Страницы

21.09.2012

AMERICA GOOD-BYE?!

 Hafiz Mirzə

Biz “Welcome, America!”  dedikcə o bizdən üz döndərir
                                                            
Məktəb vaxtı coğrafiya  və tarix müəllimimiz  günümüzü qırmızı əs­ki­yə bükür­dü. Birisi xəritədə SSRİ və ABŞ adlı iki nəhəng dövləti  göstərib, əra­zi­si­­­nə, əhalisinin sayına və təbii sərvətlərinə görə bizim dövlətimizin, indi ol­ma­sın, yə­ni SSRİ-nin daha böyüklüyünü gözümüzə soxur, o biri isə siyasi, iqtisadi və sosial sa­hə­də mübarizə apa­ran  bu iki dövləti müqayisə edib bizim çox irəlidə olma­ğı­mız­la öyünürdü. 2004-cü ildə orta məktəbi bitir­məyimizin 30 illiyi münasibəti ilə top­laş­mış­dıq. Artıq SSRİ dağılmış, hamımız ABŞ-in tamarzısına çevrilmişdik. O indi özünün demokratiyası ilə bizi ağ günə çıxarda­caq­dı.
Bu barədə söhbət düşəndə sinif yoldaşımız Ələkbər də­rin­dən köks ötürdü. “ Yaxşı ki, Ək­rəm müəllimlə Hü­sey­­nağa müəllim xəstəlikdən rəh­mətə getdi, bu günləri gör­mə­di, yox­sa görən kimi ki­­şilər xə­ca­lət­dən öləcəkdilər!” Ağ­la­­ma­lı hə­qiqət idi. Bi­zim bə­­yən­­­­mə­di­yi­miz ABŞ çürüməkdə olan dünya impe­ria­liz­minin lideri ki­mi məhv ol­­maq­­dan­sa,  daha da qüdrətlənmiş, SSRİ-nin özünü sıradan çı­­xartmışdı. Am­­ma ne­cə, han­sı yollarla, hansı vasitələrlə?..“Qaliblər mühakimə olun­­­mur” firkin­dən zəhləm gedir. Çünki rəzalətlə, ədalətsizliklə, qəddarlıqla, əc­laf­casına əldə olunan qə­ləbə elə xə­yanət və fahişəlik etmək bahasına canını qurtarmaq kimi bir şeydir. ABŞ əslində SSRİ-ni  mər­di-mərdanə formada müharibə ilə yox, yəhudilərin əli  ilə rüşvət mexanizmini işə salmaqla, öz adamlarının qarşısını açmaq naminə müx­tə­lif rəqibləri aradan götürməklə, insanları  hər cür məh­ru­miyyətlərə, ədavətə, cina­yət­lərə sürük­lə­yərək, amansızlıqla dağıtdı. Bu tək­cə İslam qanun­la­rı­na görə deyil, elə xristianlığın qanunlarına görə də  böyük qə­ba­hətdir, günahdır, əclaflıqdır. Bu səbəb­dən nə onun öyünməyə, nə də II Dünya mühari­bə­sin­dən qə­lə­bə ilə çıxmış Sovet ada­mı­nın pərişan olmasına haqqı çatmır. Er­mə­nilər də az gü­nah­kar olmadılar. Yağlı və­zi­­fə­­lə­rimizi, şə­hər­lərimizin ən yaxşı yerlərində mən­zil­­lə­rimizi, yeraltı-yerüstü sər­vətlərimizi ermə­nilər özün­küləşdirmişdilər və keyf içində yaşayır­dılar. Birdən-birə bu şeyləri həm də erməni­ləş­dir­mək istədilər, bu isə bizi dik­sin­dirdi, oyatdı  və cin atına mindirdi.  