Страницы

24.04.2012

İSRAILDƏ ETİRAZLAR VƏ İŞÇİ SİNFİNİN İNTİBAHI

Жилье в ИзраилеAleks Lantye

Keçən şənbə Tel- Əvivdə keçən kütləvi etirazlar, beynəlxalq vəziyyətin özəl xüsusiyyətinə- fəhlə sinfinin intibahının dünya siyasətində ən vacib qüvvə olmasına təsvir idi. Həyatın bahalaşmasına və maaşların azlığına etiraz kimi çağırılan, zəhmətkeşlərin 250 minlik marş, İsrail tarixində ən iri sosial etiraz oldu.
2008 ci il sentyabr böhranının dalınca, öz növbəsində dünya iqtisadiyyatını iflic duruma salmağ təhlükəsi daşıyan bu hadisə, dünya birjalarının kəskin aşması anında baş verdi. 

Bir neçə həftə öncə Tel-Əvivin Rotşild bulvarında çadır şəhərçikləri peyda oldu,- qismən bu Mübarəkin istefasına gətirib çıxaran Qahirənin Təhrir meydanındaki etirazların təsiri ilə bağlı idi. Tibb sahəsinin və budcə sahələrinin işçiləri çətin iş şəraitinə və maliyyə çatışmazlığına qarşı etiraz edirdilər. İsrail nümayişçiləri əllərində ivrit və ərəb dilində yazılmış “Misir kimi edək” şüarlar aparırdılar.
ABŞ dəstəkləyən Tunis və Misir diktaturalarına qarşı baş verən kütləvi inqilabi partlayış, bütün dünya işçi sinfində müxalif əhval ruhiyyəni qalvanizasiya etdi. Hal –hazırki məqamda bu əhval-ruhiyyə, özü yəhudi xalqının yurdu kimi göstərilən İsrailə yayıldı. Ancaq, etirazlar İsrailin yəhudi xalqını irəliyə getmək üçün heç bir yolla təmin etmədiyini göstərdi, əksinə o həm yəhudi həm də ərəb fəhləsinə qarşı istifadə olunan, burjua elitaların marağına qulluq edən bir şəhər-qarnizona çevrildi.
Hakim sinif yəhudi fəhləsini inandırır ki, onun siyasi borcu İsrail tərəfindən işğal olunmuş Fələstin torpaqlarında, Livanda, Misirdə, İranda və başqa ölkələrdə yaşayan sinfi qardaşlarına qarşı qardaş qırğınına hazırlaşmaqlarından ibarətdir. O ki qaldı israil ərəblərinə, onlar ikinci növ vətəndaşdırlar, və yəhudi işçi sinfinin böyük hissəsi ilə eyni formada ucuz işçi qüvvəsi mənbəyi kimi, istifadə olunurlar. Bu xüsusiyyətlərə malik olmaqla İsrail amerikan imperializminin öncül forpostu kimi çıxış edir.
İsrailin hakim elitası, çox illər ərzində, ölkə iqtisadiyyatının yarısına nəzarət edən 16 millyraderin varlanmasına səbəb olan, azad bazar iqtisadiyyatı siyasətini keçirir. Özəlləşdirmə, korporasiyalara olan qadağaların aradan qaldırılması və xəzinəni boşaldan hərbi-sənayə kompleksinə dəstək fəhlələrin çiyinlərinə ağır yük olur. 2008 ci ildən başlayaraq, qalxan qiymətlər hətta nisbətən yaxşı güzaran keçirən fəhlə təbəqələrinə də zərbə vurdu. Daşınmaz əmlaka olan qiymətlər 55% qalxdı, yaşayış kirayəsi 27%, ən vacib ərzaq məhsulları-40%.
Etrazlar getdikcə yeni-yeni ölkələrə yayıldıqca, xalq kütlələri anlamağa başlayır ki, onların siyasi həyatında əsas rolu dini, milli, etnik mənsubiyyət yox, sinfi mənsubiyyət oynayır. Həm İsrail, həm də ABŞ fəhlə sinfinin istiasmarının gücləndirilməsi, beynəlxalq proletariatın birləşmiş inqilabi fəaliyyəti üçün obyekstiv bazis yaradır.
