Biz “Welcome, America!” dedikcə o bizdən
üz döndərir
Məktəb vaxtı
coğrafiya və tarix müəllimimiz günümüzü qırmızı əskiyə bükürdü. Birisi
xəritədə SSRİ və ABŞ adlı iki nəhəng dövləti göstərib, ərazisinə, əhalisinin sayına və
təbii sərvətlərinə görə bizim dövlətimizin, indi olmasın, yəni SSRİ-nin daha
böyüklüyünü gözümüzə soxur, o biri isə siyasi, iqtisadi və sosial sahədə
mübarizə aparan bu iki dövləti müqayisə
edib bizim çox irəlidə olmağımızla öyünürdü. 2004-cü ildə orta məktəbi bitirməyimizin
30 illiyi münasibəti ilə toplaşmışdıq. Artıq SSRİ dağılmış, hamımız ABŞ-in
tamarzısına çevrilmişdik. O indi özünün demokratiyası ilə bizi ağ günə çıxardacaqdı.
Bu barədə söhbət düşəndə sinif yoldaşımız Ələkbər dərindən köks ötürdü. “ Yaxşı ki, Əkrəm müəllimlə Hüseynağa müəllim xəstəlikdən rəhmətə getdi, bu günləri görmədi, yoxsa görən kimi kişilər xəcalətdən öləcəkdilər!” Ağlamalı həqiqət idi. Bizim bəyənmədiyimiz ABŞ çürüməkdə olan dünya imperializminin lideri kimi məhv olmaqdansa, daha da qüdrətlənmiş, SSRİ-nin özünü sıradan çıxartmışdı. Amma necə, hansı yollarla, hansı vasitələrlə?..“Qaliblər mühakimə olunmur” firkindən zəhləm gedir. Çünki rəzalətlə, ədalətsizliklə, qəddarlıqla, əclafcasına əldə olunan qələbə elə xəyanət və fahişəlik etmək bahasına canını qurtarmaq kimi bir şeydir. ABŞ əslində SSRİ-ni mərdi-mərdanə formada müharibə ilə yox, yəhudilərin əli ilə rüşvət mexanizmini işə salmaqla, öz adamlarının qarşısını açmaq naminə müxtəlif rəqibləri aradan götürməklə, insanları hər cür məhrumiyyətlərə, ədavətə, cinayətlərə sürükləyərək, amansızlıqla dağıtdı. Bu təkcə İslam qanunlarına görə deyil, elə xristianlığın qanunlarına görə də böyük qəbahətdir, günahdır, əclaflıqdır. Bu səbəbdən nə onun öyünməyə, nə də II Dünya müharibəsindən qələbə ilə çıxmış Sovet adamının pərişan olmasına haqqı çatmır. Ermənilər də az günahkar olmadılar. Yağlı vəzifələrimizi, şəhərlərimizin ən yaxşı yerlərində mənzillərimizi, yeraltı-yerüstü sərvətlərimizi ermənilər özünküləşdirmişdilər və keyf içində yaşayırdılar. Birdən-birə bu şeyləri həm də erməniləşdirmək istədilər, bu isə bizi diksindirdi, oyatdı və cin atına mindirdi. Elə coşub-daşdıq ki, hikkəmizdən o boyda SSRİ bir-birinə dəydi. SSRİ-nin bir prezidenti vardı - Mixail Qorbaçov; həm birinci, həm də sonuncu prezident oldu. Məşhur nağıldakı turpun son ucundan o da yapışdı, amma Qarabağı de-yure əlimizdən ala bilmədilər. Əvəzində SSRİ əldən getdi. Bir az dərd elədik ki, ayı boyda dövləti