Страницы

24.04.2011

İSVEÇLİ JURNALİSTLƏR YAP İQTİDARINI RÜSVAY ETDİ

SVT telekanalı 17 aprel mitinqində tutulub Bakıdan deportasiya edilən May Roderstrit və Şarlotta Uikstromla müsahibəni yayıb



İctimai Palatanın aprelin 17-də keçirdiyi aksiya zamanı polis tərəfindən saxlanılan, daha sonra ölkədən deportasiya edilən isveçli jurnalistlər başlarına gələnlər barədə öz vətənlərində danışıblar. İsveçin SVT telekanalı saxlanılan jurnalistlərdən ikisi - May Roderstrit və Şarlotta Uikstromu canlı yayıma dəvət edib.
Onlar telekanala verdikləri geniş müsahibədə Azərbaycana səfərlərinin məqsədləri, ölkədə başlarına gələnlər, polisin jurnalistlərlə rəftarı və deportasiya edilmələri üçün göstərilən saxta, qurama səbəblər barədə geniş danışıblar.
Xəbər verildiyi kimi, İctimai Palatanın 17 aprel mitinqini müşahidə edən 3 isveçli jurnalist - May Roderstrit, Şarlotta Uikstromu və Şarli Laprevod mülki geyimli şəxslər tərəfindən saxlanılıblar. Jurnalistlər əvvəlcə Səbayel Rayon Polis İdarəsi 39-cu polis bölməsinə, sonra isə DİN Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinə aparıblar. Onlar İsveçin “Kanal-1" televiziyası üçün işləyən "Pampas Produktion" film şirkətinin əməkdaşlarıdır və Azərbaycana ifadə azadlıqlarının vəziyyəti ilə bağlı sənədli film çəkmək üçün gəlmişdilər. Bu şirkət bir neçə ölkədə belə sənədli film çəkib. Jurnalistlərin Azərbaycana səfər etmək üçün bütün sənədləri qaydasında olub, viza alarkən onlar jurnalist olduqlarını və sənədli film çəkmək üçün gəldiklərini göstəriblər.
Saxlanılarkən da isveçli jurnalistlər jurnalist vəsiqələrini polisə təqdim ediblər. Lakin bunun köməyi olmayıb. İsveç jurnalistlərinin saxlanılması və ölkədən deportasiya edilməsi beynəlxalq jurnalist təşkilatları tərəfindən pislənib. May Roderstrit və Şarlotta Uikstrom öz ölkələrində verdikləri müsahibədə deyiblər ki, Azərbaycanda söz və sərbəst toplaşmaq azadlıqlarının boğulduğunun şahidi olublar, onlar polisin nümayişçilərə qarşı hansı zorakılıqlar etdikləri barədə faktları da çatdırıblar.



musavat.com

Комментариев нет:

Отправить комментарий