Misir inqilabı dərsləri ki, - gedişatı boyu orta sinfi qruplarının fəhlə sinfini yayındırmaq və xunta ilə sövdələşmələr yolu ilə, onu məğlubiyyətə uğratmaq cəhdləri edirdi, İslaril fəhləsi üçün olduqaca vacibdi. Onlar öz istismarları mənbəyinə qarşı, ultra sağçı Benyamin Netanyaxu hökumətinə qarşı təzyiq etməklə mübarizə apara bilmirlər, eyni ilə misirli fəhlələr xuntaya istinad etməklə demokratiya qura bilmədikləri kimi. İsrail proletariatı, Netanyahu hökumətinə qarşı mübarizə aparan və sosialist siyasətini həyata keçirən, yeni müstəqil siyasi hərəkat yaratmalıdır.
Bunun əksinə olaraq, Qistadrut həmkarlar federasiyasının lideri Ofer Eyni, deyir ki, əlbəttə o nümayişçilərə dəstək üçün tətillərin başlanmasını elan edə bilər, amma o “hökuməti devirmək” məqsədi güdmür. Eyni Netanyahunun və onun etirazçılar ilə danışıqlar məqsədi ilə yaradılmış, 16 nazirdən ibarət “dialoq komandasının” xeyirxah iradəsinə ümid etməyi məsləhət görür.
Siz bir yalana baxın! Başqa bürokrat və Yaxın Şərqdəki yalançı-solçu müttəfiqləri ilə birlikdə Eyni özünün maliyyə aristokratiyasının, istənilən yolla işçi hərəkatını gücdən salmaq və qarşısını almaq niyyətini güdən, casusu kimi ifşa edir.
WIKILIKS saytının və Haarets qəzetinin, yaydığı gizli amerikan depeşalarından məlum olduğu kimi, Eyni Netanyaxu siyasətini dəstəkləyir. 2009 cu ilin mayında amerikan diplomatları ilə olan görüşündə Eyni onun Netanyahunun təklif etdiyi budcə paramaetrlərini və iqtisadi əsaslarını Knessetdə qəbul olunması üçün dəstəkləməsi “Koşer sövdələşməsi” idi. Amerika diplomatları belə bir qənaətə gəldi ki, əhaliyə ultrasağ tədbirləri sırımaq üçün Eyni açar rolunu oynayır.
İsraildə kütləvi etirazların partlayışı, hökuməti tərpətdi, yəhudi və ərəb fəhləsinin birləşə biləcəyini nümayiş etdirərək, bütün dünyada fəhlələrinə onları dini , etnik və milli əlamətlərinə görə bölməyə çalışan qüvvələrə qarşı, bütün fəhlələrin birləşməyinə təkan verdi.
Zəhmətkeşlərin indi qarşılaşdıqları mərkəzi məsələ, bu instinktiv əhval- ruhiyyəni, onların maraqlarını müdafiyə edən siyasi cəhətdən şüurli və konkret strateqiyaya çevirməkdən ibarətdir. Yaganə doğrudan da təpərli perspektiv kimi, ancaq Dördüncü Beynəlxalq Beynəlmiləlin(İnrenasional) Komitəsinin müdafiyə etdiyi, sosialist inqilabı proqrammı ola bilər.
İsrail, Misir və başqa ərəb ölkələrində gur hadisələr onu göstərir ki, Yaxın Şərqin proletariatın birgə mübarizəsi üçün şərait yaranır. Bu şərait kapitalizmin tarixi böhranı nəticəsində yetişəcək. Öz mübarizələrində Yaxın Şərq fəhlələri, onilliklər ərzində bu ölkələri talayan maliyyə parazitlərinin əli ilə keçirilən həyat səviyyələrinə hucumlara məruz qalan Avropa, Amerika, Asiya fəhlələrinin timsalında özlərinə müttəfiq tapacaqlar.
Ən vacib məsələ, işçi sinfinin rəhbərliyinin və işçi sinfinin yeni kütləvi təşkilatlarının yaradılmasıdır. Kütləvi etirazların artması, DBBK –nın artan perspektivindən tutarlı sübutudur. DBBK nin İsrail seksiyasının yaradılmasına ehtiyac var ki, bu seksiya bütün dünya sosializminin tərkib hissəsi kimi, Yaxın Şərqin sosialist federasiyası uğrunda yəhudi və ərəb fəhlələrini öz ətrafında birləşdirəcək.

Çevirdi: Vüqar Xəzaralı

Комментариев нет:

Отправить комментарий