Страницы

28.08.2012

Müəmmər Qəzzafi - Yaşıl Kitab

Demokratiya (Xalqın hakimiyyəti)

  Üçüncü Dünya Nəzəriyyəsinin siyasi əsası. İdarəetmə aləti

  -İnsan cəmiyyətlərinin qarşısında duran başlıca problem idarəetmə aləti problemidir.
  -Ailə ixtilafları belə çox vaxt həmin problemlə əlaqədar yaranır.
  -Müasir cəmiyyətlərin təşəkkül tapdığı andan bu problem olduqca ciddi səciyyə kəsb etmişdir.
  -Hazırda xalqlar bu mütəmadi problemlə qarşılaşır, cəmiyyətlər onunla bağlı bir çox təhlükələrə məruz qalır, onun doğruduğu ağır nəticələrin əziyyətini çəkir. Hələ də bu problemin qəti və demokratik həlli tapılmamışdır. Yaşıl kitab idarəetmə probleminin qəti həllini verir. Həqiqətən hazırda dünyanın bütün siyasi sistemləri idarəetmə alətlərinin hakimiyyət uğrunda istər dinc, istərsə də silahlı mübarizəsinin nəticəsidir.
Siniflərin, tayfaların, qəbilələrin, partiyaların, yaxud ayrı-ayrı fərdlərin mübarizəsi bunda misaldır. Bu mübarizə daima idarəetmə alətinin-fərdin, bir qrup adamın, bir partiyanın, yaxud da bir sinifin qələbəsi və xalqın məğlubiyyəti ilə nəticələnir.
  Məsələn seçicilərin ümumi  səsinin 51%-ni toplamış hər hansı bir namizədin qələbəsi ilə nəticələnən siyasi mübarizə diktator donu qeydirilmiş idarəetmə alətinin qurulmasna gətirib çxarır, belə ki, seçicilərin 49%-i  özlərinin seçilmədikləri və onlara zorla qəbul etdirilmiş idarəetmə alətinin hökmü altına düşmüş olur. Bu isə elə diktatura deməkdir! Bu cür siyasi mübarizə yalnız azlığı təmsil edən idarəetmə alətinin qələbəsi ilə də nəticələnə bilər. Bu o vaxt baş verir ki, seçicilərin səsləri bir qrup namizəd arasında bölünür, həm də onlardan biri ayrılıqda  diqərlərinin hər birindən daha çox səs yığmış olur. Amma əgər ondan az səs yığanların səsləri bir yerə toplansa, səs çoxluğu onların olar. Buna baxmayaraq, ümümlikdə az səs yığan qalib gəlir, həm də onun qələbəsi qanuni və demokratik sayılır. Əslində isə saxta demokratiya donunda diktatura meydana çıxır. Bu gün dünyada həkim sürməkdə olan siyasi sistemlərin həqiqi mahiyyəti belədir. Açıq-aydın görünür ki, bu sistemlər həqiqi demokratiyanı saxtalaşdırır, özləri isə diktator rejimləridir.

