Страницы

28.06.2012

Bircə dənəsən

İxtiyar İsmayılov. Gənclik xatirələrim

Yüz  gözəl içində  gözəl bildiyim,
Xəyalımda  qalan  bircə dənəsən!
Dünya gözəlisən,  budur dediyim,
Məni dərdə  salan  bircə dənəsən!

Tanrı vermiş sənə hər bir nemətin,
Var incə  gülüşün , şirin söhbətin,
Gözəldir yerişin, qəddi - qamətin,
Can verib can alan bircə dənəsən!

Ürəkdən gülməyin  ayrı aləmdir,
Sağlamlığa, ruha  gözəl  məlhəmdir,
Həmişə dediyim əsas  kəlməmdir!
Dərdə dərman olan bircə dənəsən!

Danışıb - gülməyin tez-tez  olaydı,
Dərdimin dərmanı   olub  qalaydı,
Belə məni haldan - hala  salaydı,
Bir  naz ilə  gülən bircə dənəsən!

Tikanlı gızıl gül , həm də  laləsən,
Gözəl xasiyyətdir, dedim biləsən!
Sözümdən gah küsüb, gah da güləsən,
Barışmağı bilən  bircə dənəsən!

Комментариев нет:

Отправить комментарий