Страницы

03.06.2012

Gənc yaşlardan istismar

Namiq Hüseynov

Həddən artıq biliklilik, başqa insanlar üzərində hakimiyyətin ən ibtidai,formasıdır. Bilik tabe etmək vasitəsidir, sitat gətirmək qarşıdakını alçaltmaq üçün zəmin hazırlamaq, sitatın müəllifinin qarışıq adını, milliyyətini, doğum tarixini, peşəsini dəqiq tələffüz etmək qarşıdakını tam olaraq özünə tabe etmək anlamına gəlir. Oxumuş adamlara ona görə nifrət edirəm ki, ibtidai hakimiyyət instinktlərinin köləsidirlər. Bu baxımdan bütün bəlaların biliksizlikdəntörənməsi əslində nisbidir, çünki bilikliliyin özü də bizim indiki dövrdə çəkdiyimiz bəlaların mənbəyidir.

Bir şeyi bilirdim ki, mənim kitab bazam çox zəifdir. Kitab oxumağa vaxt yoxdur, kitab almağa pul. Stolumun üstündə onun-bunun hədiyyə verdiyi çoxlu kitablar var idi ki, heç birini oxumamışdım. Bundan əlavə evdəki ayrı-ayrı yeşiklərdə, kitab rəflərində, şkaflarda, bağ evindəki taxçalarda kitablarımın sayı- hesabı yox idi.
Evimizdə əlimə düşən ən maraqlı kitab 1952-ci ildə çap olunmuş Bakı şəhərinin əhalisinin soyad ardıcıllığı ilə düzülmüştelefon nömrələri və ünvanlarından ibarət sorğu kitabı idi. Həmin kitabda olduqca az azərbaycanlı soyadına, olduqca çox isə erməni və rus soyadlarına rast gəlmək olardı.
Evimiz köhnə bir erməni evi olduğundan burda ermənilərdən çoxlu kitablar qalmışdı. Mən onların çoxunu vərəqləmişdim, şəkillərinə göz atmışdım, amma gözəl günlərin birində böyük qardaşım anamın da təkidi ilə ermənicə kitabların hamısını yandırmışdı. O zamandan bizdə ermənilərlə bağlı cəmi bir kitab qalmışdı ki, bu da azərbaycanca-ermənicə lüğət və erməni dilinin azərbaycanca qrammatikasından ibarət qalın bir kitabdır. Doğrusu həmin kitabdan ermənicə öyrənməyə nə həvəsim nə vaxtım olub.
Erməni qızı ilə azərbaycanlı oğlanın sevgisindən olduqca çox danışılıb, bu bir növ çox işlənmiş mövzudur. Bax bir dəfə mən özüm Tiflisdə təsadüfən GevorqSuborb adlı qədim bir erməni kilsəsinə bir neçə foto çəkmək məqsədilə girmişdim, orda mən həyatda ən çox ürəyimə yatan qızı görmüşdüm. O sanki bütün bədəni, saçı, üzü, gözləri, geyimi ilə mənim standartlarıma uyğun yaradılmışdı. Yeri gəlmişkən ondan sonrakı yerdə mən müğənni Sevda Yahyayevanı, pornoaktrisa Hande Ataizini, bir də köhnə bir dostumun sevgilisi olan Nuranəni sevgili kimi seçərdim.
İş orasındadır ki, mənim gözəllik anlayışım başqadır. Əgər praktiki olsaq gözəllik əlçatmaz olanda anlamsızdır. Gözəllik qismən əlçatan olanda ancaq masturbativ obrazdır. Gözəllik tam əlçatan olanda isə əsl bayramdır, karnavaldır (bəlkə də cəhənnədir).
Ümumilikdə indiyə qədər beş-altı erməni qızı görmüşəm ki, hamısında da insanı maqnit kimi cəlb edən qara bir enerji hiss etmişəm. Bir dəfə Moskva barlarından birində Qafqaz mahnılarına çox həvəs göstərən və qafqazlı müsəlman oğlanlarla yanaşmağa çalışan qaraşın bir qızı gözümə kəsdirmişdim. Onun haqqında yadımda qalan o olub ki, o da mən də çoxlu içmişdik və qucaqlaşıb rəqs etmişdik. Onun saçlarının inanılmaz gözəl qoxusu var idi ki, sonralar heç bir qızın saçlarından həmin qoxunu hiss etməmişdim. Yadımda bir də o qalıb ki, mən onun ətli belindən tutub, əsl müsəlman kişisi kimi özümə sıxanda haralı olduğunu soruşmuşdum, o da “armyanka” demişdi. Həmin gecə çox içdiyimdən belə bir günaha görə narahat olmamışdım sonra. Hətta uzun müddət yadıma salmamağa çalışmışdım onu.