  Parlamentlər

  Parlamentlər dünyada hökm sürməkdə olan ənənəvi müasir demokratiyanın sütunudur, halbuki parlamentlərdə xalqın nümayəndəliyi aldadıcı nümayəndəlikdir, parlament sistemləri isə demokratiya probleminin uydurma həllidir.
  Parlament əsasən xalq adından fəaliyyət göstərir, halbuki bu özü qeyri-demokratikdir, çünki demokratiya xalqın özünün hakimiyyətini nəzərdə tutur. Parlamentin mövcüdluğu özü sadecə o deməkdir ki, xalq hakimiyyətdə iştirak etmir. Həqiqi demokratiya isə xalqın əvəzinə onun nümayəndələrinin deyil, xalqın özünün iştirakı ilə mümkündür.
  Parlamentlər xalqlara öz hakimiyyətini həyata keçirməyə əngəl törədən qanuniləşdirilmiş maneə olmuşdur, belə ki, kütlələr siyasətdə iştirak etməkdən uzaqlaşdırılmış və hakimiyyəti onların adından inhisara alınmışdır. Xalqlara isə demokratiyanın bülletenlər seçki məntəqələrindəki qutulara salmaq uzun-uzadı növbələrdə durmaq kimi saxta təzəhüründən başqa bir şey qalmamışdır. Parlamentin həqiqi mahiyyətini açıb göstərmək üçün onun haradan meydana çıxdığını araşdırmalıyıq. Parlament ya seçki dairələrində əhali tərəfindən, yaxud bir partiya və partiyalar koalisiyası tərəfindən seçilir, ya da təyin edilir. Bütün bu yollar demokratik yollar deyildir, çünki əhalinin seçki dairələrə bölünməsi o deməkdir ki, bir deputat seçicilərin sayına uyğun olaraq, minlərlə, hətta yüz milyonlarla insanı təmsil edir. Bu o deməkdir ki, deputat seçicilərə hər bir xalq təşkilatı əlaqəsi ilə bağlı deyildir, belə ki, o da, başqa deputatlar kimi, bütün xalqın nümayəndəsi sayılır. Hökm sürməkdə olan ənənəvi demokratiyanın tələb etdiyi şey budur. Bunun nəticəsi xalq kütlələri  tamamilə deputatdan ayrı düşür, deputat da tamamilə kütlələrdən ayrı düşür. O kütlələrin səsini qazanan kimi onların hakimiyyətini inhisara almış olur və onların işlərini onların əvəzinə həll etməyi səlahiyyətli olur.
  Beləliklə görürük ki, hazırda dünyada hökm sürməkdə olan ənənəvi demokratiya parlamentin üzvünü müqəddəsləşdirilir, onun toxunulmazlığını təmin edir, amma sadə adamlara münasibətdə bunu iqrar etmir. Bu o deməkdir ki, parlamentlər xalq hakimiyyətini qəsb etmək, onu öz inhisarına almaq aləti olmuşdur və bugün xalqların haqqı var ki, xalq inqilabı yolu ilə kütlələrin azad iradəsinə qəsd edən və parlament adlanan demokratiya hakimiyyəti inhisara almaq alətlərin dağıtmaq uğrunda mübarizə aparsın və var səsi ilə - XALQ ADINDAN NÜMAYƏNDƏLİK YOXDUR! prinsipini elan etsin. Əgər parlament seçkilərində qalib gəlmiş bir partiya tərəfindən təşkil edilmişsə, bu halda da o, xalq parlamenti deyil, partiya parlamenti olur və xalqın nümayəndəsi yox, həmin partiyanın nümayəndəsi olur. Bu parlamentin təyin etdiyi icraedici hakimiyyət organları xalqın deyil, qalib gəlmiş partiyanın hakimiyyətini təmsil edir.
  Bu hal o parlamentlərə də aiddir ki, orada hər partiya müəyyən qədər yer qazanır. Bu yerlərə sahib olanlar xalqı deyil, öz partiyalarını təmsil edir. Bu partiyaların koalisiyasının hakimiyyət organları isə xalqın hakimiyyəti deyil, koalisiyaya daxil olan partiyaların hakimiyyəti deməkdir.
  Həmin rejimlər şəraitində xalq ara mübarizələrinin qurbanı olur. Hakimiyyət uğrunda mübarizə aparan siyasi qüvvələr xalqın qəflətindən istifadə edir, onu istismar edir ki, seçki bületenlərini, kağız-küğuzu zibil qutularına necə atırsa eləcə, səsvermə qutularına salsın. Bütün dünyada hökm sürən istər birpartiyalı, ya ikipartiyalı, yaxud çoxpartiyalı, istərsə də ümumiyyətlə partiyasız sistemlərlə təmsil olunmuş ənənəvi demokratiyanın mahiyyəti budur. Beləliklə aydın olur ki, PARLAMENTDƏ NÜMAYƏNDƏLİK ALDATMADIR. Deputatların təyin edilməsi yolu ilə, yaxud deputat yerlərin varislik hüququ əsasında təşkil olunmuş parlamentlərə gəlincə, onlar ümumiyyətlə demokratiyanın heç bir formasına uyğun gəlmir.