dağıtmışıq. Amma məlum oldu ki, yeri qazan, bombanı qoyan, fitili çəkən, kibriti xalqın əlinə verən ABŞ imiş. Sadə adamlara sadəcə fitili yandırmaq düşübmüş. Hər şey dağıldı, partlayışın qəlpələri altında biz qaldıq - əski sovet vətəndaşları. ABŞ-in nə qulağına idi ki, yüz milyonlarca insan hansı məşəqqətlərə məruz qalıb, aclıqdan, səfalətdən, mənəvi əzablardan necə məhv olur. Ötən son 20 il ərzində ölənlərimizin böyük əksəriyyəti heç 50 yaşı adlaya bilmədi. Kimi ki çoxdandır görmürsən sonra qəbr daşı üzərində şəkli ilə qarşılaşırsan. Aclıq, məhrumiyyət, işsizlik, əzab-əziyyət, dərd-qəm içində natamam qalan ömürləri toplaya, sonra orta yaşa bölə bilsək alınan rəqəm ABŞ-in SSRİ üzərində qazandığı qələbə nəticəsində bu qədər dinc insanın ölümünə bais olması demək olacaq. Biz isə arsız –arsız onu insan haqlarının müdafiəçisi kimi məhəbbətlə qəbul edir, ona həsəd aparır, hələ bir üstəlik bığ və çənə saqqalı saxlayaraq ona pərəstliyimizi biruzə verməyə çalışırıq. Lap 1937-ci ildə represiya qurbanı olmuş şəxsin sonra yenə Stalini sevməsinə və onun bütün bunlardan xəbərsiz olmasını iddia etməsinə oxşayır. ABŞ guya bizi ağ günə çıxartdı. Unutduq ki, bir vaxtlar qitənin yerli etnoslarını da beləcə “xoş günə” çıxartmışdı. Halbuki o daha sivil metodlardan istifadə edə bilərdi. Köhnəni təkcə inqilab, çevriliş, qiyamla dəyişmirlər ki. Köhnəliyi dəyişmənin islahatlar modeli var. Heç demə əcki sosializm düşərgəsində ən tədbirli xalq çexlər və slovaklar imiş. Başa düşdülər ki, birlikdə və köhnə yanaşma tərzi ilə islahatlar mümkün olmayacaq, onda kişi kimi xoşluqla ayrıldılar. Yaşasın Yaroslav Qavel! M.Qorbaçovun isə boyunu yerə soxum, gedib ABŞ prezidenti Ronald Reyqanın “şestyorkası” olmuşdu. Pis olsun, yoxsa yaxşı, adam öz oturduğu budağı kəsərmi? Qorbaçov kəsdi. ABŞ Qorbaçovun əlinə “demokratiya” adlı bir manpası qutusu vermişdi. Əski sovet xalqi bu manpasıdan sovura-sovura daha gözəl bir cəmiyyət quracağını düşünürdü. Amma sovurmaqdan ovurdları batdı. Çünki yeni quruluşu boşbağazlıqla deyil, bir az qətiyyətlə qurar, islahatları özbaşınalıq və başqalarının əlinə baxmaqla yox, xalqda və məmurlarda düzlüyə, ədalətə, xoş gələcəyə stimul və həvəs oyatmaqla həyata keçirdərlər. ABŞ isə bizə bundan ötrü imkan vermədi. Onun təhriki ilə bütün sovet xalqları bir-birinə, hamılıqla rus xalqına qarşı ədavətə qalxdı. Kimisi torpaq, kimisi vəzifə, kimisi sərvət və ya millətçilik üstündə silaha əl atdı. Bu cür ədavət böyük bir məkanda yeni