Elə coşub-daşdıq ki, hikkə­miz­dən o boyda SSRİ bir-birinə dəydi. SS­Rİ-nin bir prezidenti vardı - Mixail Qorbaçov; həm birinci, həm də sonuncu prezident oldu. Məşhur nağıldakı turpun son ucundan o da yapışdı, amma Qarabağı  de-yure əli­miz­dən ala bilmədilər. Əvəzində SSRİ əldən getdi. Bir az dərd elədik ki, ayı boyda  döv­ləti dağıt­mışıq. Amma məlum oldu ki, yeri qa­zan, bom­banı qoyan, fitili çəkən, kibriti xalqın əlinə verən ABŞ imiş. Sadə adamlara sadəcə fitili yan­­dırmaq düşübmüş. Hər şey dağıldı, partlayışın qəlpələri altın­da biz qaldıq - əski so­­vet vətəndaşları. ABŞ-in nə qulağına idi ki, yüz milyonlarca insan hansı mə­şəq­­qət­lərə məruz qalıb, aclıqdan, səfalətdən, mənəvi əzablardan necə məhv olur. Ötən son 20 il ər­zin­də ölənlərimizin böyük əksəriyyəti heç 50 yaşı adlaya bilmədi. Kimi ki çoxdandır görmürsən sonra qəbr daşı üzərində şəkli ilə qarşılaşırsan. Aclıq, məhru­miy­yət, işsizlik, əzab-əziyyət, dərd-qəm içində natamam qalan ömürləri toplaya, sonra orta yaşa bölə bilsək alınan rəqəm ABŞ-in SSRİ üzərində qazandığı  qələbə nəticəsində bu qədər dinc insanın ölümünə bais olması demək olacaq. Biz isə arsız –arsız onu insan haqlarının mü­dafi­əçi­si kimi məhəbbətlə qəbul edir, ona həsəd aparır, hələ bir üstəlik bığ və çənə saq­qalı saxlayaraq ona pərəstliyimizi biruzə verməyə çalı­şı­rıq. Lap 1937-ci ildə represiya  qurbanı olmuş şəxsin sonra yenə Stalini sevməsinə  və onun bütün bunlardan xəbərsiz olmasını iddia etməsinə oxşayır. ABŞ guya  bizi  ağ günə çıxartdı. Unutduq ki, bir vaxtlar qitənin yerli etnoslarını da beləcə “xoş gü­nə” çı­xartmışdı. Halbuki o daha sivil metodlardan istifadə edə bilərdi. Köhnəni tək­cə in­qi­lab, çevriliş, qiyamla dəyişmirlər ki. Köh­nə­liyi də­yişmənin islahatlar modeli var. Heç demə əcki sosializm düşər­gə­sin­də ən təd­bir­li xalq çexlər və slovaklar imiş. Başa düş­dülər ki, birlikdə və köhnə ya­naş­ma tərzi ilə islahatlar mümkün ol­ma­ya­caq, onda kişi kimi xoşluqla ayrıl­dılar. Ya­şa­sın Yaroslav Qavel! M.Qorba­çovun isə bo­­yunu yerə soxum, gedib ABŞ prezidenti Ronald Reyqanın “şestyorkası” ol­muşdu. Pis ol­sun, yoxsa yaxşı, adam  öz oturduğu budağı kəsərmi? Qorbaçov kəs­di. ABŞ Qor­ba­ço­vun əlinə “demokratiya” adlı bir manpası qutusu vermişdi. Əski sovet xalqi bu man­pa­sıdan sovura-sovura daha gözəl bir cəmiyyət quracağını düşünürdü. Amma sovur­maq­dan ovurdları batdı. Çünki yeni quruluşu boş­bağazlıqla deyil, bir az qətiyyətlə qurar, islahatları özbaşınalıq və baş­qalarının əlinə baxmaqla yox, xalqda və mə­mur­larda düzlüyə, ədalətə, xoş gələcəyə stimul və  həvəs oyatmaqla hə­ya­ta keçir­dər­lər. ABŞ  isə bizə bundan ötrü imkan ver­mə­di. Onun təhriki ilə bütün sovet xalq­ları bir-birinə, hamılıqla rus xalqına qarşı əda­və­tə qalxdı. Kimisi torpaq, kimisi və­zifə, kimisi sərvət və ya millətçilik üstündə  si­la­ha əl atdı. Bu cür ədavət