Namiq Hüseynlinin
tərcümələri
Rolan Bart. Dilin Hökmü
“Hakimiyyət hər yerdə yuva salıb, hətta onun kökünü kəsməyə çalışan
sonsuz azadlıq ehtirasının alt qatında belə hakimiyyət hərisliyi yatır. Mən
törədilən bir günahdan doğan və bu günah hissinin yönəldiyi istənilən nitqi,
özündə hökmranlıq ehtirasını daşıyan bir nitq hesab edirəm. Çoxları biz
intellektuallardan, hər vəchlə Hakimiyyətə qarşı qalxmağı gözləyir, lakin biz
əsl döyüşümüz bu müstəvidə aparmırıq. Biz mübarizəni, Hakimiyyətin cürbəcür
növlərinə qarşı aparırıq, bu isə özlüyündə olduqca çətin mübarizədir, çünki
sosial müstəvidə saysız formalarda ortaya çıxan Hakimiyyət, bir tarixi dövrdən
o birinə keçməklə az qala əbədilik qazanmışdır.
Onu min-bir əziyyətlə qapıdan çölə atsanız, o dərhal pəncərədən içəri keçir, o heç vaxt tamamilə məhv olmur: siz istədiyiniz qədər inqlablar edin, hakimiyyətin kökünü kəsin və o yenidən doğulacaq, əşyaların yeni düzümündə öz varlığını bərpa edəcək. Onun belə yaşamaq qabiliyyətinin və hər şəraitdə özünü doğrultmasının səbəbi, hakimiyyətin transsosial orqanizmin içində əbədi mövcud olan bədxassəli parazit şiş olmasıdır. Onun ortaya çıxması hansısa siyasi və ya tarixi proseslərin inkişafının nəticəsi olmayıb, məhz insanlığın təbii inkişafının nəticəsidir. Onun zamanın başlanğıcından bəri yuva saldığı obyekt, nitq fəaliyyətinin özüdür və ya daha doğru bir deyimlə desək – dil, hakimiyyətin özünü ifadə vasitəsidir”.
Onu min-bir əziyyətlə qapıdan çölə atsanız, o dərhal pəncərədən içəri keçir, o heç vaxt tamamilə məhv olmur: siz istədiyiniz qədər inqlablar edin, hakimiyyətin kökünü kəsin və o yenidən doğulacaq, əşyaların yeni düzümündə öz varlığını bərpa edəcək. Onun belə yaşamaq qabiliyyətinin və hər şəraitdə özünü doğrultmasının səbəbi, hakimiyyətin transsosial orqanizmin içində əbədi mövcud olan bədxassəli parazit şiş olmasıdır. Onun ortaya çıxması hansısa siyasi və ya tarixi proseslərin inkişafının nəticəsi olmayıb, məhz insanlığın təbii inkişafının nəticəsidir. Onun zamanın başlanğıcından bəri yuva saldığı obyekt, nitq fəaliyyətinin özüdür və ya daha doğru bir deyimlə desək – dil, hakimiyyətin özünü ifadə vasitəsidir”.
“Atanın ölümü, bizi ədəbiyyatın əvvəllər verdiyi bir çox həzzdən məhrum
edir. Əgər Ata ölübsə, onda cürbəcür əhvalatları nəql etmənin daha nə mənası
var? Məgər, bütün nəqletmələr Edip haqqında əhvalatla səsləşmirmi? Məgər, söz
söyləmək - öz mənşəyindən xəbər tutmaq, Qanunlarla aranda yaranmış ədavəti
ortaya çıxartmaq, zərifliyin və nifrətin dialektikasına dalmaq anlamına
gəlmirmi? Artıq, təhlükə təkcə Edipin deyil, həm də nəqletmənin başının üzərini
alıb, biz artıq heç nəyi sevmirik, heç nədən qorxmuruq və heç nə haqda nəql
etməyə həvəs duymuruq. Uydurmanın məhsulu olan Edip haqda rəvayət, heç olmasa
yaxşı romanlar, yaxşı əhvalatlar yaratmağa imkan verdi”.