formalaşmaqda olan dövlətlərin onilliklər ərzində qurulmuş iqtisadi əlaqələrini qırdı. Nəticədə zavodlar, fabriklər, sovxozlar iflasa uğradı, dayandı.Buna bənd imiş kimi ABŞ özünün və ortaqlarının satılmayan, işə getməyən malları ilə bazarlarımızı zəbt elədi. Qərb bankları şişib qalmış valyutasını böyrümüzə soxmaqla, yəni guya ki, bizə borc verməklə əslində bizi borca salıb dilimizi qısaltdı. Beynəlxalq valyuta Fondu bizi borca sala-sala diktələrini irəli sürdü. Sonra da guya ki, investisiya buraxmaqla beynəlxalq banklar əslində onları tamam əsarətə aldı. Bu zaman ABŞ başda olmaqla Q ərb dövlətlərinin bir böyük
qazancı da ucuz işçi qüvvəsi əldə etməsi idi. O, yerli fəhlə və mühəndislərə
öz ölkəsində verdiyinin heç on faizini vermirdi. Kül olsun ermənilərin
başına, kim onları ağıllı hesab edə bilirsə, deməli banan ilə xiyarın da fərqini bilmir. Çünki
onların ağlı olsaydı, bir azca da gözləyər, sonra özəlləşmə zamanı bütün
müəssisələrimizi və kəndli islahatı adı altında bütün torpaqlarımızı özəlləşdirə
və bizi tamam quru yerdə saxlaya bilərdilər. Amma onlar böyük oyunun
peşkaları idilər.Bu oyun bütün sosialist
düşərgəsi ölkələrinin məhvinə hesablanmışdı. Əks təqdirdə
kapitalızmin özü süquta uğrayacaqdı. Biz onlar üçün satış bazarı, xammal mənbəyi,
zəka mərkəzi və ucuz işçi qüvvəsi olaraq məqbul sayılırdıq – Yer üzünün əşrəfi
sayılan insan olaraq deyil. Müstəqillik əldə edən dövlətlər qüdrətlənib onun
inhisarından çıxmasın deyə hər biri üçün müxtəlif problemlər yaradılmışdı;
Dağlıq Qarabağ, Abxaziya, Prednestroviya, Oş, Fərqanə, Çeçenistan,
Şimalı Osetiya, Krım, Bosniya, Serbiya, üstəlik Vilnüs, Tiflis, Bakı kimi.
Onun irəli sürdüyü demokratik prinsiplər
də əslində sözdə və kağız üzərində çox maraqlı və çox cazibədar idi. Kommunizmlə
bağlı ideyaların da hamısı gözəl
görünərdi. Əgər demokratiyanın tərcüməsi
“xalqın hakimiyyəti” idisə, əsl xalq hakimiyyəti Sovet hökumətinin
dövründə də vardı. Çünki uşaq evlərindəki yetim-yesir, eləcə də adi
fəhlənin, kolxozçunun balası da oxuyub ali təhsil ala, işlə təmin oluna hətta inkişaf edib raykom katibi, nazir, rəis,
sədr, direktor, müdir ola bilirdi. ABŞ-in qızıl xonçada gətirdiyi demokratik prinsiplər isə məktəb və
universitetlərdə təhsil sistemini dağıtdı. İndi nəinki fəhlə və ya
kəndlinin, başıma dönsün, əgər ki lap ziyalının övladı da adi qaydada ali məktəbə
qəbul ola bilsə. Bundan ötrü o hökmən
4 və ya 5 fənn üzrə repetitor müəllim yanına getməli, xüsusi təlim keçməlidir.