böyük bir məkanda yeni formalaşmaqda olan dövlətlərin on­il­liklər ərzində qurulmuş iqtisadi əlaqələrini qırdı. Nəticədə zavodlar, fabriklər, sov­xoz­lar iflasa uğradı, dayandı.Buna bənd imiş ki­mi ABŞ özünün və ortaqlarının satıl­mayan, işə getməyən malları ilə bazarlarımızı zəbt elədi. Qərb bank­­ları şişib qalmış val­yutasını böyrümüzə soxmaqla, yəni guya ki, bizə borc ver­məklə əslində bi­zi borca salıb dilimizi qısaltdı. Beynəlxalq val­yuta Fondu bizi borca sala-sala diktə­lə­rini irəli sürdü. Sonra da guya ki, in­ves­ti­siya burax­maq­la bey­nəlxalq banklar əslində onları tamam əsarətə aldı. Bu zaman ABŞ başda ol­maq­la Qərb dövlətlərinin bir böyük qazancı da ucuz işçi qüvvəsi əldə et­­məsi idi. O, yerli fəh­lə və mühəndislərə öz ölkəsində verdiyinin heç on faizini ver­­mirdi. Kül olsun er­mə­­nilərin başına, kim onları ağıllı hesab edə bilirsə, deməli  ba­nan ilə xiyarın da fər­qini bilmir. Çünki onların ağlı ol­­saydı, bir azca da gözləyər, son­ra özəlləşmə za­manı bütün müəssisələrimizi və kənd­li islahatı adı al­tın­da bütün tor­­paqlarımızı özəl­ləşdirə və bizi tamam quru yerdə sax­­la­ya bilərdilər. Am­ma onlar bö­yük oyunun peşkaları idilər.Bu oyun bütün so­sialist  düşərgəsi ölkələrinin məh­vi­nə he­sab­lan­mış­dı. Əks təqdirdə kapitalızmin özü sü­quta uğrayacaqdı. Biz on­lar üçün satış bazarı, xammal mən­bə­yi, zəka mər­kəzi və ucuz işçi qüvvəsi olaraq məqbul sayılırdıq – Yer üzünün əşrəfi sa­yılan in­san olaraq deyil. Müstəqillik əldə edən dövlətlər qüdrətlənib onun inhisa­rın­dan çıx­ma­sın deyə hər biri üçün müxtəlif problemlər yaradılmışdı; Dağlıq Qarabağ, Ab­­xa­zi­ya, Pred­nes­tro­viya, Oş, Fərqanə, Çeçenistan, Şimalı Osetiya, Krım, Bosniya, Ser­­biya, üs­təlik Vilnüs, Tif­lis, Ba­kı kimi. Onun irəli sürdüyü  demokratik prinsiplər də əslində söz­də və kağız üzə­­rində çox maraqlı və çox cazibədar idi. Kom­mu­nizmlə bağlı ide­ya­la­rın da hamısı  gö­zəl görünərdi. Əgər demokratiyanın tər­cü­mə­si  “xalqın ha­­kimiyyəti” idisə, əsl xalq hakimiyyəti Sovet hökumətinin dövründə də vardı. Çün­ki uşaq ev­­lə­rindəki yetim-yesir, eləcə də adi fəhlənin, kolxozçunun balası da oxu­yub ali təhsil ala, işlə təmin olu­na hətta  inkişaf edib raykom ka­ti­bi, nazir, rə­is, sədr, di­rek­tor, müdir ola bilirdi. ABŞ-in qızıl xonçada gətirdiyi  de­mok­ratik prin­­sip­lər isə mək­təb və univer­si­tet­lərdə təhsil sistemini dağıtdı. İndi nəinki fəhlə və ya kəndlinin, ba­şıma dönsün, əgər ki lap ziyalının övladı da adi qaydada ali mək­təbə qə­bul ola bil­sə. Bundan ötrü o  hök­mən 4 və ya 5 fənn üzrə repetitor müəllim ya­nı­na getməli, xü­su­si təlim keç­mə­li­dir. 
