərən biri türk ləhcəsində bizə təqdimat etdi... Siyahıdan Azərbaycan mətbəxinin   qoxusu gəlmədiyi kimi qiymətlər də... yəqin ki bizim deputatların maaşına hesablanmışdı.
İçimdə belə bir sual yarandı. Millətinin savadsız olmasının əziyyətini çəkən Mirzə Cəlil, Sabir, Fətəlilər savadlanmış, igid olduqları qədər də   bekarçılıqdan və çarəsizlikdən türkiyəçiyə çevrilmiş, milli mətbəxtini, milli adət-ənənələrini itirmək təhlükəsi ilə üz-üzə qalmış əziz  azərbaycanlılarının bu halına nə deyərdilər?!

Комментариев нет:

Отправить комментарий