Страницы

23.06.2012

Oxudu qaranquş ayrılıq sözün...

Səməd Behrəngi


Oxudu qaranquş ayrılıq sözün,
Mürüvvət əhlinin gözü yoldaykən.
Cumdu tufanlara, unutdu özün,
Ulduza nə cavab verəcəyəm mən?


Düşmən tənə vursa, Səməd hardadır,
Əlimi sinəmə çalıb deyərəm -
Səməd könlümdədir, ürəyımdədir,
Döyüşər, ölsə də dönməz elindən.


Qışda qarlı dağlar soraqlasalar
Təbrizin gül oğlun, mehriban oğlun.
Bir haray çəkərəm - Ey uca dağlar
Axtarın Arazın Çənlibelindən.

Onun sədaqəti can verir bizə.
Əloli eşqindən ilham alırıq.
Hər dəqiqə baş çəkir ürəyimizə.
Müğayatlıq edir öz əkdiyindən.


Bu bir nağıldır ki, ellər söyləyər,
Bir səsdi, düşsə də o biri deyər.
Nağılçı dayanar, söz davam edər,
El üçün yaşayar burda bəslənən.


Söyləyən gedəcək, sözü qalacaq,
Ədalət nağılın el doğduracaq,
Zülm evi ədlinən bərbad olacaq,
Səmədı qarşıda görəcək düşmən.

Комментариев нет:

Отправить комментарий