Sovetlər dövründə millət 25-50 manat rüşvət alanda həmin gün utan­dı­ğın­dan güzgüyə baxmır, saçı da pırtlaşıq olurdu. Amma ABŞ-in rəhbərliyi və Qərb döv­lət­lərinin ideoloji  və maliyyə dəs­təyi ilə formalaşan demokratik və müs­təqil quru­luş­da isə imkanı çatan hər kəs  bir­­başa korrupsioner oldu. İndi rüşvəti uşaq baxçasinda vali­deyn­lərdən, orta mək­­təbdə şagirdlərdən alırlar. Sovet dövründə nəşə və tiryəkdən savayı digər uyuş­du­rucu tanımayan vətəndaşlar indi geroin, morfi, metalidol, kakoin, sintetik narkotikləri əz­­bər ta­nıyır.Üstəgəl taksomaniya! Əv­vəl­lər “Moskovski” və “Pişeniçnı” adlı araq­dan və “Ağdam” çaxı­rın­dan başqa içki tanı­ma­yan  vətəndaşlar isə indi dünya səna­ye­si­nin buraxdığı hər cür spirtli içkidən, pivə və şirələrdən  “bəh-bəhlə” is­ti­fadə edirlər. Və bu içki­lərin çoxu insan həyatını qısaldır, sonsuzluq, hüşsuzluq, geri zəkalıq və müx­­təlif sinir xəstəlikləri doğurur. Əvvəllər keyfiyyət nişanı olmayan mal-­məhsulu bə­yənməzdik, üzərində azaçıq cürüyü və qurdu olan mer-meyvənin üzü­nə bax­maz­dıq. İndi isə GMO bazarlarımızı, super­mar­ket­lə­rimizi elə bürüyüb ki, çürük meyvənin qədri və qiyməti üç qat qalxib. Onları bizə kim dadızdırdı? Biz əvvəl belə şeylər ta­nı­yır­dıqmı? Güllə səsləri və bomba partlayış­larını yalnız filmlərdə görən, eşidən in­sanlar indi demokratiyanın sayəsində buna günün adiliyi kimi öyrəşiblər. Terror in­san­­ları avtobusda, metroda, ali məktəbdə, hətta evinin içində də haqlayır. Reket, qa­rət, şan­taj bizlərə “Hollivud” filmlərindən məlum idi. İnsanlar ero­tikanı da yalnız “Amerika filmləri”ndə və xarici jurnallarda görmüşdülər. İndi  erotika qəzet və jur­nal­­larımızda bəzən 1-ci səhifəyə də yol tapır. Budurmu ABŞ-in gətirdiyi insan haq­la­rı, plürealizm? Əv­vəllər “So­vet­lər Ölkə­si” adı altında hamımız dost-mehriban yaşa­dı­ğımız halda indi müstəqil olmuş ölkələrdə olan cəmi 3-4 etnos da sakitcə yola get­mir, qarşılıqlı ədavət aparır. Əski Sovetlər birliyinə daxil olmuş indiki müstəqil dövlətlər milli zəmində barıt çəlləyini xatırladır. İnsanlar bölgələrə, rayonlara, şəhər­lərə, kənd­lərə, hətta mə­həl­lələrə qədər parçalanıblar. Əvvəllər belə deyildi axı! ABŞ-in arxa­sın­ca düşəni  belə oldu. O, üzdə qloballaşmadan dəm vursa da əməldə etnikləri öz mü­qəd­də­­ratını həll etməyə təhrik etməklə və azsaylı xalqlara yardımlar göstərərək onları təf­ri­qə­lə­rə, et­nik separatizmə sürükləyir. ABŞ özü öz tərkibindəki