  Partiya

  Partiya müasir dövrünün diktaturasıdır. Bu müasir diktator idarəetmə alətidir, belə ki partiya hissənin tam üzərində hakimiyyətidir. O bu vaxta qədər məlum olan diktatura alətlərinin sonuncusudur. Partiya ayrıca fərd olmadığından zahiri demokratiya görünüşü deputat məclisləri və komitələri təşkil etməklə, eləcə də onun üzvlərinin apardığı təbliğatın köməyi ilə yaradılır. Partiya qətiyyən demokratiya aləti deyil, çünki o, ya mənafe ümumiliyinə, görüş ümumiliyinə, mədəni ümumiliyinə, ərazi ümumiliyinə, ya da əqidə ümumiliyinə görə birləşmiş adamlardan təşkil olunur. Bu adamlar partiyanı öz mənafelərini həyata keçirmək, yaxud öz görüşlərin zorla qəbul etdirmək ya da öz əqidələrinin bütünlüklə cəmiyyətdə hökmranlığını bərqərar etmək üçün yaradırlar. Onların məqsədi öz məsələlərini həyata keçirmək adı altında hakimiyyəti ələ almaqdır. Həqiqi demokratiya baxımından bir partiyanın mənafeləri, görüşləri, xasiyyətləri, yerləri və əqidələri təmsil edən bütöv bir xalqı idarə etməsi caiz deyildir. Partiya bir nöqtəyi-nəzər, yaxud bir mənafe ətrafında birləşən adamlara bütöv bir xalqı idarə etmək imkanı verən diktator idarəetmə alətidir.
  Partiya xalqa nisbətən azadlığı təmsil edir. Partiyanı yaratmaqda məqsəd xalqı idarəetmək, daha dorusu onu partiya vasitəsilə idarəetmə aləti icad etməkdir, belə ki partiya xalqı partiyaya tabe etmək kimi avtoritar bir istibdad nəzəriyyəsinə əsaslanır. Belə fərz edilir ki, partiyanın hakimiyyət başına gəlməsi onun məqsədlərinin həyata keçirilməsi elə xalqın məqsədləridir. Partiya diktaturasına haqq qazandırmaq nəzəriyyəsi hər bir diktaturanın əsaslandığı nəzəriyyənin eynidir. Partiyalar nə qədər çox olsalar da nəzəriyyə birdir. Əksinə partiyaların sayı artdıqca hakimiyyət uğrunda mübarizə daha da kəskinləşir. Partiyaların hakimiyyət uğrunda mübarizəsi xalqın nailiyyətlərini heçə endirir, cəmiyyətin rifahını və planlarını pozur, çünki nailiyyətlərin heçə endirilməsi və planların pozulması rəqib partiyanın hakim partiyanın yerini tutmaq üçün onun dayaqlarını zəiflətmək cəhdlərinə bərayət qazandıra bilər. Partiyalar bir-biriynən mübarizədə silaha nadir hallarda əl atırlar və adətən bir-birinin fəaliyyətini pisləməyə, ona qara yaxmaqa çalışırlar. Bu cür qarşıdurma labud olaraq cəmiyyətin həyat və mənafeyinə toxunur və bu mənafe bütünlüklə də olmasa, qismən idarəetmə alətlərinin hakimiyyət uğrunda çarpışmalarının qurbanı olur, çünki cəmiyyətin mənafeyinə vurulan zərbə müxalifətçi partiyaların hakim partiyaya qarşı dəlillərini daha tutarlı edir. Müxalifət partiyası da idarəetmə aləti olduğundan  hakimiyyət başına gəlmək üçün hökmən hakimiyyətdə olan idarəetmə alətini yıxmalıdır və onu yıxmaq üçün isə cəmiyyətə yararlı olub-olmamadığına baxmayaraq, onun işlərini heçə endirməli, planların gerçəkliyinə şübhə doğurmalıdır ki, onun idarəetmə aləti kimi səlahiyyətsizliyini sübut etsin. Beləcə cəmiyyətin mənafeyi və ictimai inkişaf proqramları partiyaların hakimiyyət uğrunda apardığı mübarizənin qurbanı olur. Odur ki, çoxpartiyalı sistem şəraitində partiyalar arasında mübarizənin doğruduğu siyasi fəallıq ovqatına baxmayaraq, bu mübarizə bir tərəfdən siyasi, sosial və iqtisadi həyat sahələrinə dağıdıcı təsir göstərir, digər tərəfdən isə yenə əvvəlki kimi bir idarəetmə alətinin qələbəsi ilə, daha doğrusu bir partiyanın süqutu və digər partiyanın qələbəsi ilə, daha dəqiq desək demokratiyanın məğlubiyyəti ilə nəticələnir. Bundan əlavə, partiyaları istər daxildən, istərsə də xaricdən alıb-satmaq olar.