“Heç bir mənalanma (heç bir zövq alma )
mümkün deyil – mən buna kütləvi mədəniyyətin çərçivələri içərisində əmin oldum
(kütləvi mədəniyyət anlayışını, kütlə mədəniyyətindən odla su kimi ayırmaq
lazımdır), çünki bu mədəniyyət xırda burjuaziya nümunələrindən qurulub. Bizim
zidiyyətli tarixi vəziyyət elə bir mövqeyə gəlib çatıb ki, mənalanma (zövq alma ) öz əsas formasını
qoruya bilmir, birmənalı olaraq tamamilə sərt alternativin hakimiyyəti
altındadır. O ya mandarinat (Ancaq elit təbəqənin istifadə etidiyi dil(Çində)-
N.H) praktikasına aid edilməli (bu da öz növbəsində burjua mədəniyyətinin
tükənməsinin nəticəsidir), ya da hansısa utopik ideyalarla (Bu mədəniyyətin
gələcəyini təyin edən, hansısa radikal fikir axınından yaranmış, indiyə qədər
məlum olmamış, qabaqcadan sezilməmiş inqilabi ideyalardır) izah edilməlidir”
“Danışmaq və yaxud elə fikir söyləmək özü, heç də kommunikativ
münasibətə girmək anlamına gəlmir. Bu daha çox dinləyicini özünə tabe etmək
deməkdir, dil özü bütövlükdə hamının əməl etməli olduğu məcburiyyət
formasıdır”.
“Həzzlə daimi münasibətdə qala bilən heç bir obyekt mövcud deyil
(Lakanın Markiz de Sad haqqında dediyi fikirdən sitat). Digər tərəfdən isə
yazıçı üçün belə bir obyekt mövcuddur: bu yazı fəaliyyəti deyil, yazı
sisteminin özü, doğma ana dilidir. Yazıçı – öz anasının (ana-doğma dilin
simvoludur) bədəni ilə oynayan adamdır (Pleynin – fransız şairləri Loteramon və
Matiss haqqında əsərindən), o bu yolla həmin bədəni ucaldır, bəzəyir və yaxud
əksinə onu hissələrə bölür, ona tamlıq verən, bədən halında bir araya toplayan
dəyərləri darmadağın edir. Şəxsən mən dilin deformasiyasından həzz alacağım
həddə qədər getməyə hazıram, bununla hiddətlənmiş ictimai rəyin fəryadlarını
eşitmək istərdim, çünki ictimai rəy həmişə “mahiyyətin deformasiya”sına qarşı
çıxış edir.
“Dil hər cür dil fəaliyyətinin yerinə yetiricisi kimi, nə reaksiyavermə
nə də tərəqiyyə aparma funksiyasını daşımır. O ən adi bir faşistdir, çünki
faşizmin mahiyyəti nəyisə deməyi qadağan etməkdə deyil, əksinə deməyə məcbur
etmədə ortaya çıxır.”
“Ədəbiyyatın dildən yaranma ilə bağlı xüsusi statusu var. Dil materialı
ədəbiyyat tərəfindən mənimsənildiyi an ədəbiyyatın bir parçasına çevrilir.
Ədəbiyyat, hiss olunmadan ona xas olmayan, lakin onunla eyni məqsədləri daşıyan
bir sistemə düşməli olur, bu sistem kommunikativ sistemdir. Ədəbiyyatla dil
arasında barışmaz ixtilaf da məhz bu məqamda ortaya çıxır. Struktura baxımından
ədəbiyyat dil üçün nə isə köməkçi bir orqan kimidir.
Roman oxuyanda “roman” sözünün ifadə etdiyi əsl məna o dəqiqə sizə
çatmır. “Ədəbiyyat” sözü (həmçinin təsəvvürü səslənişindən asılı olmayan
sözlər), səslənməsi ilə birbaşa hansısa tam mənanı doğurmaq məqsədi güdmür. Tam
məna, sanki anlaşılan mənadan kənarda, diqqət mərkəzindən yayınmış, baxış
bucağından uzaqda bir yerlərdə görünür, sizə gəlib çatan isə həmişə mənadan
ayrı-ayrı nahiyyələr və onlar arasındakı əlaqələr olur, eynilə zənginləşmiş
dilin ibtidai formasını təşkil edən leksika və sintaksis kimi (fransız
dilinin). Deməli, oxuduğunuz mətnin tam məntiqi məğzi heç də onun “gerçəkliyi”
deyil, “gerçəklik” məhz “ədəbiyyat”dır. Nəticədə köməkçi orqan olan
“ədəbiyyat”, əsas rolu üzərinə götürür, belə ki, qəti məna tamamilə ondan
asılıdır. Ədəbiyyatın funksiyasının məntiqi mənanı doğurmaq olması faktı əslinə
tərsinədir, məlum olduğu kimi o özü çoxmənalıdır, biz onun ifadə etdiyi məntiqə
həm inanırıq həm yox, belə ki, oxu fəaliyyətində bu iki sistem daim
bir-birlərini əvəz edir, sözə baxırsan - bu dil deməkdir, mənaya baxırsan - bu
ədəbiyyatdır”.