hansı az­saylı xalqa mux­tariyyət və ya müstəqillik vermişdi? Budurmu onun bi­zə ərməğan et­diyi de­mok­ratiya, azadlıq, fikir və söz azadlığı? Başqa hər cür ögeyliyi bəlkə də ba­ğış­lamaq  olardı. Amma 1946 – cı ildəki hərəkətini xatırladıqda adamın damarlarda qa­nı donur. II Dünya Müha­ri­bə­sini  bəhanə gətirərək Sovet qoşunları 1941-ci ildə İrana -  Cə­­nubi Azərbaycana daxil ol­muşdu. Yerli qüvvələr də ayağa qalxmış və artıq Təb­rizdə Milli hökumət qurul­muş­du. SSRİ Azərbaycan ziyalılarının arzularını əsas gö­türərək, bö­lün­müş Azər­baycan torpaqlarını birləşdirmək, əslində isə öz ərazilərini ge­niş­­lən­dirmək istəyirdi. Lakin hər şeyin hazır olduğu bir zamanda birdən ABŞ SS­Rİ-yə qo­şun­larını İrandan çıxart­ma­sı barədə kəskin nota verdi. Əks təqdirdə bu əraziyə (İran Azər­bay­ca­nına) atom bom­bası atacağı ilə hədələdi. Məcbur qalan Sovet qoşun­ları 48 saat  ərzində İranı tərk etməyə məcbur oldu. Köməksiz qalan Milli hökumət fars rejiminin qan də­nizində boğuldu. Amma müharibə fürsəti ilə Qərbi Ukrayna, Qərbi Be­la­rusiya, Bes­sa­rabiya özünün Sovet əlində qalmış Şərq parçası ilə birləşdi. Azər­bay­can da öz Cənub parçası ilə birləşər və 1991-ci ildə SSRİ dağılarkən biz indi  artıq Bü­töv Azərbaycan qurmuş olardıq. O halda heç Dağlıq Qarabağ problemi də ol­mazdı. Beləcə, bizim hazırkı  vəziyyətimizə bais olan bir qüvvə də ABŞ sa­yılmırmı? 17 ildir ki, ATƏT-in Minsk qrupunun həm­sədr­lərindən biri kimi ABŞ böl­gəyə gə­lir, gedir, yeyir-içir, guya danışıqlar apa­rır amma qon­darma “Dağlıq Qarabağ” prob­lemini heç cür həll edə bilmir. Görəsən bacarmırmı? Sadəcə o, özünün böyük­lü­yünə arxayın olub, oyun qaydalarına sədaqət göstərmir.O, nəinki ədalətə əhəmiyyət vermir, üs­təlik, torpaqları işğal olunan   Azər­baycana deyil, işğalçı Ermənistana qah­mar çı­xır, separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı, haqqı müdafiə etmək istəyən Türkiyəyə isə təzyiq göstərir,.. Biz onu neft müqavilələrinə ortaq etdik, hər cür şıltaq­lı­ğına göz yumduq. Bütün bunlardan və hələ xatırlan­mayan onlarca, yüzlərcə digər faktlardan sonra biz ABŞ-i sadəlövh­cə­si­nə necə sevək və necə “Welcome, America!”  deyək? Al­lah şahiddir ki onun bizə  qarşı real müna­si­bəti hə­mişə “America good-bey!”  deməyə  xidmət edib. Biz deməmişik. Çünki   kinli, əda­və­tə meyilli xalq de­yi­lik. Amma hər zaman de­məyə haq­qı­mız çatır.
Çatmırmı, Amerika?

Комментариев нет:

Отправить комментарий