Ümumilikdə baxanda məni nə ermənilər nə də azərbaycanlılar heç vaxt maraqlandırmayıb. Bir fərd kimi həm türkçülük, həm erməniçilkideyalarına nifrət etmişəm. Hər ikisi mənim üçünintiqam almağa,baş kəsməyə, qan tökməyə, qulaq kəsməyə, yandırmağa, qadın zorlamağa yönəlmiş ibtidai ideologiyalar kimi gəlir.
İkinci dəfə dünyaya gələndə əsla Qafqazda doğulmaq istəməzdim,həmçinin Afrikada, Əfqanıstanda, Kolumbiyada, Şimali Koreyada, Kambociyada da doğulmaq istəməzdim.
Mən bu gün baş verən dəhşətlərin bir çoxunu əvvəlcədən görmüşdüm və susmuşdum. Dünyanı idarə edənlər kölgə heç vaxt danışmır deyə. Sonra hamı ilə birlikdə ağlamışdım susaraq. Mən İraqdakı Əbu-Qureyb Həbsxanasını dəfələrlə görmüşdüm, xəyalımdan onun dəhlizlərində sürünmüşdüm, mən üzünə öz nəcisi yaxılmış adamları görmüşdüm, mən itlərin qabağına atılan köməksiz adamları görmüşdüm. Aylarla yatağımdan çıxmamışdım. Eşitdiyim bütün dəhşətli xəbərləri yorğanımın altında qarşılamışdım, orda ağlamışdım.
Əlbəttə ki, öncəgörücülük və buddist susqunluğuna sahib olduğunu iddia etmək əsl bəsitlik nümunəsidir. Ancaq, bu yaxınlarda anlamağa başlamışam ki, öz təkrarsızlığını, orijinallığını və yeniliyini göstərmək yazıçılarda bir növ öz dəyərliliyinə sübut etmək xəstəliyidir. Yazıçılar tez-tez ekssentrik kimliklərini romantik şəkildə qabartmaq üçün dəlilikdən alət kimi istifadə edirlər.
Çox təəssüf edirəm ki, mən də artistizm dövrünün qurbanıyam, mən bir deyil bir neçə, bəlkə də onlarla ideologiyanın köləsiyəm. Kütləvi İnformasiya Vasitələrinin və Reklamların qarşısıalınmaz təbliğatları mənim beynimdə bəsirətli düşüncə üçün bircə qarış da olsun yer qoymayıb.
Mənim dayım ən əziz adamımdır, o insanlar içində ən şərəflisi, kişilər içində ən namuslusu, adamlar içində ən kamilidir. Mən dayımı sevirdim. Biz onla dost kimiydik, sirrlərimizi bölüşmüşük, birlikdə bazlıq eləmişik. Dayım mənim idealım idi.
Biz 90-cı illərdə birlikdə qaranlıq küçə ilə mitinqdən qayıdanda, o demişdi ki, bizi heç bir böyük şey gözləmir. O demişdi ki, ay oğul bizi hazırlayıblar, idarə edirlər, oynadırlar, uçuruma aparırlar.
Mən heç nə anlamamışdım. O ona görə deyirdi ki, mən nə vaxtsa bunları yazım, kitablarımda çıxsın. O məni görmüşdü, o gələcəyi bilirdi.
O hündür, enli kürəkli, sıx saçlı kişi idi. Onun qarnın yanından, ayaqlarına gedən damarlar tam dərinin üstünə çıxmışdı, sinəsi və kürəyi anormal tüklənsə də qurşaqdan aşağısı, daha çox da ayaqları tamamilə tüksüz idi. Mən ona “qız ayaqlı” deyirdim, onun bundan xoşu gəlirdi.
Mən demişdim ki, müharibə zad boş şeydir, biz müharibə eləsək da eləməsək də uduzmuşuq. Dayımsa durub Qarabağa müharibəyə getmişdi, ad çıxarmışdı, OMON-da olmuşdu, silah alverinə girişmişdi.
Dayım Xocalı soyqırımını böyük dəhşətlə danışırdı. O müharibələrdə hər iki tərəfdən çoxlu sivil adamların cürbəcür yerlərdə əsgərlər tərəfindən tutulub işgəncə verildiyini göz yaşları ilə danışırdı. Mən hər dəfə ağlayırdım və bir qədər də vətənpərvərləşirdim. Böyüyəndən sonra məndə vətənpərvərlikdən əsər-əlamət qalmadı.
Mənim dünyada dayımdan başqa heç kimin yoxdur. O həm ata, həm ana, həm dost olub mənə. O məni görməyə gələndə mən qaçıb onun boynuna atılırdım, onu bərk-bərk hər iki üzündən öpürdüm. O isə məndən ehtiyatlanırdı. O müharibə dəhşətləri görmüşdü, çoxlu günah törətmişdi, adam aldatmışdı, qan tökmüşdü, baş kəsmişdi, o sovet dövründə Azərbaycan NKVD-sində insanları dindirmək sahəsində mütəxəssis idi, onun ibtidai dindirmə alətlərini mən paslanmış halda bağdakı qarajında görmüşdüm.