“Mətn – büt-obyektidir və bu büt məni cəzb edir. Görünməyən
antennalarını mənə yönəltməklə, xüsusi tələlər qurmaqla (əsərlərin lüğət sırası
ilə düzülüşü, onların hər biri haqqında yazılmış rəylər, maraqlılıq dərəcəsi və
s.), mətn bununla sanki məni seçmiş olur. Bundan əlavə mətnlərin arasında
itib-batan (amma qətiyyən idarəedici stolda gizlənən maşınların allahına
bənzəməyən, onların çiyinləri arxasından əmrlər verməyən) biri kimi məndən
həmişə hansısa yeni müəllifin yaranması ehtimalı var.”
“Sosial sima kimi müəllif artıq çoxdan ölüb, o artıq nə vətəndaş
qismində, nə emosianal, nə bioqrafik kimlik qismində mövcud deyil. Keçmişdə ona
verilən bütün imtiyazlardan məhrum olması azmış kimi, bundan sonra həm də
əsərləri üzərindəki o böyük atalıq hakimiyyətini də itirmiş olur. İndi onun əsərlərinə
ədəbiyyat tarixçilərinin, müəllimlərin, gündəlik ictimai rəyin etdiyi əlavələr,
ondan bəhrələnmələr, əsərdən oğurlanmış fikirlər, onu hər cür müəlliflik
haqqından məhrum edir. Artıq onun nə mətn yaratmaq, nə də nəql etdiklərini
daima yeniləmək kimi bir hakimiyyəti yoxdur. Və bununla belə mən hələ də
səbirsizliklə müəllifdən yeni mətn gözləyirəm, eynilə mənim ona lazım olduğum
kimi, onun siması da (ancaq qətiyyən nə şəkli və nə də proyeksiyası deyil) mənə
lazımdır. Əlbəttə ki, bu münasibətdə hər ikimiz öz simamızı “yapmamalıyıq”, əsl
nüsxəni ortaya qoymalıyıq”.
“Yeni – dəb deyil, bu dəyərdir, bütün tənqidlərin özülünü yaradandır. Bizim
dünyanı dəyərləndirmə vasitəmiz artıq uzun zamandan bəri gerçəkliyin özü ilə
səsləşmir, ən azından Niçşedəki “ali” və “ibtidai” kimi əks anlayışları
gerçəklikdə tətbiq etmək yersizdir. Əslində isə dəyərləndirmə vasitəmiz ancaq
Köhnə və Yeni əksilikləri üzərində qurulub (erotika Yenidir, o XVII əsrdə
ortaya çıxıb və ondan bəri daimi inkişafdadır). İndi müasir cəmiyyətin
doğurduğu, yadlaşıb unudulmaq bəlasından yayınmağın, yeganə yolu – irəli
qaçmaqdır. İstənilən köhnəlmiş dili, təxirə salınmaz bir amansızlıqla qüsurlu
elan edirlər, dilin köhnəldiyini isə onun heç nə ifadə etməyən daimi, sadə
təkrarlardan ibarət olması ilə aşkarlayırlar. Yeri gəlmişkən enkratik dil
(hakimiyyətin nəzarəti altında yaranan və yayılan dil) öz mahiyyətinə görə
təkrarlama dili hesab olunur. Bütün rəsmi dil təsisatları – daim eyni saqqızı
gəvələyən maşınlardır. Məktəb, idman, reklam, kütləvi mədəniyyət, milli
dəyərlər, mahnı yaradıcılığı, informasiya vasitələri dayanmadan eyni bir hazır
strukturu, eyni bir mənanı, bəzənsə hətta eyni bir sözü təkrarlayırlar. Belə
sözlər – stereotiplərin əsasında dayanır – bu siyasi bir fenomendir,
ideologiyanın təcəssümüdür. Stereotipin əks qütbündə isə hər cür Yenini təmsil
edən mənalanma (həzz) dayanır (Freyd yazırdı: həddi buluğa çatmış insan üçün,
yenilik həzz almağa tələb olunan başlıca şərtlərdəndir). Güclərin cəbhlərdə
bir-birinə qarşı indiki düzülüşü də burdan doğur: bir yandan – kütləvi
bayağılıq (təkrarçılıq dilinin məhsulları), tamını itirmiş, yadlaşmış həzzlər
(qətiyyən - mütləq həzz deyil), o biri yanda dayanmadan, plansız şəkildə
(marjinal, ekssentrik) Yeniyə can atma, qaranalığa can atma, mənanın düşüncəsizcə
məhv edilməsi dayanır. Yenilik -
stereotiplərin təzyiqi altında boğulan həzzi, tarixi baxımdan dirçəltmək
deməkdir”.
