Страницы

27.04.2011

ELDAR ƏZİZOV ZAMAN İSGƏNDƏROVU BİTİRİR

  İcra başçısı Sumqayıt Univermağının sahibinə məxsus obyektləri sökdürür



Eldar Əzizov Sumqayıta icra başçısı təyin olunduğu gündən bəri şəhərin ictimai-siyasi mənzərəsinin rəngi dəyişib. İcra başçısı burada obyektləri sökdürür, yaşıllıq massivlərini məhv edir. Bu azmış kimi, indi də Sumqayıtda nəhəng kapital sahiblərinə, yerli oliqarxlara qarşı “səlib yürüşünə” başlayıb. Əzizov şəhərdəki məşhur iş adamlarına yerini göstərməyə çalışır.
İcra başçısı artıq ilk olaraq Zaman İsgəndərova aid olan “Cavid” Ticarət Mərkəzinin sökülməsi barədə göstəriş verib. Yaxın vaxtlarda ticarət mərkəzi yerlə-yeksan olunacaq. Onu da deyək ki, “Cavid” ticarət mərkəzi Sumqayıt Mərkəzi Univermağının tərkib hissəsidir.
Bu barədə “Yeni Müsavat”a məlumat verən mənbənin sözlərinə görə, icra başçısı həmin ərazinin əvvəllər avtomobil dayanacağı olduğunu deyib. Ona görə də ticarət mərkəzi uçurulacaq və yenidən maşın dayanacağı bərpa olunacaq. Ancaq başçının oliqarxlara qarşı hücumu təkcə bununla məhdudlaşmır. Əsasən də Zaman İsgəndərovun biznesinə çox ciddi zərbə gözlənilir.
Belə ki, Z.İsgəndərovun qardaşı oğlu Rüfət İsgəndərova məxsus olduğu deyilən “Ekzotika” kafe-barı da söküləcək obyektlər siyahısına əlavə olunub. Şəhərin Sülh küçəsində yerləşən bu əyləncə mərkəzi icra başçısının qəzəbinə tuş gəlib.
Eyni zamanda kolxoz bazarının sahibi Ağamirzə Əhədova məxsus olan “Karvan” ticarət mərkəzinin də başı üzərində “qara buludlar” dolaşır.
Xatırladaq ki, Sumqayıt uzun illər yerli oliqarxlar arasında bölüşdürülüb. Hələ sovet dövründən Zaman İsgəndərov (Sumqayıt Univermağının sahibi), Tofiq Hüseynov (Sumqayıt çörək zavodunun sahibi), Sabir Tanrıverdiyev (Sumqayıt maşın bazarının sahibi) və Ağamirzə Əhədov (Sumqayıt kolxoz bazarının sahibi) burada hegemonluq ediblər.
Məhz bu “dördlük” Sumqayıtda geniş səlahiyyətlərə yiyələniblər və hər gələn icra başçısı onlarla razılaşdırmamış heç bir iş görməyib. Ancaq indi vəziyyət kifayət qədər dəyişib və belə demək mümkünsə, Eldar Əzizov onları qarşısında diz çökməyə məcbur edib.

E.SALAMOĞLU

Комментариев нет:

Отправить комментарий