  Partiya xalqın mənafeyinin nümayəndəsi kimi meydana çıxır. Sonra partiya rəhbərliyi üzvlərinin mənafeyinin nümayəndəsi olur, daha sonra isə partiyanın başçısı partiya rəhbərliyinin mənafeyinin nümayəndəsinə çevrilir. Aydındır ki, partiya oyunu riyakarcasına aldadıcı bir oyundur. Bu oyun formal demokratiya şəklində baş versə də, əsasən hiyləqərlik, fəndqirlik və siyasətbazlıq üzərində durur və istibdad məzmunu daşıyır. Bu isə sübut edir ki, partiyalı sistem diktatura alətidir. Partiyalı sistem aşkar, pərdələnmiş diktaturadır. Ancaq dünya hələ bu diktatura mərhələsini keçməmişdir və o, həqiqətən müasir dövrün diktaturasıdır.
  Qalib partiyanın yaratdığı parlament həmin partiyanın parlamentidir, bu parlamentin təşkil etdiyi icraedici hakimiyyət isə həmin partiyanın xalq üzərində hakimiyyəti deməkdir. Güya bütün xalqın mənafeyini təmsil edən partiyalı hakimiyyət əslində xalqın digər bir hissəsinin-müxalifətçi partiyanın və ya partiyaların, eləcə də onların xalq içərisindən çıxmış tərəfdarlarının qatı düşmənidir. Müxalifət isə hakim partiyanın hakimiyyəti üzərində xalq nəzarətçisi deyildir-o ancaq özü üçün əlverişli bir fürsət gözləyir ki, hakim partiyanın hakimiyyətdəki yerini tutsun. Müasir demokratiyanın qaydalarına görə, hakimiyyət üzərində qanuni nəzarət orqanı əksəriyyəti hakim partiyanın üzvlərindən ibarət olan parlamentdir.
  Deməli, nəzarət hakimiyyət başında olan partiya tərəfindən, hakimiyyət isə nəzarət edən partiya tərəfindən həyata keçirilir. Beləliklə, aldatma və saxtalaşdırma, habelə bugün dünyada hökm sürməkdə olan və hazırki ənənəvi demokratiyanın çıxış nöqtəsi kimi götürdüyü siyasi nəzəriyyələrin əsassızlığı göz qabağındadır.
  -Partiya xalqın bir hissəsini təmsil edir, xalqın suverenliyi isə bölünməzdir...
  -Partiya xalqın adından idarə edir, əslində isə xalq adından nümayəndəlik yoxdur.
  Partiya müasir dövrün qəbiləsidir - o, bir tayfadır. Bir partiyanın idarə etdiyi cəmiyyət bir qəbilənin, yaxud bir tayfanın, idarə etdiyi cəmiyyətin eynidir, çünki partiya artıq qeyd edildiyi kimi, adamların bir hissəsinin görüşlərini, bir sosial qrupun mənafeyini, bir əqidəni, yaxud bir ərazini təmsil edir. Deməli, partiya xalq ilə müqayisədə azlıq təşkil edir. Qəbiləvi tayfa da belədir: o da xalq ilə müqayisədə azlıq təşkil edir, onun da vahid mənafeyi, yaxud da vahid tayfa əqidəsi var və tayfa üzvlərinin vahid görüşü həmin mənafe və əqidə əsasında təşəkkül tapır. Partiya ilə qəbilə arasında qəbilənin qan qohumluluğu əlaqəsindən başqa ayrı fərq yoxdur. Həqiqətən partiyanın hakimiyyət uğrunda mübarizəsi qəbilələr və tayfalar arasında hakimiyyət uğrunda gedən hazırda qəbilə və tayfa quruluşları siyasi baxımından pislənilirsə və rədd edilirsə, partiyalı sistem də pislənilməli və rədd edilməlidir, belə ki, hər iki halda eyni yönüm götürülür və eyni nəticə alınır. Qəbilə və tayfalar arası mübarizə cəmiyyətə, partiyalar arası mübarizə də cəmiyyətə eyni mənfi və dağıdıcı təsir göstərir.