“Yolayrıcının (mənalar arasında sərhəddi simvolizə edir) heç də həmişə
hamıya məlum olan, hamı tərəfindən qəbul olunmuş əksiliklər (materializm və
idealizm, reformizm və inqilab və s.) arasında sərhəd rolunu oynaması məcburi
deyil, əvəzində isə o həmişə və hər yerdə qaydalar və bu qaydalardan istisnalar
arasında sədd çəkir. Qayda – nə isə bir şeydən sui-istifadədir, istisna isə – həzzdir.
Elə buna görə də müəyyən hadisələrdə hətta Mistiklərin, onların istisna təşkil
edən kultlarının tərəfini belə tutmaq lazımdır. Bütün istisnaları etmək olar,
təki qaydaların yorucu təkrarlanmasından (ictimailik, stereotiplik, formalizm,
bir sözlə dili möhkəmləndirən hər şey) qurtulasan.
Rolan Bart tanınmış semiotik, ədəbi tənqidçi və
filosofdur. Onun əsas tədqiqat sahələri Dil, Hakimiyyət və Ədəbiyyat idi.
O, 1948-1950 –ci
illərdə Buxarestdəykən Qreymarsın dilin semiotikası ilə bağlı ideyalarından təsirlənmiş.
Bununla yanaşı, struktualizmə qədərki dövr kimi tarixdə qalmış yaşadığı dövrün
ədəbiyyatında sıx istifadə edilən marksizm və ekzisentializmin də təsirinə
qapılmışdır. O hələ də inanırdı ki, burjuaziyaya (kapitalizmə) və onun mifinə
(bu günün Mifinə) qarşı mübarizə ancaq dildə inqilab aparmaqdan keçir, bu yolla
idarə edənlər təbəqəsinin dilinə bənzəməyən yeni bir dil yaradılacaqdı. Son
nəticədə isə o bu fikrindən əl çəkmişdir.
1960 -cı illərdə
o Lakanın, Elmıslevanın, Yakobsonun, Boqatıryevanın, Levi-Strosanın
psixolinqvistik metodundan istifadə edib mədəni-sosial hadisələrin semiotik
interpretasiyasını əsərlərində yaratmışdır. Bu yolla yazılmış ən məhşur
əsərləri sırasında “Rasin haqqında” (1963), “Tənqidi oçerklər” (1964),
“Semiologiyanın elemetləri” (1964), “Tənqid və həqiqət” (1966), “Dəb sistemi”
(1967) kimi əsərlər var. 60-cı illərin sonu və 70 –ci illərin əvvəlində Bart
“meta dilin” daşıyıcısı olmaqdan imtina edir, indi o tele Mətnin (işarələri
doğuran sahə) əsasında dayanan kodları “yozma”nın mühümlüyündən danışırdı. 70
–ci illərdə yazdığı əsas əsərləri aşağıdakılardır: “S/Z” (1970), “Mətndən həzz”
(1973), “Rolan Bart, Rolan Bart haqqında” (1975), həmin əsərlərdə “fikir
yaradıcılığı”, “mətn yazısı”, “intermətnləşmə” kimi ideyalar aparıcı yer tutur.
Barta görə biz
hamımız Dilin xanaları arasına salınmışıq. Rolan Bartın əsərləri dilin
Hakimiyyətinin öhdəsindən gəlməkdə bizə kömək edə bilməsə belə, onun hökmünü
zəiflətməyə yönəlib – “Sapientia (dərrakə): onun əsərlərində təbliğ etdiyi əsas
qayəsi idi – hər cür hakimiyyətə yox, yalnızca bir az bilik, bir qədər
müdriklik və mümkün olduqca çox ətirli şirə”.
Çeviri: Namiq
Hüseynli
Комментариев нет:
Отправить комментарий