Sovetlər dövründə millət 25-50 manat rüşvət alanda həmin gün utandığından güzgüyə baxmır, saçı da pırtlaşıq olurdu. Amma ABŞ-in rəhbərliyi və Qərb dövlətlərinin ideoloji və maliyyə dəstəyi ilə formalaşan demokratik və müstəqil quruluşda isə imkanı çatan hər kəs birbaşa korrupsioner oldu. İndi rüşvəti uşaq baxçasinda valideynlərdən, orta məktəbdə şagirdlərdən alırlar. Sovet dövründə nəşə və tiryəkdən savayı digər uyuşdurucu tanımayan vətəndaşlar indi geroin, morfi, metalidol, kakoin, sintetik narkotikləri əzbər tanıyır.Üstəgəl taksomaniya! Əvvəllər “Moskovski” və “Pişeniçnı” adlı araqdan və “Ağdam” çaxırından başqa içki tanımayan vətəndaşlar isə indi dünya sənayesinin buraxdığı hər cür spirtli içkidən, pivə və şirələrdən “bəh-bəhlə” istifadə edirlər. Və bu içkilərin çoxu insan həyatını qısaldır, sonsuzluq, hüşsuzluq, geri zəkalıq və müxtəlif sinir xəstəlikləri doğurur. Əvvəllər keyfiyyət nişanı olmayan mal-məhsulu bəyənməzdik, üzərində azaçıq cürüyü və qurdu olan mer-meyvənin üzünə baxmazdıq. İndi isə GMO bazarlarımızı, supermarketlərimizi elə bürüyüb ki, çürük meyvənin qədri və qiyməti üç qat qalxib. Onları bizə kim dadızdırdı? Biz əvvəl belə şeylər tanıyırdıqmı? Güllə səsləri və bomba partlayışlarını yalnız filmlərdə görən, eşidən insanlar indi demokratiyanın sayəsində buna günün adiliyi kimi öyrəşiblər. Terror insanları avtobusda, metroda, ali məktəbdə, hətta evinin içində də haqlayır. Reket, qarət, şantaj bizlərə “Hollivud” filmlərindən məlum idi. İnsanlar erotikanı da yalnız “Amerika filmləri”ndə və xarici jurnallarda görmüşdülər. İndi erotika qəzet və jurnallarımızda bəzən 1-ci səhifəyə də yol tapır. Budurmu ABŞ-in gətirdiyi insan haqları, plürealizm? Əvvəllər “Sovetlər Ölkəsi” adı altında hamımız dost-mehriban yaşadığımız halda indi müstəqil olmuş ölkələrdə olan cəmi 3-4 etnos da sakitcə yola getmir, qarşılıqlı ədavət aparır. Əski Sovetlər birliyinə daxil olmuş indiki müstəqil dövlətlər milli zəmində barıt çəlləyini xatırladır. İnsanlar bölgələrə, rayonlara, şəhərlərə, kəndlərə, hətta məhəllələrə qədər parçalanıblar. Əvvəllər belə deyildi axı! ABŞ-in arxasınca düşəni belə oldu. O, üzdə qloballaşmadan dəm vursa da əməldə etnikləri öz müqəddəratını həll etməyə təhrik etməklə və azsaylı xalqlara yardımlar göstərərək onları təfriqələrə, etnik separatizmə sürükləyir. ABŞ özü öz tərkibindəki hansı azsaylı xalqa muxtariyyət və ya müstəqillik vermişdi? Budurmu onun bizə ərməğan etdiyi demokratiya, azadlıq, fikir və söz azadlığı? Başqa hər cür ögeyliyi bəlkə də bağışlamaq olardı. Amma 1946 – cı ildəki hərəkətini xatırladıqda adamın damarlarda qanı donur. II Dünya Müharibəsini bəhanə gətirərək Sovet qoşunları 1941-ci ildə İrana - Cənubi Azərbaycana daxil olmuşdu. Yerli qüvvələr də ayağa qalxmış və artıq Təbrizdə Milli hökumət qurulmuşdu. SSRİ Azərbaycan ziyalılarının