  Sinif

  Sinifli siyasi sistem partiya, qəbilə və tayfa siyasi sistemin eynidir. Partiya, qəbilə, yaxud tayfa cəmiyyət üzərində necə hökmranlıq edirsə, sinif də eləcə hökmranlıq edir. Sinif də partiya, tayfa və qəbilə kimi cəmiyyətin ümumi mənafe əsasında birləşən bir hissəsini təşkil edir. Mənafe ümumiliyi isə bir qrup adamın qan qohumluğu əlaqələri, əqidə, mədəniyyət, ərazi və məişət səviyyəsi ümumiliyindən yaranır.
  Sinif, partiya, tayfa və qəbilə eyni nəticələrə gətirib çıxaran eyni amillərdən doğulur, daha doğrusu, qan qohumluğu, əqidə, məişət səviyyəsi, mədəniyyət və ərazi ümumiliyi amilindən doğulur ki, bu da ümumi mənafeyi necə gerçəkləşdirmək haqqında vahid təsəvvür yaradır. Bu qrup ictimai forma baxımından sinif, partiya, qəbilə və tayfa şəklində təşəkkül tapır və nəticədə həmin qrupun mənafeyi və görüşlərinin gerçəkləşməsi naminə siyasi yolla fəaliyyət göstərən əslində ictimai bir alət yaranır.
  Bütün hallarda xalq nə sinif, nə partiya, nə qəbilə, nə də tayfa deyil - bunlar yalnız xalqın azlıqdan ibarət olan bir hissəsini təmsil edir. Əgər cəmiyyət üzərində sinif, partiya, qəbilə və tayfa hökmranlıq edirsə, burada hakim rejim diktator rejimi olacaqdır. Bununla yanaşı siniflərin, yaxud qəbilələrin koalisiyası partiyaların koalisiyasından daha üstündür, belə ki, əslində xalq qəbilələr məcmusundan ibarətdir və qəbiləsi olmayan adamlara nadir hallarda rast gəlmək olar. Bütün adamlar müəyyən siniflərə mənsubdurlar. Partiyaya, yaxud partiyalara gəlincə, heç də bütün xalq onlarn tərkibinə daxil deyil. Deməli partiya və ya partiyalar koalisiyası qeniş bitərəf kütlələrə nisbətən azlıq təşkil edir. Həqiqi demokratiya baxımından nə öz mənafeyi naminə bütün başqa sinifləri ayrı sinifə, nə də öz mənafeyi naminə başqa partiyaları (tayfaları, qəbilələri) əzən bir partiyaya (tayfaya, qəbiləyə) bəraət qazandırmaq olmaz! Başqaları bu cür yox etməyi məqbul saymaq demokratiya məntiqini kənara atıb zorakilıq məntiqi ilə fikir yürütmək deməkdir. Bu cür tədbirlər diktator əməlləridir, çünki bütünlükdə heç də bir sinifin (partiyanın, qəbilənin, tayfanın) üzvlərindən ibarət olmayan cəmiyyətin mənafeyinə uyğun deyil. Ancaq diktatorcasına iddia etmək olar ki, cəmiyyət gerçək olaraq müxtəlif tərəflərdən ibarətdir və bu tərəflərdən biri qalanlarını əzib yox etməlidir ki, yalnız özü qalsın. Deməli bu cür əməllər bütünlüklə cəmiyyətin mənafeyinə deyil, bir sinifin (partiyanın, tayfanın, qəbilənin) daha doğrusu özlərini cəmiyyət məqamına qoyanların mənafeyinə uyğun gəlir. Başqalarını əzib yox etmək məqsədini güdən bu tədbirlər əslində cəmiyyətin həmin məqsədləri icra edən partiyaya, sinifə, qəbiləyə mənsub olmayan üzvlərinə qarşı yönədilmişdir.