İndilərdə mən elə tənhayam ki, ictimai maraqlar uğrunda hər hansı hərəkət etməyi həyatımın axmaqlığı sayıram. Mən, təbliğat ya da anti-təbliğat vasitəsi olmaq istəmirəm. Məni dənizdən dənizə Çin, ya da azad Tibet, ulu öndər Çingiz xanın bizə miras qoyduğu böyük Monqolustan maraqlandırmır. Əsrin əvvəllərində Namibiyada Herrero və Nami tayfalarına qarşı almanlar tərəfindən edmiş kütləvi soyqırımlar artıq mənim qəlbimi ağrıtmır, artıq Əbu-Qureyb həbsxanasındakı amerikan vəhşiliyinə, qeyri-insani, hər cür etik qaydaları vəhşicəsinə pozulmasını göz yaşı axıtmadan qarşılaya bilirəm.
Kim nə deyir desin mən Azərbaycanı diktatura dövləti hesab etmirəm. Mənə görə mən kifayət qədər anarxist insanların idarə etdiyi xırda alverçi və bəsit mafiya-klan hakimiyyətinin əli altında olan bir dövlətdə yaşayıram.
Dayım mənə həmişə ölkədəki siyasi-ictimai vəziyyəti başa salırdı. Onun hər dəfə üz cizgiləri ilə mənə öyrətməyə çalışdığı “ağzını yum, gözünü aç” deyimi bu günə qədər gülürəm. O sadəcə tipik dövlət məmuru düşüncəsi ilə hərəkət edirdi. Deyirdi ki, burda heç nəyi dəyişdirmək mümkün deyil, nəyisə dəyişməyə, yaxşılaşdırmağa çalışmaq “SPİD xəstəliyinə tutulmuş adamlara prezervativ paylamaq kimi görünəcək” deməklə o məni ruhdan salırdı.
Dayımın vəzifəsi böyüdükcə, pulu artıqca aramızdakı uçurum bir qədər dərinləşirdi. Buna baxmayaraq dayımı həmişə sevmişəm.
Bizim aramızda ən böyük ziddiyyət orda yarandı ki, o köhnə, alovlu müxalifətçi, Elçibəy vurğunu, Asif Ata tələbəsiolmasına baxmayaraq məni indi,“təhlükəli” müxalif düşüncənin daşıyıcısı kimi damğalamasından sonra baş qaldırdı. Mənim ilk reaksiyam o oldu ki, onun üzünə qarşı söydüm, bacardığım bütün təhqirləri dedim və olduqca uzun müddətliyə onun dünyasından uzaqlaşdım.
Eşitdim ki, o da məni heç vaxt görmək istəmirmiş daha, amma ən azından köhnə dost kim mənə acıyırmış, ürəyi ağrıyırmış mənim üçün, elə gün olmurmuş ki, məni xatırlayıb dərman içməsin. Onun fikrinə görə mən uzun müddətli aclıqla, yoxluq içində qıvrılaraq öləcəm.
Bir sözlə o adam özü vaxtilə çoxlu adamlara işgəncə vermişdi mənsə o ölənə qədər ona işgəncə verdim.
Dayım öləndən sonra mənə bir qəpik də olsun pulu qalmadı. Onun rüşvətlə aldığı  “BMW X5”-ini satıb bölüşdülər, mənə ordan heç nə düşmədi. Bu yaxınlarda isə telefonum xoş bir səda ilə çalındı. Uzun soyuqluqdan sonra dayım nəvəsi zəng edib, hal-əhval tutdu, mənim haqqımda dayımın ölümdən öncə dediyi xoş sözləri çatdırdı, ölən gününə qədər məni arzuladığını və mən uşaqkən birlikdə əl-ələ çəkdirdiyimiz bir şəklimizə baxıb uzun-uzun düşündüyünü dedi. Bunun ardınca o dayımın təqribən üç minə qədər kitabını mənə verməyi xahiş etdiyini də xatırlatdı.
Üç min kitab mənim üçün həqiqətən göydəndüşmə idi, ondan ölümündən sonra belə mərdcə bir davranış görməyə çox sevindim. Məlum oldu ki, dayım əsl kitab qurdu imiş. Onun müxtəlif illərdə Rusiyadan, Ukraynadan, İrandan, Türkiyədən, Gürcüstandan, Özbəkistandan, Latviyadan, Almaniyadan, İngiltərədən, Amerikadan, İtalyadan aldığı kitablar arasında daha nə yox idi? Onun bu gözəl xəzinəsini hissə-hissə yatağımın altına yığdım. İlk oxumağa başladığım isə. PyerQiyotanın “Beş yüz min əsgər üçün qəbir” kitabı oldu. Bunun ardınca yenə də çox sevdyimPyerQiyotanın “Edem, Edem, Edem”, Keti Akkerin “Böyük Ümidlər”, QertrudaStaynın “Üç həyat”,RobertValçerin “Quldur”,LadislavKlimanın “Kor ilanın həqiqət arxasınca səyahəti”, DonaldBartelminin “Altmış Hekayə” Lui Ferdinand Selinin “İldırım və Şimşək” kitablarını oxudum. Dayıma acıdım və hörmətlə andım...

Комментариев нет:

Отправить комментарий