arzularını əsas götürərək, bölünmüş Azərbaycan torpaqlarını birləşdirmək, əslində isə öz ərazilərini genişləndirmək istəyirdi. Lakin hər şeyin hazır olduğu bir zamanda birdən ABŞ SSRİ-yə qoşunlarını İrandan çıxartması barədə kəskin nota verdi. Əks təqdirdə bu əraziyə (İran Azərbaycanına) atom bombası atacağı ilə hədələdi. Məcbur qalan Sovet qoşunları 48 saat ərzində İranı tərk etməyə məcbur oldu. Köməksiz qalan Milli hökumət fars rejiminin qan dənizində boğuldu. Amma müharibə fürsəti ilə Qərbi Ukrayna, Qərbi Belarusiya, Bessarabiya özünün Sovet əlində qalmış Şərq parçası ilə birləşdi. Azərbaycan da öz Cənub parçası ilə birləşər və 1991-ci ildə SSRİ dağılarkən biz indi artıq Bütöv Azərbaycan qurmuş olardıq. O halda heç Dağlıq Qarabağ problemi də olmazdı. Beləcə, bizim hazırkı vəziyyətimizə bais olan bir qüvvə də ABŞ sayılmırmı? 17 ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ bölgəyə gəlir, gedir, yeyir-içir, guya danışıqlar aparır amma qondarma “Dağlıq Qarabağ” problemini heç cür həll edə bilmir. Görəsən bacarmırmı? Sadəcə o, özünün böyüklüyünə arxayın olub, oyun qaydalarına sədaqət göstərmir.O, nəinki ədalətə əhəmiyyət vermir, üstəlik, torpaqları işğal olunan Azərbaycana deyil, işğalçı Ermənistana qahmar çıxır, separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı, haqqı müdafiə etmək istəyən Türkiyəyə isə təzyiq göstərir,.. Biz onu neft müqavilələrinə ortaq etdik, hər cür şıltaqlığına göz yumduq. Bütün bunlardan və hələ xatırlanmayan onlarca, yüzlərcə digər faktlardan sonra biz ABŞ-i sadəlövhcəsinə necə sevək və necə “Welcome, America!” deyək? Allah şahiddir ki onun bizə qarşı real münasibəti həmişə “America good-bey!” deməyə xidmət edib. Biz deməmişik. Çünki kinli, ədavətə meyilli xalq deyilik. Amma hər zaman deməyə haqqımız çatır.
Bu barədə söhbət düşəndə sinif yoldaşımız Ələkbər dərindən köks ötürdü. “ Yaxşı ki, Əkrəm müəllimlə Hüseynağa müəllim xəstəlikdən rəhmətə getdi, bu günləri görmədi, yoxsa görən kimi kişilər xəcalətdən öləcəkdilər!” Ağlamalı həqiqət idi. Bizim bəyənmədiyimiz ABŞ çürüməkdə olan dünya imperializminin lideri kimi məhv olmaqdansa, daha da qüdrətlənmiş, SSRİ-nin özünü sıradan çıxartmışdı. Amma necə, hansı yollarla, hansı vasitələrlə?..“Qaliblər mühakimə olunmur” firkindən zəhləm gedir. Çünki rəzalətlə, ədalətsizliklə, qəddarlıqla, əclafcasına əldə olunan qələbə elə xəyanət və fahişəlik etmək bahasına canını qurtarmaq kimi bir şeydir. ABŞ əslində SSRİ-ni mərdi-mərdanə formada müharibə ilə yox, yəhudilərin əli ilə rüşvət mexanizmini işə salmaqla, öz adamlarının qarşısını açmaq naminə müxtəlif rəqibləri aradan götürməklə, insanları hər cür məhrumiyyətlərə, ədavətə, cinayətlərə sürükləyərək, amansızlıqla dağıtdı. Bu təkcə İslam qanunlarına görə deyil, elə xristianlığın qanunlarına görə də böyük qəbahətdir, günahdır, əclaflıqdır. Bu