  Partiyalar arası mübarizələrin parçaladığı cəmiyyət, qəbilə yaxud tayfalar arası mübarizələrin parçaladığı cəmiyyətin eynidir.
  Bir sinif adından fəaliyyət göstərən partiya öz-özünə tədricən həmin sinifi, daha sonra isə öz sinifin düşmən olan əvəz etmiş olur.
  Cəmiyyətə varis olan sinif onun xüsusiyyətlərinə də varis olur. Başqa sözlə desək, əgər fəhlə sinfi başqa sinifləri əzib yox edirsə, şəxsən özü cəmiyyətin varisi olur, daha doğrusu, cəmiyyətin maddi və sosial bazasını özündə təcəssüm edir. Varis kimdən irs alırsa, onun xüsisiyyətlərini də mənimsəmiş olur, lakin bu xüsusiyyətlər birdən-birə meydana çıxmır, inkişaf və dəyişilmə proseslərində gerçəkləşir. Odur ki, zaman keçdikcə fəhlə sinifində də onun əzib yox etdiyi siniflərin xüsusiyyətləri özünü göstərir. Bu xüsusiyyətlərə  malik  olanlar mənimsədikləri xüsusiyyətlərə uyğun olaraq müxtəlif yönümlərə üz tuturlar. Beləliklə fəhlə sinifinin özü  də getdikcə elə bir cəmiyyətə çevrilir ki, ona da eynən köhnə cəmiyyətin xüsusiyyətləri xas olur. Əvvəlcə cəmiyyətin ayrı-ayrı üzvlərinin maddi və mənəvi səviyyəsi fərqlənməyə başlayır,  sonar social zümrələr meydana çıxır ki,  bunlar da öz-özünə getdikcə siniflərə - bir vaxtlar məhv edilmiş həmin siniflərə çevrilirlər. Yenidən cəmiyyət üzərində hökmranlıq uğrunda mübarizə başlanır, əvvəlcə ayrı-ayrı fərdlər qrupu, sonra bir zümrə, nəhayət yeni bir sinif məhz özünün idarəetmə aləti olmasına cəhd edir.
  Cəmiyyətin maddi bazası da mahiyyətçə ictimai olduğundan sabit deyildir. Cəmiyyətin vahid maddi bazasına əsaslanan idarəetmə aləti, ehtimal ki, bir müddət sabit ola bilər lakin həmin vahid bazada yeni maddi və sosial təzahürlər yaranan kimi bu sabitlik zavala uğrayır.
  Siniflləri arasında mübarizə gedən bir cəmiyyət keçmişdə bir sinifin cəmiyyəti olmuşdur. Lakin labud inkişaf  qanuna əsasən həmin sinifdən bir-birinə zidd siniflər törəmişdir.
  İdarəetmə alətini öz xeyrinə sabitləşdirmək üçün başqa bir sinfin mülkiyyətini zəbt edən və öz əlinə keçirən bir sinif hökmən həmin mülkiyyətin onun özünə də əvvəllər bütünlükdə cəmiyyətə göstərdiyi təsir qədər bir təsir göstərəcəyi təsir ilə qarşılacaq.
  Sözün qısası idarəetmə problemini həll etmək, yaxud siyasi mübarizəni bir partiyanın sinifin tayfanın yaxud qəbilənin xeyrinə bitirmək məqsədi ilə cəmiyyətin maddi bazasını vahid şəklə salmaq cəhdləri,  habelə kütlələrin nümayəndələrini seçməklə onları razı salmaq, yaxud referendumlar keçirməklə onların rəyini öyrənmək cəhdləri müvəfəqiyyətsizliyə uğramışdır və onların təkrar edilməsi adamların vaxtını boş yerə almaq və masqaraya qoymaq deməkdir.

  Referendum

  Referendum demokratiya adı ilə aldatmadır.  “Hə” deyənlər də  “Yox” deyənlər də əslində öz iradələrini ifadə etmirlər, əksinə onlar müasir demokratiya məfhumunun hökmü ilə susdurulmuşlar. Onlara “Hə” və ya “Yox” deməkdən başqa danışmağa icazə verilmir. Bu ən sərt və amansız diktator rejimi formasıdır. “Yox” deyən nə üçün belə dediyinin və “Hə” deyən isə öz razılığını  nə ilə əlaqədar olduğunu və nə üçün “Yox” demədiyinin  səbəbini göstərməlidir. Hər kəs öz istəyini əsaslandırmalı niyə bəyənib-bəyənmədiyini göstərməlidir.
  Bəs camaat istibdad və diktatura dövründən birdəfəlik  yaxa qurtarmaq üçün hansı yolu tutmalıdır?
  Demokratiya problemin ən müşkül məsələsi öz ifadəsini partiyaların, siniflərin və ayrı-ayrı fərdlərin mübarizəsində tapan idarəetmə aləti məsələsi olduğundan, habelə seçkilər və referendumlar demokratiya probleminin həllinə yönədilmiş naqis təcrübələrin uğursuzluğunu ört-basdır etmək üçün uydurulmuş vasitələrdən başqa bir şey olmadıöından problemin elə bir idarəetmə aləti yaratmaqdan ibarətdir ki, həmin idarəetmə alətlərinin heç bir kimi ixtilaf doğurmasın və cəmiyyətin yalnız bir hissəsini təmsil etməsin. Daha doğrusu, elə bir idarəetmə aləti yaratmaq lazımdır ki, o nə partiya, nə sinif, nə tayfa, nə də qəbilə olsun. İdarəetmə aləti xalqın adından onun müvəkkili və nümayəndəsi yox, bütün xalq özü olmalıdır. XALQ ADINDAN NÜMAYƏNDƏLİK YOXDUR! NÜMAYƏNDƏLİK ALDATMADIR! Əgər belə bir idarəetmə aləti yaratmaq mümkün olsa idi, problem öz həllini tapar, xalq demokratiyası gerçəkləşər, bəşəriyyət istibdad və diktatura dövrünə son qoymuş olar, diktaturanı isə xalq hakimiyyəti əvəz edərdi.
Моя фотография  Yaşıl Kitab idarəetmə aləti probleminin qəti həllini təklif edir və xalqlara diktatura əsrindən həqiqi demokratiya əsrinə keçid yolunu göstərir.
  Bu yeni nəzəriyyənin əsasında hər cür nümayəndəlik və müvəkillik formalarından xalis xalq hakimiyyəti ideyası durur. Birbaşa demokratiyanın tətbiqi sahəsində göstərilən və kütləvi xalq təşkilatları ilə əlaqələrini itirdiyinə görə gerçək həyata tətbiq imkanından məhrum olan qədim və qeyri-ciddi cəhdlərdən fərqli olaraq, yeni nəzəriyyə birbaşa demokratiyanı nizama təsirli şəkildə həyata keçirməyə imkan verir.

Latın qrafikasına çevirən Asim Məmmədov

Комментариев нет:

Отправить комментарий