səbəbdən nə onun öyünməyə, nə də II Dünya müharibəsindən qələbə ilə çıxmış Sovet adamının pərişan olmasına haqqı çatmır. Ermənilər də az günahkar olmadılar. Yağlı vəzifələrimizi, şəhərlərimizin ən yaxşı yerlərində mənzillərimizi, yeraltı-yerüstü sərvətlərimizi ermənilər özünküləşdirmişdilər və keyf içində yaşayırdılar. Birdən-birə bu şeyləri həm də erməniləşdirmək istədilər, bu isə bizi diksindirdi, oyatdı və cin atına mindirdi. Elə coşub-daşdıq ki, hikkəmizdən o boyda SSRİ bir-birinə dəydi. SSRİ-nin bir prezidenti vardı - Mixail Qorbaçov; həm birinci, həm də sonuncu prezident oldu. Məşhur nağıldakı turpun son ucundan o da yapışdı, amma Qarabağı de-yure əlimizdən ala bilmədilər. Əvəzində SSRİ əldən getdi. Bir az dərd elədik ki, ayı boyda dövləti dağıtmışıq. Amma məlum oldu ki, yeri qazan, bombanı qoyan, fitili çəkən, kibriti xalqın əlinə verən ABŞ imiş. Sadə adamlara sadəcə fitili yandırmaq düşübmüş. Hər şey dağıldı, partlayışın qəlpələri altında biz qaldıq - əski sovet vətəndaşları. ABŞ-in nə qulağına idi ki, yüz milyonlarca insan hansı məşəqqətlərə məruz qalıb, aclıqdan, səfalətdən, mənəvi əzablardan necə məhv olur. Ötən son 20 il ərzində ölənlərimizin böyük əksəriyyəti heç 50 yaşı adlaya bilmədi. Kimi ki çoxdandır görmürsən sonra qəbr daşı üzərində şəkli ilə qarşılaşırsan. Aclıq, məhrumiyyət, işsizlik, əzab-əziyyət, dərd-qəm içində natamam qalan ömürləri toplaya, sonra orta yaşa bölə bilsək alınan rəqəm ABŞ-in SSRİ üzərində qazandığı qələbə nəticəsində bu qədər dinc insanın ölümünə bais olması demək olacaq. Biz isə arsız –arsız onu insan haqlarının müdafiəçisi kimi məhəbbətlə qəbul edir, ona həsəd aparır, hələ bir üstəlik bığ və çənə saqqalı saxlayaraq ona pərəstliyimizi biruzə verməyə çalışırıq. Lap 1937-ci ildə represiya qurbanı olmuş şəxsin sonra yenə Stalini sevməsinə və onun bütün bunlardan xəbərsiz olmasını iddia etməsinə oxşayır. ABŞ guya bizi ağ günə çıxartdı. Unutduq ki, bir vaxtlar qitənin yerli etnoslarını da beləcə “xoş günə” çıxartmışdı. Halbuki o daha sivil metodlardan istifadə edə bilərdi. Köhnəni təkcə inqilab, çevriliş, qiyamla dəyişmirlər ki. Köhnəliyi dəyişmənin islahatlar modeli var. Heç demə əcki sosializm düşərgəsində ən tədbirli xalq çexlər və slovaklar imiş. Başa düşdülər ki, birlikdə və köhnə yanaşma tərzi ilə islahatlar mümkün olmayacaq, onda kişi kimi xoşluqla ayrıldılar. Yaşasın Yaroslav Qavel! M.Qorbaçovun isə boyunu yerə soxum, gedib ABŞ prezidenti Ronald Reyqanın “şestyorkası” olmuşdu. Pis olsun, yoxsa yaxşı, adam öz oturduğu budağı kəsərmi? Qorbaçov kəsdi. ABŞ Qorbaçovun əlinə “demokratiya” adlı bir manpası qutusu vermişdi. Əski sovet xalqi bu manpasıdan sovura-sovura daha gözəl bir cəmiyyət quracağını düşünürdü. Amma sovurmaqdan ovurdları batdı. Çünki yeni quruluşu boşbağazlıqla deyil, bir az qətiyyətlə qurar, islahatları özbaşınalıq və başqalarının əlinə baxmaqla yox, xalqda və məmurlarda düzlüyə, ədalətə, xoş gələcəyə stimul və həvəs oyatmaqla həyata keçirdərlər. ABŞ isə bizə bundan ötrü imkan vermədi. Onun təhriki ilə bütün sovet xalqları bir-birinə, hamılıqla rus xalqına qarşı ədavətə qalxdı. Kimisi torpaq, kimisi vəzifə, kimisi sərvət və ya millətçilik üstündə silaha əl atdı. Bu cür ədavət böyük bir məkanda yeni formalaşmaqda olan dövlətlərin onilliklər ərzində qurulmuş iqtisadi əlaqələrini qırdı. Nəticədə zavodlar, fabriklər, sovxozlar iflasa uğradı, dayandı.Buna bənd imiş kimi ABŞ özünün və ortaqlarının satılmayan, işə getməyən malları ilə bazarlarımızı zəbt elədi. Qərb bankları şişib qalmış valyutasını böyrümüzə soxmaqla, yəni guya ki, bizə borc verməklə əslində bizi borca salıb dilimizi qısaltdı. Beynəlxalq valyuta Fondu bizi borca sala-sala diktələrini irəli sürdü. Sonra da guya ki, investisiya buraxmaqla beynəlxalq banklar əslində onları tamam əsarətə aldı. Bu zaman ABŞ başda olmaq
Sovetlər dövründə millət 25-50 manat rüşvət alanda həmin gün utandığından güzgüyə baxmır, saçı da pırtlaşıq olurdu. Amma ABŞ-in rəhbərliyi və Qərb dövlətlərinin ideoloji və maliyyə dəstəyi ilə formalaşan demokratik və müstəqil quruluşda isə imkanı çatan hər kəs birbaşa korrupsioner oldu. İndi rüşvəti uşaq baxçasinda valideynlərdən, orta məktəbdə şagirdlərdən alırlar. Sovet dövründə nəşə və tiryəkdən savayı digər uyuşdurucu tanımayan vətəndaşlar indi geroin, morfi, metalidol, kakoin, sintetik narkotikləri əzbər tanıyır.Üstəgəl taksomaniya! Əvvəllər “Moskovski” və “Pişeniçnı” adlı araqdan və “Ağdam” çaxırından başqa içki tanımayan vətəndaşlar isə indi dünya sənayesinin buraxdığı hər cür spirtli içkidən, pivə və şirələrdən “bəh-bəhlə” istifadə edirlər. Və bu içkilərin çoxu insan həyatını qısaldır, sonsuzluq, hüşsuzluq, geri zəkalıq və müxtəlif sinir xəstəlikləri doğurur. Əvvəllər keyfiyyət nişanı olmayan mal-məhsulu bəyənməzdik, üzərində azaçıq cürüyü və qurdu olan mer-meyvənin üzünə baxmazdıq. İndi isə GMO bazarlarımızı, supermarketlərimizi elə bürüyüb ki, çürük meyvənin qədri və qiyməti üç qat qalxib. Onları bizə kim dadızdırdı? Biz əvvəl belə şeylər tanıyırdıqmı? Güllə səsləri və bomba partlayışlarını yalnız filmlərdə görən, eşidən insanlar indi demokratiyanın sayəsində buna günün adiliyi kimi öyrəşiblər. Terror insanları avtobusda, metroda, ali məktəbdə, hətta evinin içində də haqlayır. Reket, qarət, şantaj bizlərə “Hollivud” filmlərindən məlum idi. İnsanlar erotikanı da yalnız “Amerika filmləri”ndə və xarici jurnallarda görmüşdülər. İndi erotika qəzet və jurnallarımızda bəzən 1-ci səhifəyə də yol tapır. Budurmu ABŞ-in gətirdiyi insan haqları, plürealizm? Əvvəllər “Sovetlər Ölkəsi” adı altında hamımız dost-mehriban yaşadığımız halda indi müstəqil olmuş ölkələrdə olan cəmi 3-4 etnos da sakitcə yola getmir, qarşılıqlı ədavət aparır. Əski Sovetlər birliyinə daxil olmuş indiki müstəqil dövlətlər milli zəmində barıt çəlləyini xatırladır. İnsanlar bölgələrə, rayonlara, şəhərlərə, kəndlərə, hətta məhəllələrə qədər parçalanıblar. Əvvəllər belə deyildi axı! ABŞ-in arxasınca düşəni belə oldu. O, üzdə qloballaşmadan dəm vursa da əməldə etnikləri öz müqəddəratını həll etməyə təhrik etməklə və azsaylı xalqlara yardımlar göstərərək onları təfriqələrə, etnik separatizmə sürükləyir. ABŞ özü öz tərkibindəki hansı azsaylı xalqa muxtariyyət və ya müstəqillik vermişdi? Budurmu onun bizə ərməğan etdiyi demokratiya, azadlıq, fikir və söz azadlığı? Başqa hər cür ögeyliyi bəlkə də bağışlamaq olardı. Amma 1946 – cı ildəki hərəkətini xatırladıqda adamın damarlarda qanı donur. II Dünya Müharibəsini bəhanə gətirərək Sovet qoşunları 1941-ci ildə İrana - Cənubi Azərbaycana daxil olmuşdu. Yerli qüvvələr də ayağa qalxmış və artıq Təbrizdə Milli hökumət qurulmuşdu. SSRİ Azərbaycan ziyalılarının arzularını əsas götürərək, bölünmüş Azərbaycan torpaqlarını birləşdirmək, əslində isə öz ərazilərini genişləndirmək istəyirdi. Lakin hər şeyin hazır olduğu bir zamanda birdən ABŞ SSRİ-yə qoşunlarını İrandan çıxartması barədə kəskin nota verdi. Əks təqdirdə bu əraziyə (İran Azərbaycanına) atom bombası atacağı ilə hədələdi. Məcbur qalan Sovet qoşunları 48 saat ərzində İranı tərk etməyə məcbur oldu. Köməksiz qalan Milli hökumət fars rejiminin qan dənizində boğuldu. Amma müharibə fürsəti ilə Qərbi Ukrayna, Qərbi Belarusiya, Bessarabiya özünün Sovet əlində qalmış Şərq parçası ilə birləşdi. Azərbaycan da öz Cənub parçası ilə birləşər və 1991-ci ildə SSRİ dağılarkən biz indi artıq Bütöv Azərbaycan qurmuş olardıq. O halda heç Dağlıq Qarabağ problemi də olmazdı. Beləcə, bizim hazırkı vəziyyətimizə bais olan bir qüvvə də ABŞ sayılmırmı? 17 ildir ki, ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi ABŞ bölgəyə gəlir, gedir, yeyir-içir, guya danışıqlar aparır amma qondarma “Dağlıq Qarabağ” problemini heç cür həll edə bilmir. Görəsən bacarmırmı? Sadəcə o, özünün böyüklüyünə arxayın olub, oyun qaydalarına sədaqət göstərmir.O, nəinki ədalətə əhəmiyyət vermir, üstəlik, torpaqları işğal olunan Azərbaycana deyil, işğalçı Ermənistana qahmar çıxır, separatçı Dağlıq Qarabağ rejiminə maliyyə yardımı, haqqı müdafiə etmək istəyən Türkiyəyə isə təzyiq göstərir,.. Biz onu neft müqavilələrinə ortaq etdik, hər cür şıltaqlığına göz yumduq. Bütün bunlardan və hələ xatırlanmayan onlarca, yüzlərcə digər faktlardan sonra biz ABŞ-i sadəlövhcəsinə necə sevək və necə “Welcome, America!” deyək? Allah şahiddir ki onun bizə qarşı real münasibəti həmişə “America good-bey!” deməyə xidmət edib. Biz deməmişik. Çünki kinli, ədavətə meyilli xalq deyilik. Amma hər zaman deməyə haqqımız çatır.
Çatmırmı,
Amerika?
Комментариев нет:
Отправить комментарий